Bazar ertəsi günü, 09 noyabr 2026
     

İsrail təhsil sistemi ilə əməkdaşlıq Azərbaycan təhsilinə nə verəcək?

Image


Azərbaycan dövləti, bütün sahələrdə olduğu kimi, təhsil sahasində də beynəlxalq əməkdaşlığa maraq göstərir.

Bildiyimiz kimi, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində israilli həmkarı Eli Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı “Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı” imzalanıb.

Qeyd edək ki, Nəsimi rayonu 46 nömrəli orta məktəbin nəzdində yəhudi bölməsi fəaliyyət göstərir. Valideynlərin qeyd etdiyinə görə, bu bölmədə dərslər rus dilində tədris edilir, şagrdlərə ivrit dili, həmçinin “Yəhudi mədəniyyətinin əsasları”, “Yəhidi xalqının tarixi” də tədris edilir. Valideynlərin dediyinə görə, yəhudi bölməsində I-XI siniflər üzrə ümumikdə  73 şagird təhsil alır.

Mətbuatda gedən məlumata görə, Azərbaycanda yəhudilərə məxsus 7 sinaqoq, 2 orta məktəb, kollec və 3 uşaq bağçası fəaliyyət göstərir. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyətə başlayıb.

Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən, 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, Bakı şəhərində yaşayan yəhudi uşaqlar üçün açılmış "Xabad-Or-Avner" məktəbi 2003-cü ildən fəaliyyət göstərir.

Məktəb mərhum prezident Heydər Əliyevin razılığı və dəstəyi ilə açılıb.

Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi”  öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.

2010-cu ildə "Xabad-Or-Avner” məktəbi üçün Heydər Əliyev Fondu və "Or-Avner” Beynəlxalq Fondu tərəfindən yeni bina inşa edilib. Yeni binanın açılış mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak edib. 

Müasir tələblərə uyğun inşa edilmiş məktəb Bakı şəhəri Xətai rayonunda 1,5 hektar torpaq sahəsində tikilmiş üçmərtəbəli kompleksdən ibarətdir. 

Məktəbdə müvafiq tələblərə cavab verən yeməkxana, idman zalı, idman meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.

İsrail təhsil sistemi ilə əməkdaşlıq Azərbaycan təhsilinə nə verəcək?

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bu barədə şərh verərkən bildirdi ki, Azərbaycanla İsrail arasında iqtisadi, siyasi, hərbi, təhsil, mədəniyyət sahəsində  əlaqələrin inkişafı hər iki ölkə üçün müsbət nəticələr vəd edir, bu, ictimaiyyət tərəfindən də çox müsbət qarşılanır: “Azərbaycan və İsrail arasında təhsil sahəsində həyata keçirilən əməkdaşlığın müsbət nəticələri qaçılmazdır. Hesab edirəm ki, bu istiqamətdə real işlər görülməlidir. Azərbaycan təhsil sistemi ilə İsrail təhsil sistemi arasında köklü fərqlər var. Ona görə də, əgər biz əməkdaşlıq edəcəyiksə, çalışmalıyıq ki, gələcəkdə Qərb təhsil sisteminə, o cümlədən də İsrail təhsil sisteminə yaxınlaşaq. Bu nədən ibarətdir? Azərbaycan təhsil sistemi ilə İsrail təhsil sistemi ilə əməkdaşlıq çərçivəsində biz təhsilin fəlsəfəsini dəyişməliyik. Çünki Azərbaycanda təhsil inkişaf etmiş ölkələrdən bir qədər fərqlidir. Bu fərqlərlə gündəlik iş təcrübəmizdə rastlaşırıq. Tələbələr də bunu deyir. Bilirik ki, inkişaf etmiş ölkələrdə, o cümlədən də İsraildə tələbələrin dərsə davamiyyət məsələsi problemi yoxdur. Yəni tələbə mühazirə, seminar dərslərinə, məşğələlərə, məsləhət saatlarına istəsə gələ bilər, istəsə gəlməz. Bu, tələbənin istəyinə bağlıdır. Bu istiqamətdə təhsili qurublar. Semestr imtahanları da çox obyektiv həyata keçirilir. Mənə elə gəlir İsrail universitetlərində dərsə davamiyyət heç də bizdən aşağı deyil.

Qayıdaq bizə. Bizdə isə dərsə davamiyyət çox ciddi şəkildə universitetlərdə tələb olunur. Hətta limit qoyurlar ki, hansı dərsdə neçə qayıbın olarsa dərsə buraxılmırsan. İmtahana buraxılmamaq da imtahan kəsiri hesab olunur. Bu, tələbələrin təhsilində müəyyən qədər problem yaradır. Biz bunu tənqid ediriksə, çıxış yolları da göstərməliyik. Azərbaycanda olan, amma inkişaf etmiş ölkələrdə olmayan qayıb limitini götürsək nə baş verər? O baş verər ki, o zaman tələbələrin dərsə davamiyyəti, dərsə gəlişi minimuma enər. Çox az sayda tələbə universitetə gələ bilər. Biz Qərb ölkələrindən öyrənərək  tələbələrə universitetə öyrənmək üçün gəldiklərini, müəllimlərdən, onların mühazirələrindən biliklər almalı olduqlarını, bunu könüldən istəməklərini təlqin etməliyik. Sirr deyil, bizdə universitetlər var ki, onları məzmun deyil, forma maraqlandırır. Yəni jurnal yazılsın, dərslərin adları qeyd olunsun, amma dərslərin keyfiyyətli keçib-keçməməsi universitetləri maraqlandırmır. Mənə elə gəlir ki, Qərb ölkələrində, xüsusən də İsraildə keyfiyyətə fikir verirlər, tələbələrin və müəllimlərin vaxtını alan məslələrə çox az fikir verirlər”.

M.Zülfüqarlı hesab edir ki, Azərbaycan və İsrail arasında təhsil sahəsində əməkdaşlığın perspektivi var. “Azərbaycan və İsrail arasında təhsil sahəsindəki əməkdaşlığın prespektivi böyükdür və qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün faydası var”-deyə professor Zülfüqarlı qeyd etdi.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ