Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bəşəriyyətin gələcəyinin müəyyənləşməsində ekologiya ön plana çıxır

Image


Birmənalı həqiqətdir ki, ekoloji problemlər planetin hər bir sakinini bilavasitə maraqlandıran və bəşəriyyətin gələcəyinin asılı olduğu aktual problemlərə aid edilməlidir.

İlk növbədə o baxımdan ki, sivilizasiyanın və elmi-texniki tərəqqinin inkişafı, Yer kürəsində əhalinin sürətli artımı, istehsalın həcmi və onun tullantıları təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqə problemləri getdikcə kəskinləşir. İqtisadi, siyasi və ekoloji yanlış hesablamalardan ciddi şəkildə təsirlənən təbii mühitin hazırkı vəziyyəti ekspertlər tərəfindən kritik mərhələ kimi qiymətləndirilir.

  • Dünyada təbii tarazlıq pozulub, ətraf mühitə antropogen təsirlər artıb

Hazırda ekoloji vəziyyətə dünya miqyasında vurulan zərbə o həddə çatıb ki, təbiətin özünü sağaltması və özünütəmizləmə prosesi artıq mümkün deyil. Buna rəğmən təbii ehtiyatların aktiv şəkildə deqradasiyası və təhlükəli şəkildə məhv edilməsi baş verir. Planetin, demək olar ki, bütün guşələrində indiki nəsil gələcək nəsillərə aid olandan məntiqsiz şəkildə istifadə edir.

Mövcud vəziyyətdə qlobal ekoloji böhranın aradan qaldırılması bu gün bəşəriyyətin ən mühüm problemidir. Onu həll etmək üçün, ilk növbədə, idarəetmənin bütün iqtisadi modelinin ekoloji strategiyasını və taktikasını kökündən dəyişmək lazımdır. Elmin və iqtisadiyyatın bütün sahələrinin yeni yaranan “yaşıllaşdırılma” yanaşması da bu həqiqəti təsdiqləyir. Qeyd olunan həllin həyata keçirilməsi hərtərəfli ekoloji təhsil, Yer kürəsinin bütün əhalisinin ekoloji şüurunun tərbiyəsi şərti ilə mümkündür. Mülkiyyət formalarının genişləndirilməsi üçün sivil mexanizmlərin,  ekoloji və iqtisadi səmərəlilik göstəricilərinin hərtərəfli təhlili üçün metodik işlənmələrin olmaması ekoloji rasional idarəetmə sisteminin yaradılmasının real xərclərini müəyyən etməyə imkan vermir. Resursların qorunması və ətraf mühitin mühafizəsi tədbirlərinin ekoloji və iqtisadi səmərəliliyinin strateji yüksəldilməsi bu fonda problemlə üzləşir. Sürətli və sabit inkişafın, təbii ehtiyatların, xammal və materialların birgə istifadəsini təmin edən və təbii mühitə mənfi təsirləri əhəmiyyətli dərəcədə azaldacaq qabaqcıl istehsal texnologiyasının istifadəsi də təəssüf ki, hər yerdə mümkün deyil. Xüsusən də XXI əsrdə insanın süni şəkildə yaratdığı texnosfer təbiətə təsir miqyasını sürətlə genişləndirir. Belə fəaliyyət təbii tarazlığı pozur və ekoloji reallığın yaranan mənzərəsinin məzmununu müəyyən edir. Bu fəaliyyətin əsas komponentlərini belə sadalamaq olar: 1) pozulmamış təbii icmaların ərazisinin kəskin azalması, bioloji müxtəlifliyin tədricən yox olması biosferin geri dönməz deqradasiyasına səbəb olur; 2) bərpa olunan təbii ehtiyatların çıxarılması,  istifadəsi və şərtləri onların təbii artım sürətini keçir; 3) insanların yaratdığı tullantılarının miqdarı biosferin assimilyasiya qabiliyyətini keçib, bu da bir çox ekosistemin deqradasiyasına səbəb olub, tədricən iqlim dəyişikliyinin fəlakətli nəticələrinə gətirib çıxarır; 4) XXI əsrin əvvəllərindən başlayaraq, bərpa olunmayan mineral və yanacaq ehtiyatlarının ehtiyatları sürətlə azalmaqda davam edir ki, bu da öz növbəsində ciddi iqtisadi və siyasi problemlər yaradır. Beləliklə, cəmiyyətlə təbiət arasında qeyri-taraz münasibətlər, təbiət və ətraf mühitlə antropogen qarşılıqlı əlaqənin miqyasının artması ekoloji böhranların yaranmasına səbəb olur. Azərbaycan da bu problemləri üzləşdiyi işğal səbəbindən dərindən hiss edib. Ermənistanın işğalı başa çatsa da yaratdığı ekoloji problemlərin çözümü uzun illər sürəcək. Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası məhz bu səbəbdən 4 aydan çoxdur ki, davam edir. Bir daha xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb. Bunun əsas səbəblərindən biri Qarabağda ekoloji böhranın qarşısını almaqdır.

  • Ekoloji böhran təhlükəsi artıq özünü qabarıq göstərir

Hazırda Azərbaycan üçün aktual məsələ ekoloji müstəvidə yaranan problemlərin həllinə nail omaqdır. Bu səpkidə ölkəmiz genişmiqyaslı fəaliyyət həyata keçirir. Azərbaycanın mövqeyi belədir ki, qlobal və milli ekoloji problemlərin həlli müasir yanaşmalar əsasında mümkündür.

Onu da qeyd edək ki, indi dünyada ekoloji vəzifələrin qoyuluşu insan cəmiyyətinin son 10 ildə üzləşdiyi ekoloji problemlərlə diqtə olunur. Planetin bəzi regionlarında bu problemlər o qədər kəskinləşib ki, 19-cu əsrin sonlarında alimlərin xəbərdarlıq etdiyi ekoloji böhran təhlükəsi artıq özünü qabarıq göstərir. Müasir ekologiyanın problemləri cəmiyyətin siyasi, iqtisadi, sosial və digər fəaliyyət sahələrində çoxsaylı səhvlər və yanlış hesablamaların nəticəsidir. Yəni, müasir ekoloji problemlər insan fəaliyyətinin nəticəsidir və bu insan problemləri təbiət probleminə çevrilib. XX əsrdə insanın təbiətə təsirinin miqyası biosfer sabitliyi həddinə yaxınlaşıb və indiki əsrdə bəzi göstəricilərə görə onu ötüb. Hazırda əsas ekoloji problem kimi aşağıdakıları xüsusi qeyd etmək lazımdır: atmosferin çirklənməsi və onun qaz strukturunun dəyişməsi nəticəsində yer səthinin temperaturunun yüksəlməsi, iqlim dəyişikliyi; ozon təbəqəsinin məhv edilməsi, nəticədə Günəşdən gələn, canlı orqanizmlərin həyatı üçün təhlükəli olan qısa dalğalı ultrabənövşəyi şüaların yet səthinə keçməsi;  pozulmamış təbii landşaftların sahəsinin kəskin və bioloji müxtəlifliyin azalması: suyun və torpağın keyfiyyətinin tükənməsi və pisləşməsi; mineral və yanacaq-energetika ehtiyatlarının tükənməsi; Dünya Okeanının çirklənməsi və orada bioloji müxtəlifliyin azalması. Müasir ekologiyanın ən mühüm ümumi vəzifələrinə isə aşağıdakılar aid edilə bilər. Əvvəla, cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsinin optimallaşdırılması, bu fonda da texnosferin inkişafının kəmiyyət parametrlərini və hədlərini müəyyən edən meyarların tapılması zəruridir. Bundan başqa, cəmiyyət və təbiət münasibətlərinin “yaşıllaşdırılmasına”, yəni, “yaşıl texnologiyaların” tətbiqinə xüsusi diqqət olunmalıdır. Antropogen təsirlərə münasibətdə biosferin sabitlik həddinin müəyyən edilməsi və bu dəyişikliklərin geri qaytarılması imkanlarının aydınlaşdırılmasına indi daha çox diqqət edilməsi də zəruridir. Mövcud ekoloji problemləri düzgün qiymətləndirməyə, modelləşdirməyə də ehtiyac var. Bu fonda cəmiyyətin ekoloji mədəniyyətinin artırılmasına da diqqət edilməlidir. Bir sözlə, ekologiya təbiətdən səmərəli istifadənin elmi əsası kimi qəbul edilməlidir. Ölkəmizdə də elə bu istiqamətdə müvafiq adımlar atılır. Lakin dünya ölkələrinin hamısının birlikdə planetin ekologiyasını xilas etməyə çalışmasına xüsusi ehtiyac var.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ