Bazar günü günü, 13 sentyabr 2026
     

Ailədaxili cinayətlərin ən çox artdığı rayonlar - niyə məhz bunlar...

Image


Son zamanlar ölkədə ailə-məişət zəminində baş verən hadisələrin, cinayətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

“Qadın ərini baltaladı”, “ailə münaqişəsi zəminində ər arvadının başını kəsdi”, “ər həyat yoldaşını güllələdi”, “kişi arvadının boğazını kəsdi”, “ər arvadını döyə-döyə öldürdü”... kimi xəbərləri demək olar ki, hər gün eşidirik. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip cinayətlər son dövrlərdə adi hal kimi qəbul olunmağa başlayıb. Ən dəhşətlisi də odur ki, artıq zərif cinsin nümayəndələri də cinayətə əl atır, ailə münaqişəsi zəminində həyat yoldaşlarını odlu silahla, küt alətlə qətlə yetirirlər. Maraqlı məqam ondan ibarətdir ki, son zamanlar qeydə alınan ailədaxili cinayətlər daha çox bölgələrdə baş verir. Aprelin 8-də Ağstafa rayon sakini Ayaz Məmmədov yataq xəstəsi olan həyat yoldaşı Günel Məmmədovanı döyərək öldürüb. Bundan bir neçə gün sonra Quba rayonunun Vəlvələ kəndində 50 yaşlı Rəhilə Əliyeva evində münaqişə zəminində gəlini Nazilə Ağarzayevanı kəmərlə boğaraq qətlə yetirib. Bu cür qəddarlıqla törədilmiş ailədaxili münaqişələrin sayı kifayət qədərdir.

Maraqlıdır, son vaxtlar ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı niyə artıb, səbəblər nədir?

  • “Gənclər bölgələrdə özlərini realizə edə bilmirlər, bilmirlər necə işləsin, pul qazansınlar, bu baxımdan…”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, son illər məişət zorakılığı, xüsusən qohumlar arasında zorakılıq aktları, ailə münaqişəsi zəminində yaralanma, ölüm halları çoxalıb: “Ailədə zorakılıq hallarının artmasında səbəb sosial-psixoloji faktordur. Kütləvi deqradasiyaya səbəb olan filmlər, seriallar, lazımsız teleşoular ailə münasibətlərinə ciddi zərər vurur. Ailədə abır, ismət, həya, qarşılıqlı hörmət kimi vacib amillər yoxa çıxıb. Daha çox kim qışqırırsa, hökm edirsə o qalib hesab olunur. Ailə münasibətlərində qalib olmamalıdır. Ailə münasibətlərində qarşılıqlı hörmət - nüfuz və anlaşma olmalıdır. Zorakılığın artımına təsir edən amillərdən biri də kişinin öz varlığını zorakılıq, şiddət yolu ilə təsdiq etməsidir. Müşahidələr göstərir ki, zəif kişilər qadını qorxu altında saxlamaqla özünə tabe etmək yolunu seçməyə üstünlük verirlər. O, qadının şəxsiyyətini aşağılamaqla onu özünə tabe etdirmək istəyini ortaya qoyur. Bir-biri ilə hiss və düşüncələrini bölüşməyən insanlar arasında aqressiya daha çox artır. Evliliyin məcburi olması da hər iki tərəf arasında daxili natamamlıq hissini formalaşdırır. Ailə quran şəxslər arasında nikaha şüurlu girmək halı çox azdır. İnsanlar anlamalıdır ki, nikah böyük məsuliyyətdir. Təəssüf ki, bizdə nikah sadəcə, nəsilartırma prosesidir. Ailə üzvlərinin bir-birinə qarşı kifayət qədər məsuliyyətli ola bilməməsi zorakılığa rəvac verir”.

Ailədaxili cinayətlərin daha çox bölgələrdə artmasına gəlincə, birlik sədri qeyd etdi ki, rayonlarda yaşayanlar arasında stressə  məruz qalma daha çox olur. Bunun da səbəbi müxtəlifdir: “Pandemiya, müharibə, sosial problemlər, maddi sıxıntı və arxa-arxaya bəd xəbərlərin çoxluğu insanların psixologiyasına təsirsiz ötüşmür. Bu təbiidir və həmin mərhələdən sonra ailədaxili münaqişələrin baş verməsi normaldır. Onu da deyim ki, bəzi bölgələr diqqətdən kənar qaldığı üçün adətən cinayətlərin böyük əksəriyyəti məhz bölgələrdə baş verir. Gənclər bölgələrdə özlərini realizə edə bilmirlər. Bilmirlər necə işləsin, pul qazansınlar. Bu baxımdan onların psixoligiyasında müəyyən problemlər yaranır. Ümumiyyətlə, sosial vəziyyətin ağırlaşması, işsizlik, stresli həyat insanlarda qəzəb hissi və güclü neqativ psixoenerji yaradır. Yığılan bu enerji hardasa çıxmalıdır və ilk uyğun qığılcım yarandıqda bu “bomba” partlayır. Bu səbəbdən də sosial problemlərin həlli üçün çalışılmalıdır. Sağlam ailə, sağlam uşaq, sağlam cəmiyyət üçün xüsusi proqramlar həyata keçirilməlidir. Belə halların qarşısının alınması üçün sosial problemlər aradan qaldırılmalı, mənəvi deqradasiya dayandırılmalıdır”.

Həmsöhbətimiz hesab edir ki, ailədaxili zorakılıqların artmasında sosial-iqtisadi faktorlar əsas rol oynamır: “Belə olsaydı, ailədaxili zorakılıqlar ancaq kasıb ailələrdə baş verərdi. Amma baş verən hadisələr göstərir ki, bu belə deyil. Yəni başqa səbəblər də var. Bir səbəb ailədə qadının əvvəlki kimi kişiyə güzəştə getməməsidir. Digər tərəfdən isə ailələrə kənar müdaxilələr olur. Qohum-əqrəba vəziyyəti sakitləşdirmək əvəzinə, daha da qızışdırır. Prosesin kəskin xarakter almasında televiziyalar da müəyyən mənada günahkardır. Telekanallarda bəzən aqressiya təbliğ olunur. Bu gün cinayət verilişləri hadisəni olduğu kimi cəmiyyətə çatdırır. Bu hallar ailələrdə zorakılıq hallarının çoxalmasına təsir göstərir. Həmin veriliş efirə gedə-gedə, növbəti veriliş üçün material hazırlanır. Yəni başqa yerdə də bir cinayət hadisəsi baş verir. Bir sözlə, bu artım fazalar üzrə hər rübdə çoxalır. Zorakılığı təbliğ edən kinolar insanların şüuruna təsir göstərir. Belə kino və verilişləri izləyərkən insanın şüurunda “dağıdıcılıq” deyilən enerji artır. İnsanlar bu enerjidən müxtəlif cür xilas olurlar. Bəziləri idmanla bu mənfi enerjidən xilas olur, digəri isə zorakılıq törətməklə”.

F.Hacıbəyli son  olaraq əlavə etdi ki, ölkəmizdə baş verən ailədaxili qətllər bir daha göstərir ki, Azərbaycan ailəsində kifayət qədər problemlər var.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ