Bazar günü günü, 13 sentyabr 2026
     

DÜNYADA BİR YOX, BİR NEÇƏ İLK... - Eldar MƏMMƏDBƏYLİ yazır

Image


Həmkarım, kimyaçı alim Rəsul Rəxşanlı maraqlı şəxsdir. Onun maraqlı cəhətlərindən, işlərindən xeyli danışmaq mümkündür. Fikrimizcə onlardan biri haqda açıq söhbət açmağın vaxtı çatmışdır. Həmin söhbəti biz  özümüz açmaq istəyirik... Balaca balalarını necə intellektli böyütməyin yolları onu maraqlandırırdı.

Oxudu ki, XIX əsrin pedaqoq və psixoloqları bu haqda fikir söyləmişlər. Bunun üçün üç-dörd  yaşlarından başlayarq balacalar düşünməyi tələb edən əyləncəli oyunlarla məşğul olmalıdırlar. Məhz belə oyunlar uşaqlarda intellekti, düşüncəni, diq-qəti, yaddaşı güçləndirir. Onların məktəbə hazırlıqlı olmalarına kömək edir. Gənc ata da belə etdi. Müxtəlif səpkili oyunlar axtarıb tapırdı, həm də təkcə yaşadığı şəhərdə yox. Uşaqlar isə onların heç biri ilə ciddi məşğul olmağa həvəs göstərmirdi. Məsələ də bundadır ki, oyunlarla  ciddi məşğul olmadıqda intellektin inkişafına təsirindən söhbət gedə bilməz. Rəsul  müəllim  özü kimi gənc atalarla bu mövzuda söhbətlər etmiş, onların da uşaqlarının özlərini  eyniylə apardıq-larını eşitmişdi. Araşdırmalardan belə nəticəyə gəlmişdi ki, balacaların əyləncəli oyunlara dərin-dən maraq göstərməmələrinin səbəbi onlarda motivasiyanın olmamasıdır. Güman ki, indiki uşaqlar  ötən əsrlərin uşaqlarından maraqlarına görə fərqlənirlər. Motivasiyanı, marağı, hərəkət-verici səbəbi təmin edən oyunlar vacibdir. Yəni idman oyunları gərəkdir. Onlar da oyun nəticə-sində çempion, turnir qalibi adına layiq görülmək, medallar, mükafatlar almaq istəyirlər. Belə oyunlar isə dünya praktikasında yoxdur.
Nə etməli?
Deməli, ilk növbədə dünya, qitələr, ölkələr üzrə çempionatlar, habelə, beynəlxalq, regi-onal, yerli turnirlər keçirlməsi mümkün olan oyunların yaradılması  vacibdir. Rəsul müəllim özü belələrini yaratmağı qarşıya məqsəd qoydu. Oyun yaratdı və nümunə hazırladı. Öz uşaqları ilə, onların yaşıdları ilə mükafatlar uğrunda yarışlar təşkil etdi. Nəticə  müsbət idi. Uşaqlar  oyunla maraqlandı, qalib gəlmək, təyin olunmuş aztapılan və ləzzətli mükafatları almaq uğrunda müba-rizəyə qoşulurdular. Dərindən maraqlandıqları, qələbəyə can atdıqları üçün baş işlətməli olurdu, nəticədə  inkişaf da baş verirdi. Məhz belə oyunlar uşaqlarda müsbət dəyişiklikləri  güçləndirir. Onların məktəbə hazırlıqlı olmalarına kömək olur. Bu yenilik İxtira sayılmalıdır. Kimya və onunla qovuşuq sahələrdə ixtiralarına görə çoxsaylı  müəlliflik şəhadətnamələri ( sovet ölkəsində patent əvəzinə verilirdi) almış alim müstəqillik illərində patent almağa  sənədləri hazırladı və aldı.  
Maraqlıdır, bəs hansı oyunu hazırladı?
Uşaqlar üçün məhz idman oyunları yaradılmasında axtarişa başlayanda  onun müşahidə-ləri köməyinə gəldi. Domino oynamağa həvəsli olub, lakin  daşlardakı 6-dək xalları saya bilmə-yən balacaların müxtəlif xallı xanaları baş-başa qoymaqla düzgün oynadıqlarını güman edərək xoşhallandıqlarını ixtiraçı görürürdü. Onda fikir yarandı, xallarının sayı az olan daşlardan, məsə-lən, ən azı 3-dək saya bilər balaçalar üçün oyun  dəsti  və oyunları  yaratmaq məqsədəuyğun olardı.
Dominonun oyun qaydaları ilə yanaşı həm də daşlarının hansı  tarazlığa  uyğun hazırlan-dığından  xəbərdar olduğundan ümidlə axtarışa başladı.  Buna onun əsası  vardı. Yeri gəlmişkən qeyd edək ki, adı  çəkilən tarazlıqdan faydalanan  ixtiraçı alim Rəsul müəllim dünya çempionatı və müxtəlif səviyyəli turnirlər keçirilən  domino dəstini sadə, oyununu bəsit, az intellekt tələb edən sayaraq  qat-qat mürəkkəb dəst və yüksək intellekt tələb edən  oyun  ixtira etmişdi.   Bu yenilikləri yaratdığına görə patent almışdı. Bu yenilikdə domino daşlarındakına bənzər   yalnız bir cəhət  vardı,  bu da dördbucaqlı yastı daşlarda bir-biri ilə ardıcıl birləşmiş  xanalar  idi. Digər göstəricilər isə  fərqli idi  və müəllif onları daş yox, şana  adlandırmışdır. Məsələn, fərqlərdən bəzilərini yada salaq.  Şanaların sayı 36,  üz tərəfində bir-biri ilə ardıcıl birləşmiş 3 xana, xana-lardakı xalların sayı 1-dən 9-dək idi. Həm də xallar xanalarda fərqli qaydada düzülmüşdü. Belə ki, 1-ci xanada 1, 2  və ya 3,  2-ci xanada 4, 5   və ya 6, 3-cü xanada 7, 8  və ya 9 xal  vardır. Oyundakı gediş qaydası da fərqlidir. Şanalar baş-başa deyil, yan-yana, paralel qoyulur. Yan-yana dayanan eyni xallı 1 və ya 2  xana bir-birini tutur.  Sonuncunun azad qalmış digər 1 və ya 2 xa-nası isə oyunu davam etdirmək üçün istifadə edilir.  Bu cür şanalar  və oyun qaydaları ilə seçilən yeni oyun daha dərin təhlil  və intellekt tələb edir.  İxtiraçı  Moskvada   Elmlər Akademiyasının  Üzvi kimya institutunda işləyərkən müdir, professor, güçlü dominocu  Mortikov təzə oyunla tanış  olmuşdu. Belə fikir söyləmişdi ki, bu yüksək oyundur və əgər üzə çıxarsa   özünə hörmət edən güclü oyunçular dominoya əl vurmayacaq, bunun tezliklə ciddi  oyunçulara təqdim edilmə-sinə ehtiyac vardır. Bəli,  bu da İdman aləmində bir ilk olmuşdur. Lakin təəssüflər olsun ki, res-publikamızda nə dövlət, nə də özəl qurumlar patent alınmış bu yeniliyə indiyədək diqqət yetir-məmişlər. Oyun dəstinin  materialı plastika və taxta, istehsal texnologiyası asan olmasına bax-mayaraq.  Həmçinin baxmayaraq ki,  adi domino oyunu üzrə  dünya çempionatlarında və beynəlxalq turnirlərdə  mükafat  bəzən 100 000  ADŞ  dollarından yüksək də olur. Nə isə.
Qayıdaq mövzumuzun ana xəttinə – uşaq oyunu hazırlanmasına. Rəsul müəllim bu dəfə qarşıya  fərqli məqsədli  tapşırıq qoydu, balacaların oynaya biləcəyi üçün  münasib oyun dəsti və oyun yaratmaq. Təbii ki, yenə də  oyun daşlarına və oyun qaydalarına görə dominodan fərqli olanını.  Beləliklə,  uşaqlar üçün də fərli oyun dəsti və oyunlar yarada bildi.
İndisə qısaca bu  oyun  dəsti, şanalar, gediş  qaydaları haqda.  Şanalar 18 ədəd, üz tərəfində bir-biri ilə ardıcıl birləşmiş 3 xana, xanalarının hər birində 1, 2 və ya 3 xal. Şanaların 3-ü tripletdir, yəni xanalarında eyni sayda xal olur ( şəkil 1, şanalar  1, 2 və 3). 15 ədədi isə adidir, yəni 1, 2 və 3 xal xanalarda müxtəlif kombinasiyalarda  yerləşir ( şəkil 1, şanalar  4, 5 və 6).   Bu dəst  və  onunla oynanılacaq oyunlar ən azı 3-dək saya bilən balalar üçün düşünülmüşdür və necə deyərlər,  əlçatandır. Bu  dəst ilə  bir neçə oyun  oynamaq mümkündür. 1-ci gedişdən sonrakı  hər növbəti gedişdə şana özündən əvvəlki şananın sağ tərəfinə yandan paralel  qoyulur. Hər şana  özündən əvvəlkinin 1 və ya 2  xanasını tutur. Yəni eyni xallı xanalar yan-yana durur və onlar bir-birini tutur. Sonuncunun digər 1 və ya 2 xanası azad qalır  isə oyunu davam etdirmək üçün sərf edilir.  2-ci şəkildə  2 oyunçu arasındakı “6 şana” oyununun gedişləri verilir. Oyun dəstinin ha-zırlanması asan, materialı isə  uçuzdur – plastika və taxta.
İdman aləmində ilk dəfə olaraq azyaşlılar üçün məxsusi  ixtira edilmiş  bu oyunla müxtəlif miqyaslı çempionatlar və turnirlər  keçirmək mümkün olacaqdır.  Yəni, böyüklər kimi artıq  ba-lacalar da Dünya və Avropa çempionu, ölkə çempionu, habelə beynəlxalq  və d. turnirlərin qalibi adı uğrunda  mübarizəyə qoşula biləcəklər. Bundan böyük motivasiya ola bilərmi?   Bu  oyunlar-da qalib gəlməkdən ötrü hər gediş öncəsi  uşaqlardan düşünmək,  təhlil etmək  tələb edilir. Bala-caların  inkişafını araşdıran pedaqoq və psixoloqların birgə rəyinə görə məhz bunun nəticəsində uşaqlarda əqli inkişaf və digər müsbət dəyişikliklər baş verir. 
        Elm və Təhsil nazirliyi bu faydalı oyunu “Təhsil” idman-uşaq  mərkəzində, məktəbəqədər müəssisələrdə, hazırlıq qruplarında, ibtidai siniflərdə tezliklə tətbiq edə bilər. Yarışların keçiril-məsinə də nail ola bilər. Təbii ki,  balacalara qarşı  xeyirxah istək  olarsa. Övladlarının ağıllı böyüməsinə xüsusi diqqət ayıran əcnəbilər yenilikdən xəbər tutduqda şübhəsiz ki, bizdən onu alıb özlərində tətbiq edəcəklər. Ölkədə və xarıcdə yaşayan  iş adamlarımız oyun dəstinin isteh-salını, öyrədilməsini, müxtəlif miqyaslı yarışların keçirilməsini təşkil etməklə xeyirxah  iş görə və gəlir götürə  bilərdi. İş yerləri açılardı və s.  Təəssüf, bunların heç biri  baş tutmadı.

Lakin  bu oyunun tətbiqinə əlaqədar qurumlar diqqət yetirməsələr də onun əsil dəyərini anlayan  ixtiraçı-müəllif  əsla ruhdan düşmədi.  Daim  oyunu irəli aparmaq,  daha geniş miqyas-da uşaqlara çatdırmaq haqda düşünməkdə, axtarışlar aparmaqda davam etdi. Oyunun ölkədə və beynəlxalq  aləmdə tezlikə və geniş miqyasda yayılmasının bir etibarlı  yolu da internet üçün  multiplayer variantının hazırlanmasıdır. Bakıda fəaliyət göstərən “Tayqatech” şirkətinin rəhbər-liyi yeniliyi layiqincə dəyərləndirdi. Şirkətin bacarıqlı  mütəxəssisləri  oyunun multiplayer vari-antını işləyib hazırladı.  Bu  da  Dünyada bir  ilkdir. Hansı mənada? İndiyədək uşaqlar üçün multiplayer oyunları  hazırlanmışdır, lakin təəssüflər olsun, onların böyük əksəriyyəti savaş oyunlarıdır. Uşaqlar arasında savaşın  təbliği isə  heç də bəyənilən deyildir. Rəsul müəllimin təklifi ilə ilk dəfə olaraq azyaşlıların intellektinə, düşüncə qabiliyyətinə, yaddaş və diqqətinin  güçləndirilməsinə müsbət təsir göstərən oyunun multiplayer variantı işlənib  hazırlandı.
Ümid etmək olar ki, yeniliyin hər iki  variantda  – fiziki və internet yayımı ilə  uşaqlarımızın oynayaraq faydalanmasında  Elm və Təhsil  Nazirliyi də, İdman və Gənclər Nazirliyi də fəallıq göstərə bilər.
İnternet vasitəsilə multiplayer oyunlarında  onlarla, yüzlərlə, minlərlə uşaqlar eyni zamanda öz aralarında oynaya bilər, habelə çempionatlarda, turnirlərdə iştirak edə bilər. Məhz uşaqlara faydalı keyfiyyətləri aşılayan, təşviq edən oyunun multiplayer variantının hazırlanmasını ixtiraçı- müəllif  qərarlamışdı.  Əslində  multiplayerin işlənib hazırlanması heç də asan  iş deyil. İndiyə-dək bu sahədə işləməmiş bizim istedadlı mütəxəssislərimiz  problemin əhəmiyyətini nəzərə ala-raq  həllini öz üzərinə götürdü və öhdəsindən bacarıqla  gəldi. Təbii ki, onlara təşəkkür düşür və müəllif olaraq Rəsul Rəxşanlı  dərin təşəkkürünü söylədi. Lakin bununla is bitməyır. Multiplayer  proqraqmı hazırlanıbsa gələcəkdə respublikamızın, eləcə də dünyanın müxtəlif şəhərlərində ya-şayan  balacalar  bir-biri ilə bizim oyunumuz üzrə yoldaşlıq görüşlərində, çempionatlarda, turnir-lərdə iştirak edə, faydalana  biləcəklər. Bu isə heç də müəllifdən asılı deyil.               
Bəlkə də belə yenilikləri əcnəbi alim və mütəxəssislər etmiş olsaydı bizim əlaqədar qurum-larımız, iş adamlarımız  şişirdilməsinə ehtiyac olmayan bu yenilikləri bir az da şişirdərək  ölkə-mizdə tətbiqinə çalışardlar. Maraqlıdır, bizim doğma vətəndaşlarımızın yaratdıqlarına ögey mü-nasibət bundan sonra dəyişəcəkmi?
Multiplayer variantının realizəsi ilə  də müvafiq dövlət qurumları və özəl şirkətlər məşğul ola bilər. Münasibət müvafiq olarsa  yeni iş yerləri açılar, balacalarımız faydalanar, Azərbay-canımız da Dünya idmanına oyun vermiş nadir fe-fakto  ölkələrdən birinə çevrilər. 
Etiraf edək ki, görülmüş bu işlər  kifayət qədər faydalı və həcmlidir. Lakin uşaqlara olan sevgisi onu sakit buraxmadı. Daha birini yaratmağa səslədi.  Nərd oynamağı bacarmayan uşaq-ların  necə  maraqla  zərləri atdıqlarını və daşların yerini düzgün dəyişmədiklərini, amma  buna baxmayaraq   nərd oyunu oynadıqlarını  təsəvvür etdiklərinin  dəfələrlə şahidi olurdu. Niyə də uşaqların həqiqətən oynaya bilməsi və reallıqda ləzzət  almaları  üçün müvafiq  nərd dəsti və oyunları  yaradılmasın? Məgər bu gözəl olmazdımı? Müşahidələrdən təsirlənmiş   Rəsul müəllim belə  düşündü.
Təkrarən haşiyədən azca kənara çixaq. Dünya miqyasında  çempionatlar və turnirlər təşkil  edilən backgammon  nərd dəsti  və oyunu  nərdçilərin sevimlisidir. Lakin  bu nərdtaxta da, elə oyun da Rəsul müəllimə bir növ  qaneedici təsir bağışlamırdı.  Onun fikrindən daha yüksək intel-lekt tələb edən  yeniliklər keçirdi. Zaman-zaman gözlədi, yeniliklər ortaya çıxmadı. İxtiraçı  isə bu qənaətdə idi ki,  backgammon  nərd dəstinin  imkanları tükənmişdir. Özü hərəkətə keçdi.  Yenə də Dünyamız  ilk  nələrisə ala bildi. Rəsul müəllim araşdırmalar nəticəsində belə qənaətə gəldi ki,  yüksək oyun yaratmaqdan ötrü ilk növbədə  daha geniş imkanlara malik  nərdtaxta dəs-tinə ehtiyac vardır. Onun çalışmaları nəticəsiz qalmadı, məqsədinə nail oldu, yeni nərd komplek-ti yarada bildi.  Bu nərdtaxtada oyunçuların atdığı  zərlər 8 üzlüdür. Daşlar 40(=20+20) ədəd, xanalar 32(= 8x4)-dir. Atılmaqdan ötrü deyil, oyun stavkasını, yəni uduş dəyərini hər dəfə 2  qat  olmaqla artıqmağa istifadə  edilən dabl-kub zəri də saxlanıldı. Hə, bu dəstin  imkanları həqiqə-tən genişdir. Deməli, bu nərdtaxtada daha yüksək intellekt tələb edən oyun hazırlamaq müm-kündür.  Dünya, qitələr çempionatı, habelə digər miqyaslı çempionat və turnirlərin keçirildiyi backgammon   oyununun yeni nərdtaxtaya münasib variantı yaradıldı.
Oyun yenidirsə onda yeniliklər az olmamalıdır. Təbii ki, daşların ilkin düzülüşündə, gediş-lərin edilməsində, son hissədə daşların evlərdən çıxarılmasında  yeniliklər vardır. Yada salmaq yaxşı olardı ki, nərd üzrə çempionatlar və turnirlər çox gəlirli yarışlardır. Təsadüfi deyil ki, hər  İl ərzində  müxtəlif ölkələrdə çoxlu sayda, mükafat məbləği isə böyük və orta olan  yarışlar təşkil edilir. Maraqlıdır ki, hər hanşı idman oyunu sahəsində yalnız 1 (bir) beynəlxalq federasiya oldu-ğu halda nərd sahəsində  3 (üç) federasiya fəaliyyət göstərir. Yəqin ki, bu fakt nədənsə xəbər ve-rir. Rəsul Rəxşanlı  bu yeniliklərini Ümumdünya Nərd Assosasiyasının baş katibi Fornaserə  nü-mayiş etdirəndə o, xoş təəccüb hissi ilə ürəkaçan sözlər söyləmişdi. Bu yenilik üzrə beynəlxalq miqyasda yarışlar keçirilməsindən ötrü oyunçuları hazırlamaq vacibdir. Bunun üçün ən qısa yol ilk növbədə öz şəhərinizdə oyunların keçirilməsidir. Təəssüf ki, bizdə bu  işə qolunu çırmalayan tapılmadı. İxtiraçı  necə deyərlər gümanı gələn  qapıları döydü, Bakıda keçirilən  beynəlxalq  və respublika idman konfranslarnda çıxışlar etdi.  Biz Bakıda  nərd üzrə turnirlər keçirməklə həm hazırda oynanılan  backgammon və longgammon oyunları, həm də Azərbaycanda yaradılmış yeni oyunlar üzrə yarışların keçirilməsini təşkil etməklə paytaxtımızı daha geniş miqyaslı və daha nüfuzlu nərd oyunları mərkəzinə çevirə bilərik,  İstanbul, London kimi. Doğma şəhərimizi öz doğma oyunlarımız üzrə yarışların keçirildiyi mərkəzə də çevirə bilərik.  
Təkrar qayıdaq  söhbətimizin ana xəttinə – uşaq oyunlarına. Qarşııdakı tapşırıq  isə yenə əks istiqamətdə idi, yəni daha yüksək intellekt tələb edən deyil,  uşaqların reallıqda oynaya bilə-cəyi yeniliyi yaratmaq  gərək  idi. Uşaqların həqiqətən  reallıqda ləzzət alaçaqları və bu səbəbdən oynamağa dərindən maraq göstərəcəyi  nərd dəsti və oyunları  yaratmaq.  İxtiraçı  qarşıya tapşı-rıq  qoydu: uşaqların oynaya biləcəyi nərdtaxta və oyunlar yaratmaq.
Bu dəfə  ən azı  4-dək  saya bilən uşaqlar üçün ikinci nərdtaxtanı və oyunları  hazırlamaqda qərarlı idi. İlk mərhələdə nərdtaxtanı hazırladı.  Zərlər 4 üzlüdür. Daşlar 20(=10+10) ədəd, xana-lar 16(= 4x4)-dir. Sonrakı mərhələdə  oyunların bu nərdtaxtaya münasib variantları yaradılmalı idı. Bunlar da yaradıldı, həm backgammon (döymə) , həm də longgammon (uzun) oyunları. Bun-lar da  öz növbələrində və öz sahələrində  ilk oldu. Bunlara da  patent düşürdü və verildi.  De-məli, ilk dəfə olaraq uşaqlar arasında da  nərd oyunları üzrə müxtəlif miqyaslı çempionatlar və turnirlər keçirilməsinə başlamaq  mümkün olacaqdır. Bu oyunları ilk dəfə məhz Bakıda – uşaq nərd dəstinin və oyunlarının vətənində  keçirmək çox gözəl olardı. Sonra isə belə yarışları ənənə halına salmaq  çətin olmazdı.
Söhbət açdığımız hər iki yeni uşaq oyun dəstinin hazırlanması sadə, materialları  plastika və taxta isə ucuzdur. Onların istehsalını   qısa zamanda sahmana salmaq  mümkündür. Belə fay-dalı oyunları məktəbəqədər, məktəbəhazırlıq,  məktəbin aşağı sınıflərində, uşaq idman klubla-rında, evdə oynamaq mümkündür. Təəssüf olsun ki, ixtiradan illər ötsə də bu faydalı, xeyirxah işə başlamaq kimsənin fikrindən, qəlbindən hələ də keçməmişdir. Yəqin ki, bu işin əhəmiyyətini nəzərə alaraq Elm və Təhsil nazirliyi müstəqil, bəlkə də Gənclər və İdman nazirliyi ilə əl-ələ verərək  yaxın vaxtlarda oyunların tətbiqini həyata keçiriləcəkdir. Uşaqlarımız bu yeniliklərdən yalnız faydalanacaqlar. Oyunlar övladlarının intellektli böyüməsinə əhəmiyyət verən xaricilərin  də diqqətindən yayınmayacaqdır. Eyni zamanda  oyun dəstlərinin  istehsalının, yarışların keçiril-məsinin gəlirliyi diqqəti cəlb edəcəkdir.
Əslində innovativ  yol ilə  meydana gəlmiş  və idman aləmində həqiqətən yeni olan uşaq idman oyun dəstlərinin və  oyunlarının idman arenasında praktiki olaraq istifadəyə verilməsi  heç də sıradan olan, yerli əhəmiyyətli yenilik, uğur  sayıla bilməz. Onların Respublikamızda  yara-dılması qürurverici olsa da illər ərzində  gözü yollarda qalmış  Dünya  uşaqlarIna  təqdim edil-məməsi xoşagələn sayıla bilməz. Onları gələcəyimiz adlandırdığıımız uşaqlarımızın   istıfadəsinə mümkün qədər tez  verməyimiz daha düzgündür.
Sonda  xatırladaq ki,  macar  Rubikin yaratdığı Kubik Rubik  oyunu əyani surətdə  dünya-ya  göstərdi ki, yeni idman oyunu ilə bağlı  istehsal,  müxtəlif miqyaslı yarışların keçirilməsi nə dərəcədə  gəlirlidir, müxtəlif istiqamətlərdə nə dərəcədə perspektivlidir. Azərbaycan həm də məxsusi uşaq oyunları  üzrə yarışlar keçirən ilk ölkə adını qazana biləcəkdir. Təəssüflər olsun ki, bizim nə rəsmi qurumlarımız, nə də  iş adamlarımız  hələ də  idman oyunlarına maraq göstər-mirlər. Onlarda bu  işə,  bu sahəyə hələ də maraq, necə deyərlər,  iştaha açılmayıb.  
Biz Bakıda  uşaq idman oyunları üzrə  çempionatlar və  turnirlər keçirməklə, həm də Azər-baycanda yaradılmış yeni oyunlar üzrə yarışları  təşkil etməklə paytaxtımızı daha geniş miqyaslı, daha nüfuzlu idman mərkəzinə çevirə bilərik.         
“Azərbaycanda idmanın inkişafının yeni  yol xəritəsi”nin  hazırda  hazırlanması   çox se-vindiricidir. Fikrimizcə  ilk dəfə olaraq bizdə uşaq idman oyunlarının yaradılması, həm də məhz patent  səviyyəsində yaradılması Respublikamızda idmannın yeni istiqamətinin yaranması və inkişafı baxımızdan idman aləminə verilmiş  orijinal və gözəl töhfədir. Bu  oyunlarımızla əlaqə-dar  layihənin hazırlanmasının, Elm və Təhsil  Nazirliyinin təklifi və  dəstəyi ilə layihənin yeni  yol xəritəsinə daxil edilməsinin  təbii ki,  Nazirliyin nüfuzuna da təsiri  olacaqdır.               
Eldar MƏMMƏDBƏYLİ,
kimya elmləri doktoru, professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ