Bazar ertəsi günü, 09 noyabr 2026
     

Dünyadan gələn urbanizasiya problemi - Azərbaycan da təsirlənir...

Image


Mövcud dünya təcrübəsi göstərir ki, hazırda şəhərlər iqtisadi inkişafın mühərrikidir. BMT-nin məlumatına görə, şəhərlər ümumi daxili məhsulun 60 faizini və iqtisadi artımın 80 faizini təmin edir. Bununla belə, urbanizasiyanın mənfi tərəfi də var.

Məsələ burasındadır ki, iş və gələcək üçün daha yaxşı şanslar axtarmaq məqsədilə müxtəlif ölkələrdə və müxtəlif qitələrdə getdikcə daha çox insan şəhərlərə axışır. Müxtəlif hesablamalara görə, dünyanın şəhər əhalisi hər gün təxminən 200 min  nəfər artır. Bu məlumatlar Ümumdünya İnsan Məskənləri Təşkilatının Proqramının hesabatlarında da öz təsdiqini tapır. Bu gün dünya əhalisinin yarısı şəhərlərdə və şəhər aqlomerasiyalarında yaşayır. BMT-nin proqnozlarına görə, əsrin ortalarında şəhər əhalisinin payı dünya əhalisinin üçdə ikisini təşkil edəcək. İstifadə olunan bütün enerjinin 75 faizi və karbon qazı emissiyasının təxminən 80 faizi şəhərlərin payına düşür. Bundan başqa, urbanizasiya işsizlik və evsizlik, gecəqondu sakinlərinin sayının artması, cinayətkarlıq, gözlənilən ömür uzunluğunun azalması və xəstələnmənin artması kimi problemlərin, Yer kürəsinin iqlim dəyişikliyinin səbəblərindən biridir. Amma  iş tapmaq üçün yüksək şans, universitetlərə, muzeylərə və kinoteatrlara, iaşə obyektlərinə, xəstəxanalara əlçatanlıq kimi faktorlar urbanizasiyanın intensivləşməsinə səbəb olur. Şəhər sakinlərinin ixtiyarında daha inkişaf etmiş nəqliyyat infrastrukturu var. Problem Azərbaycandan da yan keçməyib. Azərbaycanda, özəlliklə paytaxt Bakı və onun çevrəsində yaşayan insanların sayı artır. Rəsmi bilgilər yalnız rayon və şəhərlərdə rəsmi qeydiyyatda olanların sayını əks etdirir. Ancaq bir çox müstəqil ekspert ölkədə kəskin daxili miqrasiya olduğunu bildirir. Bölgələrdə iş və gəlir imkanlarının aşağı olması insan köçünün başlıca səbəbidir. Axır ki, rəsmi açıqlanan bilgilər də daxili miqrasiyanın yüksək olmasını təsdiqləyib. Azərbaycanda iqtisadi fəaliyyət paytaxt Bakı və ona yaxın ərazilərdə daha aktivdir. “Böyük Bakı” adlandırılan bu əraziyə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu daxildir. Azərbaycanda əhalinin siyahıyaalınması son dəfə 2019-cu ildə aparılıb. Onun nəticələri göstərir ki, Abşeron yarımadasında əhalinin gerçək sayı rəsmi qeydiyyatdakılara nisbətdə daha çoxdur. Məsələn, 2019-cu ilin əvvəlinə olan rəsmi rəqəmlərinə görə, Abşeron rayonu əhalisinin 213 min nəfər olduğu açıqlanmışdı. Həmin il keçirilən siyahıyaalma zamanı üzə çıxıb ki, orada 476 min nəfər yaşayır. Başqa sözlə, Abşeron rayonunda yaşayanların gerçək sayı rəsmi qeydiyyatdakı əhalinin sayından 263 min nəfər çoxdur. Bu rayonda özəlliklə Xırdalan şəhərinin real əhali sayına dair göstəricilər çox yüksəkdir. Ötən ilin əvvəlinə olan bilgiyə görə, şəhərin rəsmi əhalisi 101 min nəfərdir, ancaq siyahıyaalma zamanı şəhərdə bundan iki dəfə çox - 206 min nəfərin yaşadığı üzə çıxıb. Təsadüfi deyil ki, bir müddət öncə Abşeron rayonunun icra hakimi də Xırdalan şəhərindəki məktəblərdə yaranmış durumla bağlı maraqlı açıqlamalar vermişdi. Məlum olmuşdu ki, hazırda 2 min nəfər şagird tutumu olan Xırdalan şəhər 1 saylı tam orta məktəbində 6 min şagird, 1 min 380 nəfər şagird tutumu olan Xırdalan şəhər 2 saylı tam orta məktəbində 6 min 177 nəfər şagird, 960 nəfər şagird tutumu olan Xırdalan şəhər 5 saylı tam orta məktəbində 3 min 279 şagird, 640 nəfər şagird tutumu olan Saray qəsəbə 2 saylı tam orta məktəbində isə 2 min 24 nəfər şagird təhsil alır.

Daxili miqrasiyanın əsas yönlərindən biri də Sumqayıtdır. Siyahıyaalmanın aparıldığı 2019-cu ildə açıqlanan bilgiyə görə, Sumqayıt şəhərinin rəsmi əhali sayı 343 min nəfərmiş. Amma Dövlət Stattistika Komitəsi siyahıyaalma zamanı müəyyənləşdirib ki, şəhərdə mövcud əhali sayı 491 min nəfərdir. Bu, o deməkdir ki, Sumqayıta ölkənin digər ərazilərindən, ən azı, 148 min nəfər köçüb. Belə çıxır ki, şəhərdə yaşayanların sayı rəsmi qeydiyyatda olanlardan, ən azı, 43 faiz çoxdur. Ölkə içərisindəki miqrasiyanın başlıca yönü, təbii ki, paytaxt Bakıdır. 2019-cu ilin əvvəlinə olan məlumatda Bakıda əhali sayının 2 milyon 277 min nəfər olması açıqlanmışdı. Siyahıyaalmaya dair bilgilərdə isə paytaxtda rəsmi açıqlanan rəqəmlərlə müqayisədə 340 min nəfər çox - 2 milyon 617 nəfərin yaşaması qeyd edilib. “Azadlıq” radiosunun məlumatına əsasən, siyahıyaalma ilə bağlı məlumatlardan aydın olur ki, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayanların gerçək sayı rəsmi qeydiyyatda olan əhali ilə müqayisədə, ən azı, 750 min nəfər çoxdur. Ancaq gerçək mənzərə bu rəqəmlərdən də yüksək ola bilər. Məsələn, bir çox müstəqil ekspert alternativ hesablamalarla Bakıda 3 milyondan çox insanın yaşadığını müəyyənləşdirib. Bu, siyahıyaalmada ortaya çıxan nəticədən, ən azı, 400 min nəfər çoxdur. Rəsmi rəqəmlərin təhlili göstərir ki, Azərbaycanda paytaxt və əyalətlərin iqtisadi göstəriciləri arasında kəskin fərq var. Ötən il ölkədə buraxılan sənaye məhsulunun 90 faizə yaxını paytaxt Bakıda istehsal edilib. Ölkədə ictimai iaşə dövriyyəsinin də 60 faizdən çoxu Bakının payına düşüb. Bu rəqəmlər paytaxtdakı iqtisadi aktivlik səviyyəsi ilə rayonlar arasındakı kəskin fərqi üzə çıxarır. Bakıda iqtisadi fəaliyyətin daha aktiv olması insanlara daha çox gəlir qazanmaq şansı yaradır. Rəsmi rəqəmlərə görə, paytaxtda orta aylıq əməkhaqqı miqdarı min manatdan yüksəkdir. Halbuki, ölkənin digər rayon və şəhərlərinin mütləq əksəriyyətində bu göstərici Bakıdan iki dəfə azdır və 400-500 manat arasında dəyişir. Gəlir imkanları ilə yanaşı, iş imkanları baxımından da bölgələr Bakıdan çox geri qalır. Məşğulluğa dair göstəricilərdən aydın olur ki, ölkədə sayı 1 milyon 700 min nəfərə yaxın muzdlu işçinin tən yarısı paytaxt Bakıda, qalan yarısı ölkənin geri qalan bölümündə fəaliyyət göstərir. Regionlarda yaşayan insanların dövlət idarəetməsi, təhsil, səhiyyə və hüquq-mühafizə sistemindən xaric sektorlarda iş tapmaq imkanı yox dərəcəsindədir. Mövcud iş yerləri ilə yanaşı, yeni açılan iş yerləri sayının da Bakıda çox olması diqqət çəkir. Son açıqlanan rəqəmlərə görə, ölkədə yeni açılan iş yerlərinin 80 faizdən çoxu Bakının payına düşür. Ötən ilin ilk yarısında Azərbaycanda 33 min 511 yeni iş yeri açılıb. Bunların 27 min 177-si Bakıdadır. Həmin dövrdə yeni yaradılmış 7 min 900 müəssisə və təşkilatın da 6 min 635-i Bakı ilə bağlıdır. Bölgələrdə iş yerlərinin sayca məhdud, gəlir baxımındansa az olması əhalinin Bakıya axışmasını doğuran əsas amildir. Amma hökumət indi bu məsələnin həlli üzərində genişmiqyaslı iş aparır. Xüsusən də işğaldan azad edilmiş ərazilər fonunda bu hal özünü qabarıq göstərir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:15
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 17:12
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ