Bazar ertəsi günü, 09 noyabr 2026
     

Boşanmaların sayı yenə artmağa başlayıb - Ailə ... Komitəsi araşdırırmı?

Image


Ölkədə dağılan ailələrin sayı günbəgün  durmadan artır. Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Qeyd edək ki, uzun zamandır boşanma hallarının sayının azalması üçün müəyyən maarifləndirmə işləri həyata keçirilsə də, rəqəmlərdən göründüyü kimi, nəticə olmayıb. Maraqlıdır, insanlar son zamanlar niyə boşanmaya bu qədər meylli olublar? Buna zəmin yaradan əsas hansı səbəblərdir?

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi - Gülnarə Məmmədova: “Gənclər hər münasibəti sevgi zənn edib, ailə qurmağa tələsir, bu da sonda…”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, nikahın pozulması cəmiyyəti narahat edən bir problemdir: “Nikahın pozulmasının əsas səbəbi fikir müxtəlifliyi, ailələrdə qeydə alınan zorakılıq halları və insanlara ailə həyatı qurarkən yanlış meyarlara üstünlük verməsidir. Həmçinin, internet və sosial şəbəkələrdə ailənin dağılmasına əsas rol oynayır. Belə ki, bəzi şəxslər virtual həyatı özlərinə nümunə seçir və o həyatla yaşamaq istəyir. Bu da ailədə söz-söhbətə səbəb olur”.

G.Məmmədova qeyd etdi ki, ailə dəyərləri ilə bağlı komitə tərəfindən müəyyən işlər görülür: “Əvvəllər yalnız məktəb və kolleclərdə gənclərlə görüşlər təşkil olunurdu. Onlara nikahın pozulmasının hansı fəsadlara səbəb olacağı barədə məlumat verirdik. Ancaq indi bu sahədə daha böyük işlər görülür. Tək gənclərlə deyil, valideynlərlə görüşüb, onlara boşanmanın nələrə səbəb olacağı barədə informasiyalar veririk. Mütamadi olaraq biz valideyn və gənclərlə görüşüb, ailə dəyərləri, nikahın pozulması haqqında bilgilər veririk. Nikah pozulandan sonra uşağın psixi durumunun pozulmaması bizim qarşımızda duran əsas vəzifələrdən biridir. Alimentlə bağlı problemin həll edilməsi, bu istiqamətdə hər hansı bir problemin yaşanmaması üçün lazımi işlər görülür”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, son zamanlar komitə tərəfindən sosioloji sorğular keçirilir. Həmçinin, komitəyə çoxlu sayda müraciətlər olunur: “Keçirilən sorğu və müraciətlərin analizlərini aparırıq. Analizlərin nəticəsi isə onu göstərir ki, ailə zorakılığı gündəmdə olan məsələdir. Hətta qadınlar rəsmi şəkildə boşandıqdan sonra da kişilər tərəfindən zorakılığa məruz qalır. Danılmaz faktdır ki, qadınlar daha çox zorakılığa məruz qalır. Bununda da səbəbi onların maddi və psixoloji kimdənsə asılı olmasıdır. Biz bu istiqamətdə də mütamadi olaraq həm gəncləri həm də valideynləri məlumatlandırırıq”.

Komitənin Ailə problemləri şöbəsinin müdirinin dediyinə görə, gənclər hər münasibəti sevgi zənn edib, ailə qurmağa tələsir. Bu da sonda boşanma sayının artmasına təsir edir. Gənclər ailə qurmazdan əvvəl düşünülmüş addım atmalıdırlar.

G.Məmmədova söhbət əsnasında onu da bildirdi ki, 11 rayonda ailələrə dəstək mərkəzi fəaliyyət göstərir: “Ailələrə dəstək mərkəzi bizim Bakıda gördümüz işi bölgələrdə davam etdirir.  Rayonlarda qeydə alınan hər bir problem komitə tərəfindən dərhal araşdırılır və məsələnin həlli istiqamətində lazımi işlər görülür. Məlumat üçün deyim ki, elə ailələr var ki, uşaq nənə-babada qalır. Hazırda Sabirabad rayonundan bizə belə bir məktub gəlib. Ana ikinci dəfə ailə həyatı qurub, ata isə həbsxanadadır. Bu ailənin övladının taleyi bizi çox düşündürür. Həmin uşaqla bağlı biz müəyyən işlər görürük. Əsas məqsədimiz valideynlərin məsuliyyətini dərk etməsidir”.

Həmsöhbətimiz təəssüf hissilə bildirdi ki, bu gün nikahın pozulmasına normal baxanların sayı artıb. Əvvəllər boşanma ilə bağlı qınaq var idi, ancaq adi, xırda bir məsələ boşanmaya səbəb olur.

  • Könül İsmayılova: “Boşanmalar ən çox ailə düzgün motivlər əsasında qurulmayanda baş verir”

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, boşanmalar ən çox ailə düzgün motivlər əsasında qurulmayanda baş verir: "Belə ki, hər iki tərəfin evlənmək ərəfəsində qarşı tərəfi mütləq tanıması lazımdır. Sadəcə, qısa bir tanışlıq əsasında qurulan ailələrdə boşanma halları daha çox baş verir. Bundan başqa ailədə müdaxilələri, o cümlədən qayınanaların gəlinə qarşı müxtəlif düşüncələrdə olmasını da göstərmək olar. Bu, bir növ qısqanclıq xarakteri daşıyır və bu cür qayınanaların  belə münasibəti də onun həyat yoldaşının olmamasından, yaxud da onunla arasında ciddi problemlərin olmasından qaynaqlanır. Qayınana öz məsələsi ilə bağlı obyekt olaraq gəlini seçir və iradlarını gəlinin üzərində həyata keçirir". Psixoloq onu da bildirdi ki, ümumiyyətlə, boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün deyil.

Onun fikrincə, ailədə qadınlardan çox şey asılıdır və onlar ailə düsturunu bilməlidirlər: "Bu düstura daxil olan amillərə gəldikdə isə, bunlardan biri odur ki, qadın özünə daha çox diqqət yetirməlidir. Evlənməzdən əvvəl nişanlı olarkən hər iki tərəf özünə daha çox diqqət yetirir, ən yaxşı tərəflərini göstərməyə çalışır. Evləndikdən sonra isə bir-biri üçün adiləşirlər və nəticə etibarilə kişilərin gözü kənar mühitə daha çox meyil edir. Bunun səbəbkarı yenə də qadın özü olur. Qadınlar daha çox ev işləri, uşaqlarla məşğul olur və kişiyə az vaxt ayırır. Kişi evə gələrkən qadın özünə qarşı səliqəli olmur və artıq uzun müddətdir bir evdə yaşadıqlarını düşünərək bunu normal qəbul edir. Əslində isə bu belə deyil və qadın hər zaman, xüsusilə də yoldaşının yanında özünə fikir verməlidir".

K.İsmayılovanın sözlərinə görə, digər xırda nüanslar var ki, onlar ər-arvad arasında böyük bir problemə çevrilə bilər: "Məsələn, qadının uşağı olduqdan sonra hormon pozğunluğu ilə əlaqədar kökəlmə prosesi gedir və o, özündə kompleks yaradaraq tez-tez yoldaşının yanında bununla bağlı danışır. Lakin nəticə etibarilə bəlkə də kişi onun kökəlməsinə diqqət etmirdisə də, artıq özü onun beyninə bu fikri diqtə edir. Təbii ki, bu zaman kişinin şüuraltında öz yoldaşına qarşı antisimpatiya kimi fikirlər formalaşır. Yaxud bəzən qadınlar öz rəfiqəsini yoldaşının yanında tərifləməyə başlayır. Bu cür xırda nüanslar belə ailənin boşanmasına gətirib çıxaran səbəblər ola bilər. Hətta qadın öz yoldaşı ilə söhbət edərkən "mənim uşaqlarım", "sənin uşaqların" kimi fikirlər söyləməməlidir. O, "bizim uşaqlarımız", "bizim evimiz" deməlidir, ayrı-seçkilik saldığı zaman ailə forması bütöv bir şar şəklini almır ki, bu zaman da yadlaşma prosesi gedir”.

Həmsöhbətimizin sözlərinə görə, maddi sıxıntı da ailələrin dağılmasına səbəb olur: “Maddi sıxıntı hər zaman olub. 50-60-cı illərdə də bu olub. Lakin o vaxt maddi amillər mənəvi amillərin təsiri altında idi. Mənəvi amillər hər şeydən üstün tutulurdu. O zaman maddi sıxıntılar olsa da, ailədaxili ənənələrə görə ailə strukturu qorunur, bir o qədər də münaqişə baş vermirdi. Ailədaxili nizamı mənəvi amillər qoruyurdu. Lakin hazırkı dövrdə bu nizamı qoruyacaq mənəvi amillər üstün tutulmadığından, müxtəlif münaqişələr, söz-söhbətlər yaranır. Ailədaxili münaqişələr cəmiyyətdə maddi amillərin təsiri altında baş verir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:15
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 17:12
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ