Cümə günü, 06 noyabr 2026
     

Müəllimlər azı 1900 manat maaş alacaq - hər şey deyildiyi kimi olsa...

Image


Kamran Əsədov: “1900–2000 manatlıq ödəniş yalnız maaş artımı deyil, müəllimin peşə statusunun gücləndirilməsi deməkdir”

“Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır: “Eyni zamanda, müəllimin öz əməkhaqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm də doğru deyil və dəyişdirilməlidir”.

Nazir bildirib ki, bu məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır: “Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın”.

Əgər gerçək olarsa, bu doğrudan da müsbətdir. Orta aylıq əmək haqqı 950 manatdır. Belə çıxır ki, müəllim 950×2 maaş alacaq. Bu çox yaxşı olardı. Ancaq bu maaşı verməyə büdcənin gücü çatacaqmı? Yoxsa yenə müəllimlər qruplara bölünəcək və biri alacaq, o biri yox? Bu necə olacaq?

“Təhlil göstərir ki, bu sistem bütün müəllimlərə şamil olunmur və dövlət üçün ağır yük yaratmır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə ilk növbədə bildirdi ki, tam ştatlı müəllim modelinə keçid son 5 ildə müəllimlik peşəsinə verilən dövlət qayğısının məntiqi davamıdır: “Bu addım həm sosial, həm maliyyə, həm də institusional baxımdan sistemin keyfiyyətini yüksəltməyə yönəlib. Müəllimlərin orta aylıq əməkhaqqısının hazırda 950 manat olması fonunda tam ştatlı müəllim üçün maaşın iki dəfə artırılması, yəni 1900–2000 manatlıq ödəniş-yalnız maaş artımı deyil, müəllimin peşə statusunun gücləndirilməsi deməkdir. Son 5 ildə əməkhaqqının 2,2 dəfə artması, regionlarda çalışan müəllimlərə verilən əlavə ödənişlər, sertifikasiya nəticəsinə görə əlavələr, müəllim otaqlarının yaradılması, təhsil müəssisələrinin infrastrukturunun bərpası göstərir ki, Elm və Təhsil Nazirliyi müəllimi sistemin mərkəzinə çevirən siyasəti ardıcıl şəkildə həyata keçirir”.

K.Əsədovun sözlərinə görə, bu siyasətin hüquqi dayağı da “Təhsil haqqında Qanun”un 14.2-ci maddəsində təsbit olunub: dövlət müəllimin əməyinin sosial müdafiəsini artırmalı və təhsil sahəsində çalışanların maddi təminatını yaxşılaşdırmalıdır.

“Tam ştat modelində müəllimin maaşının ikiqat müəyyənləşdirilməsi bəzi suallar yaradır: büdcə bu yükü daşıya biləcəkmi, yoxsa müəllimlər arasında yenidən bərabərsizlik yaranacaq? Təhlil göstərir ki, bu sistem bütün müəllimlərə şamil olunmur və dövlət üçün ağır yük yaratmır. Çünki ölkədə 60–70 min müəllim olduğu halda, tam ştata yalnız 20 min müəllim keçəcək. Bu, ümumi kontingentin təxminən 15 faizidir. Tam ştat modelinin yalnız böyük məktəblərdə tətbiqi maliyyə yükünü kəskin şəkildə azaldır. Kənd məktəblərində şagird sayı az olduğuna görə model tətbiq olunmayacaq. Bu da dövlətin xərclərini idarəolunan səviyyədə saxlayır. Əlavə olaraq, tam ştat modeli saathesabı sistemdə mövcud olan pərakəndə ödənişlərin ləğvini təmin edir. Saathesabı dərslər üçün ödəmələrin illik büdcəsi yüz milyonlarla manata çatır. Sistem dəyişdikdə bu xərclər azaldığı üçün maaş artımı üçün əlavə mənbə yaranır”.

K.Əsədovun sözlərinə görə, dünya təcrübəsi bunu təsdiq edir və Estoniya, Latviya, Litva və Çexiya kimi ölkələrdə tam ştat modeli məhz resursların daha səmərəli bölünməsi və müəllimin məktəbdə tam gün fəaliyyətdə olması üçün tətbiq olunub. “OECD hesablamalarına görə, tam ştat modelinə keçən sistemlərdə orta müddətdə əlavə büdcə yükü azalır, çünki tətbiq olunan resurslar təkrar mexanizmlərə deyil, sabit əməkhaqqına yönəlir. Estoniyada tam ştat modelinə keçiddən sonra müəllim maaşlarının artmasına baxmayaraq, əlavə dərs yükü ödənişləri 35 faiz azaldılıb və bu, sistem xərclərinin ümumilikdə 8–10 faiz optimallaşmasına səbəb olub. Azərbaycan modeli də eyni məntiqə əsaslanır: maaş artırılır, lakin pərakəndə xərclər aradan qaldırılır və səmərəlik yüksəlir.

Burada nəzərə alınmalı digər mühüm məsələ “Ümumi Təhsil haqqında Qanun”un 30.1-ci maddəsində göstərilən diferensial əmək ödəmə mexanizmidir. Qanun açıq şəkildə bildirir ki, müəllimin əməkhaqqı onun iş yükü, fəaliyyət növləri və nəticələrinə görə differensial şəkildə müəyyən edilə bilər. Tam ştat modeli bu hüquqi çərçivəyə tam uyğun gəlir. Bu sistemdə yenə əvvəlki kimi “kimə düşdü, kimə düşmədi” prinsipilə deyil, peşəkar meyarlarla seçilən müəllimlər yüksək əməkhaqqı alacaq. Bu isə neqativ qruplaşma deyil, peşəkar ixtisaslaşmadır. Sertifikasiyada yüksək nəticə göstərən, metodik fəaliyyətə hazır olan, məktəbdə tam iş günü işləyə biləcək müəllimlər bu modelə daxil olacaq. Bu yanaşma müəllimlər arasında sağlam rəqabət yaradır və keyfiyyətin yüksəlməsinə xidmət edir”.

K.Əsədovun sözlərinə görə, apardığı təhlillər göstərir ki, yeni model tətbiq olunduqda məktəbdaxili pedaqoji proses köklü şəkildə dəyişəcək. K.Əsədov qeyd etdi ki, müəllimin 18–24 saatı dərsə, qalan 12 saatı isə metodik hazırlığa, şagirdlərlə fərdi işə, layihələrə, qiymətləndirmə prosedurlarına ayrılacaq. “Bu, həm dərslərin keyfiyyətini yüksəldir, həm də məktəbin akademik mühitini gücləndirir. Hazırkı sistemdə dərsdənkənar fəaliyyət zəif olduğu üçün müəllim və şagird arasında peşəkar əlaqə yalnız dərs saatı ilə məhdudlaşır. Tam ştat modelində müəllim məktəbdə olduğu üçün fərdi dəstək, konsultasiya, ev tapşırıqlarının izahı və bacarıq əsaslı işlər daha sistemli formada həyata keçiriləcək.

Bununla yanaşı, kənd məktəblərinin bu modelə keçə bilməməsi struktur bərabərsizliyi yarada bilər. Ancaq bu, maliyyə çatışmazlığından deyil, real infrastruktur və şagird axını fərqlərindən qaynaqlanır. Nazirliyin bu modeli yalnız böyük məktəblərə tətbiq etməsi maliyyə risklərini azaltmaqla yanaşı, modelin mərhələli şəkildə sınaqdan keçirilməsinə imkan yaradır. Əgər nəticələr uğurlu olarsa, gələcəkdə digər məktəblərə də genişləndiriləcək.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi son 5 ildə müəllimin sosial rifahını artırmağa, əməkhaqqını yüksəltməyə, infrastrukturunu yaxşılaşdırmağa və peşəkar nüfuzunu artırmağa yönəlmiş ardıcıl siyasət həyata keçirib. Tam ştat modeli bu siyasətin ən məntiqli və sistemli davamıdır. Maaşın ikiqat artırılması büdcə üçün təhlükə yaratmır, çünki proses mərhələli, seçməli və optimallaşdırıcı mexanizmə əsaslanır. Bu model təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, müəllim peşəsinin nüfuzunun artırılması və məktəbdə peşəkar mədəniyyətin formalaşdırılması baxımından Azərbaycanın son illərdə atdığı ən əhəmiyyətli addımlardan biridir”-deyə ekspert bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ