Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bələdiyyələr mənasız quruma çevrilir…

Image


Məlum olduğu kimi, Azərbaycanda bələdiyyələrin işlək bir quruma çevrilə bilməməsi vaxtaşırı gündəmə gəlir. Ekspertlər diqqəti ona yönəldir ki,  bir çox inkişaf etmiş ölkədə məhz bələdiyyələr insanların sosial-iqtisadi durumunun yaxşılaşmasına ciddi təsir göstərir. 

Azərbaycanda isə bələdiyyə institutunun yaranmasından 25 ilə yaxın zaman ötsə də, insanlar hələ də “bu qurum hansı işləri görməlidir” sualına cavab tapa bilmir. Ekspertlərin fikrincə, bunun əsas səbəbi ölkədə bələdiyyələrin yetki məhdudluğu, maliyyə resurslarının yetərsizliyidir.

Rəsmi məlumata görə, Azərbaycanda hazırda 1606 bələdiyyə və 15 minə qədər bələdiyyə üzvü var. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. O dövrdə ölkədə 2 min 700 civarında bələdiyyə yaradılıb. İkinci dəfə bələdiyyə seçkiləri 2004, üçüncü dəfə 2009, dördüncü dəfə 2014, beşinci dəfə isə 2019-cu ildə keçirilib. Növbəti bələdiyyə seçkiləri gələn il gözlənir. Amma 2006-cı ildə bəzi bələdiyyələrin birləşdirilməsi, ləğvi, yenidən təşkili səbəbilə yeni, təkrar və əlavə bələdiyyə seçkiləri keçirilib. Burada onu da xatırladaq ki, Azərbaycanda bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur. O, Azərbaycan Konstitusiyası və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etməlidir. Ötən 24 ildə bələdiyyələr qurum kimi özlərini təsdiqləyə bilməyiblər. Azərbaycanda bələdiyyələrə vətəndaş marağının da az olmasının çox səbəbi var. Bunlardan biri bələdiyyələrin yetki yetərsizliyidir. Başqa ölkələrdə bələdiyyələrin gördüyü bir çox işi Azərbaycanda icra hakimiyyəti orqanları gerçəkləşdirir. Bəzi fikirlər səslənir ki, belə vəziyyətdə bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalı, ayrı qanunvericilik şəklində təqdim edilməlidir. Həmçinin bu qurumların və üzvlərinin sayının azaldılması son vaxtlar getdikcə daha çox səslənən rəkliflər sırasındadır. Ədliyyə nazirinin müavini Vilayət Zahirov  bir müddət əvvəl bu xüsusda qeyd edib: “Bu gün bələdiyyələrlə bağlı müəyyən məsələlərlə qarşılaşırıq. Ən mühüm məsələ maliyyə resurslarının zəif olmasıdır”. Ancaq o, bələdiyyələrin yetkisinin artırılmasına qarşı çıxaraq bildirib: “Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar. Zamanla bunu həll etmək olar”.  Bələdiyyələrlə bağlı problem yaradan əsas məqamlardan biri, yuxarıda qeyd edildiyi kimi, onların say çoxluğudur. 10 milyon əhalisi olan Azərbaycanda bələdiyyə sayı çoxdur. Üstəlik, Qarabağ bölgəsində işğal ucbatından bələdiyyələr yaradılmamışdı. İndi burada da yaradıldıqdan sonra bələdiyyələrin sayında ciddi artım olacaq. Müqayisə üçün, 85 milyona yaxın əhalisi olan Türkiyədə bələdiyyə sayı Azərbaycandan azdır. Bu baxımdan, bələdiyyələrin say çoxluğu da onların resurslarının məhdud olmasına gətirib çıxarır. Elə bu üzdən müstəqil ekspertlər Azərbaycanda bələdiyyələrin yetkilərini artırmaqla yanaşı, onların sayca azaldılmasını da vacib sayırlar. Bir çox beynəlxalq qurumun hesabatlarında isə bələdiyyələrin əsas üstünlüyü onların çevikliyi ilə əsaslandırılır. Paytaxtda yerləşən mərkəzi icra qurumlarından fərqli olaraq, bələdiyyələrin insanlarla daha yaxın təmas imkanları var. Onların işi sırf öz ərazilərində əhaliyə xidmət etmək olduğundan, qərar qəbulu daha çevik baş verir. Bələdiyyələrlə digər bir problemi maliyyədən qaynaqlanır. Azərbaycanda bələdiyyələrə ilboyu dövlət büdcəsindən təxminən 5 milyon manat ayrılır. İnsanların yerli vergiləri ödəməyə marağı çox deyil. Yerli vergilərin və ödənişlərin də aşağı olması nəticəsində bir çox bələdiyyənin rəsmi gəlirləri işçilərinin əmək haqlarına belə yetəcək səviyyədə deyil. Azərbaycanda bələdiyyələrin topladığı vergilər çox azdır. Digər tərəfdən, əhali bu quruma güvənmədiyindən həmin vergiləri ödəməyə də maraqlı olmur. Büdcədən bələdiyyələrə ayrılan vəsaitin həcmi də çox cüzidir. 2023-cü ilin dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyanın məbləği cəmi 5 milyon 500 min manatdır. Avropa Şurası yerli özünüidarəetməyə dair sənədlərində bildirir ki, yerli özünüidarə sisteminin effektiv fəaliyyət göstərməsi üçün ölkə üzrə bələdiyyə büdcələrinin ÜDM-ə nisbəti minimum 7 faiz olmalıdır. Azərbaycanda bu rəqəm hətta 0.1 faizdən də azdır. Üstəgəl, digər sahələrdə olduğu kimi, Bakı və regionlar arasında kəskin fərqlər var. Bir çox regionda yerləşən bələdiyyələrin illik gəliri heç onların əməkdaşlarının maaş xərclərini qarşılaya bilməyəcək qədər azdır. Bu səbəbdən hökumət bələdiyyələrin maliyyə mənbələrinin artırılması ilə yanaşı, büdcədən bu istiqamətdə ayrılan vəsaitin də həcmini artırmağa məcburdur.

Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsi bu günlərdə ötən il Azərbaycandakı bələdiyyələrin büdcələrinə dair bilgiləri açıqlayıb. Həmin il ölkədə fəaliyyət göstərən 1 min 606 bələdiyyənin toplam gəliri 47 milyon 366 min manat olub. Bu, 2021-ci illə müqayisədə 13.7 faiz artım deməkdir. Müqayisə üçün, qonşu Gürcüstanın paytaxt şəhəri Tiflis bələdiyyəsinin ötənilki büdcəsi 1 milyard 560 milyon lari - təxminən 1 milyard 61 milyon manat olub. Deməli, yalnız Tiflis bələdiyyəsinin birillik gəliri Azərbaycandakı 1 min 606 bələdiyyənin illik gəlirlərindən təxminən 22 dəfə çoxdur. Bələdiyyələrin il ərzindəki toplam gəlirinin 43.3 faizi və ya 20 milyon 491 min manatı yerli vergilər hesabına təmin edilib. Əhalidən il boyu fiziki şəxslərin əmlak vergisi qismində 13 milyon 212 min manat pul toplanıb. Belə şəxslərin ödədiyi torpaq vergilərindən əldə edilən gəlirsə 7 milyon 277 min manat olub. Beləcə, bələdiyyələr 2021-ci illə müqayisədə 8 faiz daha çox vergi gəliri əldə edib. Əslində, qanunvericilik bələdiyyələrə daha bir vergi gəliri əldə etməyə yol açır. Söhbət bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisindən gedir. Rəsmi rəqəmlərə görə, ötən il ölkədə bu vergi növü üzrə cəmi 1 min 600 manat yığılıb. Elə bu rəqəmin özü Azərbaycanda bələdiyyə işinin səmərə baxımından nə qədər aşağı olmasının göstəricisidir. Bələdiyyə gəlirlərinin yerdəqalan 56.7 faizlik hissəsi vergi olmayan daxilolmalar hesabına formalaşıb. Burada əsas pay bələdiyyə əmlakının satışından əldə edilən gəlirlərdir. Ötən il bələdiyyələr öz əmlaklarının satışından 9 milyon 131 min manat gəlir qazanıb. Bu, 2021-ci illə müqayisədə 35 faiz artım deməkdir. Bələdiyyə əmlakının icarəyə verilməsindən 7 milyon 517 min manat gəlir əldə edilib. Beləcə, bələdiyyələrin il ərzindəki bütün gəlirlərinin 35.1 faizi əmlakın satılması və ya icarəyə verilməsi hesabına təmin olunub. Büdcədən ayrılan dotasiya və subsensiyaların bələdiyyə gəlirlərindəki payı isə 13.8 faizdir. Bu iki istiqamət üzrə bələdiyyələrin toplam gəlirləri 6 milyon 527 min manatdır. Ayrı-ayrı şəhər və rayon bələdiyyələrinin gəlirinə dair göstəricilərindən aydın olur ki, ölkədə, bir çox sahədə olduğu kimi, bələdiyyələr arasında da regional bərabərsizlik hökm sürür. Ötən il Azərbaycandakı bütün bələdiyyə gəlirlərinn 30 faizi Bakı şəhərində formalaşıb. Bakı çevrəsindəki ərazilər də nəzərə alınsa, bu göstərici 40 faizə yüksəlir. Paytaxt bələdiyyələri il ərzində toplam 14 milyin 350 min manat gəlir əldə edib. Bütövlükdə, toplanan vergilərdə Bakının payı daha yüksəkdir. Məsələn, ötən il bələdiyyələrin ölkə üzrə topladığı vergilərin yarısı Bakının payına düşür. Bu həm də onun göstəricisidir ki,  paytaxtdankənar ərazilərdə əhali bələdiyyə vergilərini ödəməkdə maraqlı deyil. “Azadlıq” radiosunun məlumatına əsasən, ölkə rayonları arasında bələdiyyələrin ən az gəlir əldə etdiyi bölgələr - Daşkəsən (80 min manat) və Lerikdir. (77 min manat). Ötən il Azərbaycandakı bələdiyyələrin toplam xərcləri 46 milyon 796 min manat olub. Bələdiyyə gəlirlərinin yetərsizliyi onların xərc strukturundan da üzə çıxır. Ötən il bələdiyyə xərclərinin 55 faizi əmək haqlarına gedib. Daha 25 faiz mal və xidmətlərin alışına sərf edilib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ