şənbə günü, 14 noyabr 2026
     

Son illərdə müsabiqə əsasında seçilmiş məktəb direktorları ilə bağlı ciddi bir problem çıxıb...

Image


Kamran Əsədov: “Köhnə qaydalara öyrənən köhnə kollektiv yenilik gətirmək istəyən yeni şəxsi qəbul etmək istəmir”
Nadir İsrafilov: “Test üsulu ilə seçilən məktəb direktorlarının bir çoxu idarəçiliyi bacarmadığı üçün bu vəzifədə qala bilmir”

 

Son illər məktəb direktorlarının seçimi yeni prosedur qaydalarına uyğun keçirilir. Yeni qaydalara əsasən, bu posta iddialı olan şəxslər 3 aylıq təlim kursu keçdikdən, bir neçə mərhələli imtahanda iştirak və uğurlu nəticə əldə etdikdən sonra məktəb direktoru vəzifəsini tuta bilirlər. Məktəb direktorlarının imtahanla bu vəzifəni tutması bütövlükdə müsbət haldır.Müşahidələrə görə, imtahan yolu ilə məktəb direktoru vəzifəsini tutan şəxslərin bəziləri bu vəzifədə cəmi 1-2 il işləyə bilir.

İmtahan yolu ilə məktəb direktoru olanların bəziləri hansı səbəbdən vəzifədən uzaqlaşdırılır və ya uzaqlaşırlar?

Müşahidə edilən bu halın səbəblərini araşdırmaq üçün təhsil ekspertləri ilə əlaqə saxladıq.

Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, imtahan yolu ilə məktəb direktoru vəzifəsini tutan şəxslərin bu vəzifədə qısamüddətli qalmasının səbəbləri müxtəlifdir. Bu məsələni şərh edən ekspert dedi ki, o direktorlar bu vəzifəyə 3 aylıq təlim kursları keçdikdən sonra təyin edilirlər: “İlk növbədə qeyd etmək istəyirəm ki, əlbəttə, Azərbaycan təhsilində 2014-cü ildən təşkilati məsələlərlə bağlı ciddi şəkildə müsbətə doğru irəliləyişlər baş verib. Konkret olaraq təhsildə rüşvətə son qoyulması kimi məsələ meydana çıxarıldı. Sözsüz ki, söhbət orta ümumtəhsil məktəblərindən gedir. Təəssüf ki, ali məktəblərdə bununla bağlı hər hansı bir addım, irəliləyiş yoxdur. Söhbət ondan gedir ki, orta məktəblərdə müəllimlərin, məktəb direktorlarının əsassız tələbləri müəyyən qədər azalıb. Təbii ki, bu halın tam başa çatması mümkün deyil. 2014-2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində işləmək üçün direktorları ilk dəfə olaraq bir neçə mərhələli müsabiqə ilə seçməyə başladı. Əlbəttə, ümumilikdə bu müsabiqənin özünü müsbət adlandırmaq olar. Ancaq seçim üçün 3 aylıq təlim kifayət deyil. Mən sizə statistik məlumatlar deyim. Bakı üzrə 310 məktəbdən 40-a yaxınının direktoru müsabiqə yolu ilə seçilib. Azərbaycan üzrə isə 4500 məktəbdən cəmi 240-a yaxınının direktoru bu müsabiqə ilə təyin olunub. 4500 rəqəminin yanında bu aşağı rəqəmdir. Təəssüflər olsun ki, hətta 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan şəxslər var ki, onlar bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib, məktəblərdə qeyri-şəffaf mühit yaradıblar. Onların yerinə gələn təzə direktorlar isə bu mühitdə çalışa bilmirlər. Çünki məhz köhnə qaydalara öyrənən köhnə kollektiv yenilik gətirmək istəyən yeni şəxsi qəbul etmək istəmir. Ona görə ki, onlar da direktorla bərabər əməkhaqqından əlavə digər gəlirlər əldə edirdilər”.

K.Əsədovun bildirdiyinə görə, yeni seçilən direktorların qarşısına Təhsil Nazirliyi konkret şərtlər, vəzifələr qoyur ki, qanunsuz tələblər etməyəcəksiniz, sizə təhsili inkişaf etdirmək tapşırılır: “Məsələn, əvvəlki illərlə müqayisədə buraxılış imtahanlarının nəticələri qalxıb, orta ümumtəhsil məktəblərindən ali məktəblərə imtahan verən abituriyentlərin sayı artıb. Məktəblərdəki köhnə mühitə görə yeni seçilən direktorlar orada işləyə bilmirlər. Burada iki səbəb var. Birincisi, köhnə kollektiv yeni qaydalarla işləmək istəmir. Bu və ya digər formada yeni direktorun fəaliyyətinə mane olurlar, onlara qarşı şər-böhtan kampaniyası aparırlar. Onlar Əmək Məcəlləsinin maddələrinə riayət etmirlər, iş rejimini pozurlar. İkincisi, əvvəllər korlanmış təhsil sisteminin nümayəndələri olublar. Müsabiqə yaxşıdır, obyektivdir, şəffaf keçirilir, amma seçilənlərin obyektiv və şəffaf olmaması nəticəsində onlar təhsilə, direktorluğa qazanc məqsədi ilə gəlirlər. Təhsil naziri də, birmənalı olaraq, seçim zamanı deyir ki, sizin fəaliyyətinizdə hər hansı bir neqativlik görsəm işdən azad ediləcəksiniz. Siz 1-2 il işlədiklərini deyirsiniz, ancaq məndə faktlar var ki, yeni təyin edilən bir neçə direktor 6 ay işlədikdən sonra onlarla bağlanan müqaviləyə xitam verilib. Çünki onlar da özlərindən əvvəlkilər kimi pul yığmağa başlayıblar. Yuxarı sinif şagirdlərindən pul alıb onların dərsdən yayınmasına şərait yaradırlar və qiymət yazırlar. Biz heç də deyə bilmərik ki, yeni qayda ilə seçilmiş direktorların hamısı Təhsil Nazirliyinin istədiyi kompetensiyalara cavab verir. Xeyr. Yenə də mənfi hallar davam edir. Bu ona görədir ki, yalnız Türkiyədə, Azərbaycanda, keçmiş postsovet ölkələrində məktəb direktorları təyinat yolu ilə bu vəzifəni tuturlar. Avropa ölkələrində isə məktəb direktorları təyinat yolu ilə direktor olmurlar. Məktəblərdə menecerlik, direktorluq institutu olur. Yəni kiminsə direktor olması üçün o yalnız 5-10 illik təcrübəyə malik olmamalıdır, onda idarəçilik bacarığı olmalıdır. Bir çox direktorlar vəzifə adı üçün bu vəzifəyə gedirlər, onlar təhsili idarə edə bilmirlər. İdarəçilik bilik və bacarıqları aşağı səviyyədədir, onlar Əmək Məcəlləsinin tələblərini bilmirlər. Əmək Məcəlləsinin tələblərindən minimum anlayışlarının olmaması onların idarəçiliklə bağlı ciddi nöqsanlara yol verməsinə səbəb olur”.

Digər təhsil eksperti Nadir İsrafilov isə imtahan yolu ilə seçilən məktəb direktorlarının əksəriyyətinin bu vəzifədə az müddət işləməsinin səbəbi kimi onların təcrübəsinin olmamasını, zəif idarəçilik qabiliyyətini göstərir: “Bunun səbəbləri çoxdur. Məktəb direktorunun əsas vəzifələrindən biri idarəçiliyi yüksək səviyyədə bacarmasıdır. Əvvəlki illərdə məktəb direktorunun bu vəzifəni tutması onun kollektivdəki nüfuzu, ictimaiyyət arasında hörməti, təhsili bilməsi, idarəçiliyi bacarması və s. ilə bağlı idi. Son 20 ildə məktəb direktorlarının təyin edilməsi ilə bağlı 10-15 qərar qəbul olunub. Son zamanlar məktəb direktoru vəzifəsini tutmaq istəyən şəxslər bir neçə mərhələli imtahan verirlər. Onlar testdən, müsahibə və s. keçdikdən sonra bu postu tuturlar. Bunun mənfi cəhətiləri çoxdur. Hətta Təhsil Nazirliyi belə bir bəyanat da vermişdi ki, məktəb direktorlarının təyinatı gələcəkdə yerlərə verilsin. Hazırda bizdə 10 məktəbdə direktor  eksperiment qaydasında yerli orqanlar tərəfindən təyin edilir”.

Ekspert hesab edir ki, məktəb direktorunun bu vəzifəni tutması üçün onun imtahandan keçməsi kifayət etmir. Onun fikrincə, məktəb direktorlarının bu sahədə təcrübəsi, idarəçilik bacarığının olması vacibdir: “Bu elə bir sahədir ki, burada nəzəri biliklər kifayət etmir. Onun gərək kifayət qədər təcrübəsi olsun, nüfuzu olsun, idarəetmə bacarığı olsun, valideynlə, ictimaiyyətlə işləməyi bacarsın. Burada bir məsələ də var ki, imtahan yolu ilə seçilən direktorların bir problemi də onların yaşayış yerlərindən çox uzaq yerlərə, rayonlara təyin edilməsidir. Məsələn, Nizami rayonunda yaşayan bir şəxs Qaradağ rayonunda yerləşən məktəbə direktor olursa, bu çətinlik yaradır. Ən azından bu vaxt itkisi olur. Direktor məktəbə müəllimlərdən 1 saat tez getməlidir, amma tıxaclardan imkan olmur ki, vaxtında məktəbə gedib çıxsın. Ümumiyyətlə, hazırda məktəb direktorlarının əmri daimi verilmir, müvəqqəti verilir. Onlar müvəqqəti əmrlə işləyirlər. Nazirlik görmək istəyir ki, onlar özlərini necə doğruldurlar. Ona görə də hesab edirəm ki, direktorların təyinatı məsələsində mütləq sistem dəyişməlidir. Yəni direktor təkcə nəzəri biliklərə görə vəzifəni tutmalı deyil, ondan başqa keyfiyyətlər də tələb olunur. Bu çox mürəkkəb vəzifədir. Yəni test üsulu ilə seçilən məktəb direktorlarının bir çoxu idarəçiliyi bacarmadığı üçün bu vəzifədə qala bilmirlər. Güman edirəm ki, Təhsil Nazirliyində də bu istiqamətdə işlər aparılır. Məktəb direktorlarının təyin edilməsinin optimal, səmərəli bir forması mütləq seçilməlidir. Çünki bu sistem həqiqətən də özünü tam doğrultmur”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ