Cümə günü, 06 noyabr 2026
     

Qobustan dağlarına, qayalarına açılan… “20 Yanvar” güllələri....

Image


Ələt tirəsinin Xəzər dənizinə qovuşan hissəsinin (Şişqaya yüksəkliyi, Məlik bəy yurdunun) şimalında (Qaradağ və Abşeron rayonlarının sərhədləri hüdudunda) Qobustan qəsəbəsinin quzeyindəki (1,5 km aralı) əski Oğuz/Türkmən məzarlığı ilə Qazan-Quzan dağı arasındakı (eləcə də, qərbdə Kiçik Daş dağı və şərqdə Torağay palşıq vulkanı) Qobustan Milli Tarix-Bədii Qoruğu (09 sentyabr 1966-cı il tarixli hökumət Qərarı ilə yaranıb) Üst Daş dövrünə aid yaşayış məbədi kimi Türk-Müsəlman dünyasının nadir maddi incilərindədir.

Bakı şəhəri yaxınlığında (55 km-də), Xəzər dənizi sahillərində, Qobustan alçaq dağlığının tərəkəmə elatının yurdu-ocağı olmuş daşlı, yarğanlı-yovşanlı Böyük Daş qış otlağına bitişik (Kiçik Daş yurdundan 500 m-1 km-dək aralıda) tarixi Qobustan qayalıqları 10-12 min illik yaşayış tarixinin son əsrlər kəsimində də bir çox faciələrə sinə gərmiş, xalqımızın tale yüklü hadisələrinə şahidlik etmişdir (quru və dəniz ticarət yollarına, hərbi yürüşlərə, Türk-İslam mədəniyyətinə, Atbatan dərəsinin ətəyində təşəkkül tapmış Şəhərgahın yaranması və süqutuna, Türkmən yurdunun salınmasına, 1905-1906-cı və 1918-1920-ci illər soyqırımlarına...). Quzeydəki (Qum, Xanalı, Kəleysər, Ərzəni, Qoltuq...qış otlaqları daxil) müqəddəs Sufi Həmid ziyarətgahı və məzarlığı, Şeyx Əyyub Bayram oğlu (1730-1797) ocağı davamçılarının (mürşid və müridlərinin) zikir-zəkat məclislərinin keçirildiyi obalar (Lilaxan dərəsi boyunca), ruhani çeşidli, İlahi-Mistik inamlı Qara Atlı Baba ibadətgahlığı və qəbirstanlığı, Məlik bəy çapacaqlığı, Güllü qaya...şahiddir ki, 1918-1920-ci illərdə 5-ci Qafqaz İslam Ordusunun xilaskar zabit-əsgər heyətinin hərbi düşərgələrindən biri də İlanlı-Mahmudlu bəylərinin yurdu və Şamlı qəbirstanlığı qonşuluğunda olub...Türkməndüşən yerdə. Mistik-fəlsəvi hökümdür ki, erkən Orta əsrlərdə bu yerlərdə yurd-ocaq qurmuş Oğuz-Türkmən obasında XX əsrin əvvəllərində Anadolu Türkləri düşərgə salmışlar... vaxtı əsirlikdə qalmış Paytaxtımızı birləşmiş düşmən caynağından xilas etmək naminə...

Bu yerlərdə Roma leginerlərinin ləpir izləri qaldığı kimi, Müqəddəs Türk Şəhidlərinin də qanı axmışdır...

Haşiyə. Qobustan Milli-Tarix-Bədii Qoruğunun Şərq hissəsində bir xatirə kompleksi var, iri daş lövhə üzərində Latın qrafikası ilə 1948-ci ildə qeyd edilib ki, Kitabə eramızın 84-96-cı illərində imperator Dominikianın bu yerlərdən keçən hərbi yürüşü haqqındadır. Bildirilir ki, Roma legionunun sentruyisapı (80-120 nəfərlik nizami döyüş bölməsi) Qobustan ərazisində olmuşdur. Kitabənin altı sətirlik yazısının məzmunu belədir:

-Domisian Sezar Avqust Germanik Latsius Yulus Maksimus XII ildırım sürətli Legion.

Böyük Daş qış otalğı (əsrlərlə Türkmən-Şamlı elatının din xadimi Hacı Əziz Məmmədhüseyn oğlunun yurdu) min illər ərzində Qobustan tərəkəmə elatının yurdu olub, yer adlarının mənşəyi və etimoloji anlamı ilə Bütöv Azərbaycan tarixinə işıq salan maddi coğrafi məkandır. Təsadüfi deyil ki, Cəbubi Qafqazda Oğuz/Ağız-Azıx yaşayışı ocağından sonra 2-ci əski, qədim insan məskunlaşdığı yurd (12 min illik tarixlə bağlı) Qobustan ərazisindədir.

Türk-Müsəlman dünyasının, eləcə də, Bütöv Azərbaycanın zəngin maddi-mədəni tarixini, Təbəddülat mərhələsi abidələrini, silinməz yazı və nəqqaşlıq təsvirlərini, təbii-coğrafi-maddi irsini, dini-sakral məkanlarını, əski şəhər mədəniyyəti ocaqlarını....yox etmək məqsədi ilə bu qədim tarixə düşmən hücumları da az olmayıb, zaman-zaman…istər, çar Rusiyası dövründə, istərsə də, SSRİ Rusiyası dövründə, həm də rus-hay birliyinin məkrli niyyətləri ilə...

Bölgədə çar Rusiyası tərəfindən Şamaxı quberniyası hüdudları daxilində 1856-cı ildə mərz nişanları ilə sərhəd bölgüsü aparılmışdır (Qazan-Quzan dağında boyu 1 m-dən çox olan daş dirəklər üzərində mis lövhə vurulmuş nişanlar indi də qalmaqdadır (bu cür lövhələrə Torağay dağında da rast gəlinir). Həmin ildə 15 km məsafədə olan Ələt kəndi yaxınlığında hərbi hissə yerləşdirilib ki, tikili qalıqları indi də durur, Qazan-Quzan dağının şimal-şərq hissəsində, Dövlət Qoruğundan 10 km aralıda artilleriya-raket texnikaları yerləşdirilmiş, hərbi alay yaradılmışdır (1985-ci ildə fəaliyyəti dayandırılıb). Kiçik Daş massivində Daş bəylərinin obasının üstündə aviasiya kəşfiyyatı məlumatlarının toplanılması üçün istifadə olunmuş bina da durur.

Kişik Daş, Qum, Kəleysər qışlqlarında uzun müddət neft çıxarılıb.

Haşiyə. Qazan-Quzan dağı arxasındakı Kəleysər qış otlağında əski qəbirstanlıq ərazisi yaxınlığında, ətrafında 1971-ci ilədək 50-ə qədər neft buruğu fəaliyyət göstərib, indi yerləri qalır.

1881-ci ildə çar Rusiyasında 25 il ərzində Bakı-Tiflis dəmir yolunun çəkilişi barədə Fərman verilir və bu məqsədlə Böyük Daş yatağı (indiki Qoruq ərazisi) dinamitlə partladılıb, yol və bina tikintisi üçün istifadə edilib.

1956-cı ildən burada (eləcə də, Kiçik Daşda) fəaliyyət göstərən daş karxanası 1972-ci ildə dayandırılıb. Məlumat üçün bildirilir ki, 1944-cü ildən Qobustan qədim insan yaşayışı məskənlərində elmi-arxeoloji tədqiqatlar aparılmışdır.

Qayalıqlarla, sal daşlarla (uznluğu 3-4 m, eni 2-3 m) örtülü bu sahə (2,5 km uzunluqda, 1 km endə) qiymətli tarixi maddi-mədəni abidə kimi qorunulması əvəzinə XX əsrdə həm çar Rusiyası, həm də Sovet Rusiyası tərəfindən milli-mənəvi-tarixi abidə soyqırımına məruz qalmışdır. Yaşlı sakinlərin dediyinə görə, Böyük Daş qayalıqlarında texniki vasitələrlə dağların parşalanmasının, qayalıqların dağıdılmasının, tarixi insan yaşayışı məskəninin və tarixi hadisələr izinin qəsdən itirilnməsi məqsədi ilə görülən bu “abidə soyqırımı”na qarşı ilk etiraz səsini 1950-ci illərin əvvəllərində xalq şairi S.Vurğun (1906-1956) ucaldıb, oraya gələrək ekskavatorların işləməsinin qarşısını alıb...amma, şairin ölümündən sonra (1956-cı ildə) karxana fəaliyyətə başlayıb, 1972-ci ilədək tarixdən sorağ verən bu qayalar dağıdılıb...yaxınlığında islah-həbs düşərgəsi salınıb, bu işdə məhbuslardan istifadə olunub.

Bu hal Kiçik Daş dağında Güzdək yurdunda, Şamlı ocağında da təkrarlanıb...

...XX əsrin sonlarında haylarla birləşərək xalqımıza qarşı amansız qətliamlar törətmiş rus ordusunun iki zabiti (mayor və kapitan çinli) 1990-cı il yanvar ayının 26-da Böyük Daşın /Qoruğun şərq ətəyində, Güllü qayaya bitişik daş ocaqların qarşısına, 60 nömrəli daş-qaya parşası önünə günorta çağlarında sarı rəngli VAZ-2106 markalı avtomobildə (Qobustan rayonu, Ərəbqədim kənd sakini Sədiyar Məhəmməd oğluna (1941-2014) məxsus) gəlir bir neçə nəfərlə. Təbii ki, milli dəyərlərinə xas olaraq-sərxoş vəziyyətdə. Kənardakı yerli sakinlərə məhəl qoymadan üstlərindəki avtomatdan 1 daraq güllə (30 güllə) ilə qaya parçına atəş açırlar, göz-göz izləri indi də qalır...sonra da həmin ruslardan biri uca səslə qışqırır:

-Bura Albanların vətənidir...(soysuz toplu binəvalarının xəbəri yoxdur ki, yunan alimlərindən Strabon (e.ə.64-24-cü illər), “Coğrafiya” əsərinin XI kitabında), K.Ptolomey (100-170-ci illər) Qafqaz Albaniyasının tərtib etdiyi xəritədə qəbilə-tayfa İttifaqı tərkibində Türkdilli qövmün üstün olduğunu bildiriblər-Q.Y.).

1990-cı ilin 19 yanvar gecəsində Ələt körüsü üzərində rus zabitinin gülləsinə tuş gələn Qobustan qəsəbəsinin ilk Şəhidi/Qara Atlı qəbirstanlığında uyuyan Azad Allahverdi oğlu Rzayevi (1965-1990) Vətən sevdalısı, Azadlıq aşiqi, Xalqına və Tarixinə qəlbən sığınan kimi yaddaşlarda/xatirələrdə indi də yaşayır və yad edilir (1972-1983-cü illərdə təhsil aldığı qəsəbə 223 nömrəli tan orta məktəb onun adını yaşadır).

Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 1992-ci il tarixli 556 nömrəlıi Fərmanı ilə “1990-cı ilyanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlara keçmiş SSR İttifaqı Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərib həlak olanlara Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” Fəxri adı verilən 120 Şəhid sırasında A.A.Rzayevin də adı vardır...

...Qobustanın qədim və məşhur Türkmən ellərindən biri-Şamlı-Muxtar elatının bir beytlik harayında deyilir:

Səndən xəbər alım, ay Qazan-Quzan,

Səndə gəzən ala durnam necoldu?

(Yazının hazırlanmasında həm də Qaradağ rayonu, Qobustan qəsəbə sakinləri Dövlət Günəşalı oğlu Günəşovun (1951), İmran Xanhüseyn oğlu Hüseynovun (1952), Firdovsi Tahir oğlu Hüseynovun (1965) və Həbibə Allahverdi qızı Rzayevanın (1977) məlumatlarından istifadə olunmuşdur).

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:06
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ