Bazar ertəsi günü, 09 noyabr 2026
     

174 məktəb yoxlandı, 172-də problem var...

Image


Məlum olduğu kimi, aprelin 6-da A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə olub. Zəhərlənmə ibtidai sinif şagirdləri arasında baş verib. Baş verən hadisə məktəblərdə satılan qidaların keyfiyyət məsələsini bir daha diqqətdə saxlanılmasının vacibliyini ortaya qoydu.

Məlum hadisədən sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirib. Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.

Maraqlıdır, paytaxt məktəblərində bufetlərin fəaliyyətinə hansı şərtlərlə icazə verilir? Onların fəaliyyətinə hansı qurum tərəfindən nəzarət edilir?

  • Kamran Əsədov: “Dövlət orta məktəblərində bufetlərin vəziyyəti qənaətbəxş deyil”

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, dövlət orta məktəblərində bufetlərin vəziyyəti qənaətbəxş deyil: “Bildiyiniz kimi, 2011-ci ildə Nazirlər Kabinetinin təhsil müəssisələrində gigiyenik qaydalarla bağlı imzaladığı və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təhsil müəssisələrində satışa icazə verilən qidalarla bağlı xüsusi göstərişləri var. Əlbəttə ki, bunlar, ilk növbədə, məktəbdə təhsil alan şagirdlərin sağlamlığının qorunmasına yönləndirilib. Təəssüf ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bu normalar gözlənilmir. Yağda qızardılmış, iy verən, hətta tez xarab olan məhsullardan istifadə olunur. Hesab edirəm ki, bu sahədə yoxlamaları dayandırmaq yox, əksinə, ciddi şəkildə həyata keçirmək lazımdır. Çünki qidalanma birbaşa təhsilə təsir göstərən amillərdən biridir. Azərbaycandakı 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə bu xidməti göstərən bufetlərdə, demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar satılır. Oradakı məhsullar heç bir səhiyyə qurumı tərəfindən yoxlanılmır.  Bu məsələ xüsusilə diqqətdə saxlanmalı və qadağan olunmuş qidaların, içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. Artıq geridə qoyduğumuz 2022-2023 tədris ilinin təcrübəsi göstərir ki, bir neçə məktəbdə zəhərlənmə hadisəsi baş verdi. Bu hadisələrin təkrarlanmaması üçün orada satılan məhsullar mütləq şəkildə yoxlamalardan keçməlidir. Hazırda özəl şirkətlər məktəb bufetlərini qidalarla təmin edir. Həmin şirkətlərin fəaliyyətinin nə dərəcədə leqal və peşəkar olması, təbii ki, şübhə altındadır. Burada ən ciddi yük və məsuliyyət məktəblərdə fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarının üzərinə düşür. Çünki onlar birbaşa olaraq qanunvericilik çərçivəsində məktəb bufetlərində satılan məhsulların sertifikatına, kefiyyətinə, son istifadə tarixinə nəzarət etməlidir. Təəssüflər olsun ki, bu qurumların fəaliyyəti yalnız kağız üzərindədir. İndiyə kimi həmin assosiasiyaların məktəb bufetlərinə satılan hansısa zərərli qidanın satışına qadağa qoyduğunu müşahidə etməmişik. Açığı, bufetlər məktəb direktoruna və aidiyyəti qurumlara müəyyən məbləğ ödədiyi üçün onların dırnaqarası fəaliyyətinə göz yumulur”.

Ekspert hesab edir ki, bu məsələ xüsusilə gündəmdə saxlanılmalı və bufetlər nəzarətə götürülməlidir. Fəaliyyəti qənaətbəxş olmayan müəllim-valideyn assosiasiyaları buraxılmalı və həqiqətən də vətənini sevən, şagirdin, təhsilin gələcəyini düşünən şəxslər rəhbərliyə cəlb edilməlidir: “Bəzi məktəblərdə uşaqlara sağlam qidalanma öyrətmək üçün proqramlar artıq başlayıb. Tədris müəssisələrində, daha dəqiq desək, məktəb yeməkxanalarında çalışanlar müvafiq geyimdə olmalıdır. Bununla yanaşı, hazırlanan yeməklər həm şagirdlərin yaşına uyğun, həm də onlar üçün faydalı olmalıdır. Rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Düzgün qidalanma uşaqlarda beyinin, intellektin, mərkəzi sinir sisteminin inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişaf ahəngini təmin edir0 Ümumtəhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı şəkər, yağ və şirniyyat tövsiyə edilmir. Məktəbli orqanizmi böyüməkdə olduğu üçün onun kalsiuma daha çox ehtiyacı var. Bu baxımdan süd və süd məhsullarının qəbulu vacibdir. Bu, uşaqlarda boy artımını dəstəkləyir, sümüklərin möhkəmliyini təmin edir. Digər tərəfdən, məktəbyaşlı uşaqların hər gün müəyyən miqdar meyvə-tərəvəz qəbulu da vacibdir. Bəzi məktəblər var ki, orada isti, normal yeməklər verilir. Ona görə birmənalı şəkildə hər zaman valideynlərə deyirəm ki, uşaqlara evdən nəsə qoyun. Bufetlər böyük bir şəbəkədir. Ölkəmizdə elə məktəblər var ki, uşaqlara sağlam, isti qidalar təklif edilir. Yəni uşaqlara balanslaşdırılmış qida verilir. Bir sıra lisey və gimnaziyalar var ki, Elm və Təhsil Nazirliyinin icazəsi və təsdiq olunmuş sənəd əsasında o təhsil ocaqlarına isti yeməklər gətirilir. Elə məktəblər də var ki, orada yalnız hazır qidalar – peçenye, bulka və s. satılır. Əsas, qidanın sağlam olmasıdır. Biz həkimlər məktəblərdə isti qidanın uşaqlar üçün vacibliyi ilə bağlı məsləhətlər veririk. Məsələn, əgər uşaq məktəbdə 4 saatdan artıq qalırsa, orada isti qida olmalıdır. Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” təsdiqlənib. Bu standarta uyğun olaraq, məktəblərdə, tədris və tərbiyə ocaqlarında bir sıra məhsullara qadağa qoyulub. Siyahıda istifadə müddəti bitmiş, baytarlıq orqanları tərəfindən yoxlanılmamış ət məhsulları, köhnəlmiş yeməklər, hermetikliyi pozulmuş konservlər və s. var. Qazlı içkilər, ədviyyatlar, ketçuplar, piroq və ponçiklər, ərimiş yağda bişirilmiş fastfud çeşidləri də qadağan edilmiş məhsullar sırasındadır.  Apardığımız araşdırmalar göstərir ki, dövlət tərəfindən təsdiq olunan qaydalar beynəlxalq normalar nəzərə alınmaqla hazırlanıb. Orada uşaq bağçaları və məktəblər üçün hazırlanmış ərzaq məhsullarının optimal normaları da göstərilir. Məqsəd məktəblilərin sağlamlığının qorunmasıdır. Qeyd etmək lazımdır ki, bu standart məktəbəqədər təhsil ocaqlarında və məktəblərdə qidalanmanı tənzimləyən yeganə sənəddir və ona mütləq əməl olunmalıdır. Bundan başqa, tədris ocaqlarına yarımfabrikatlar və ərzaq məhsulları da ciddi şəkildə yoxlanılır. Eyni zamanda, artıq indiyədək təhsil ocaqlarına verilən bəzi qaynar qidalar və yarımfabrikatların tədarükünə qadağa qoyulub”.

K.Əsədov onu da əlavə etdi ki, məktəblərdə satılan istənilən qida məhsulu keyfiyyətli olmalıdır və buna nəzarəti məktəblərin özləri həyata keçirməlidir: “Hazırda məktəb bufetlərinə nəzarət “Valideynlər və müəllimlər assosiasiyası” qeyri-hökumət təşkilatının əlindədir, amma bu təşkilatın məhsulların keyfiyyətinin üzə çıxarılması üçün öz laboratoriyası belə yoxdur. Uşaqlar bütün dünyada çips, qazlı su və s. qəbul edirlər. Onları məktəb yeməkxanalarında qadağan etsələr belə, uşaqlar eyni məhsulları yaxınlıqdakı mağazalardan alacaqlar. Amma bir məqamı da unutmaq olmaz - məktəb yalnız təhsil yox, həm də tərbiyə ocağıdır. Odur ki, uşaqların sağlamlığı üçün son dərəcə vacib olan qidalanma məsələsini onların onsuz da həmin qidaların cazibəsi qarşısında duruş gətirə bilməyəcəkləri ilə əsaslandıraraq özbaşına buraxılması yolverilməzdir. Təəssüflər olsun, real vəziyyət budur ki, bizdə məktəb bufetlərinin piştaxtasında olan məhsulları məktəblərin özləri müəyyənləşdirirlər. Məktəblilərin sağlamlığı ilə bağlı bütün məsələlər də hələ ki, məktəb rəhbərliyinin vicdanına qalıb”.

  • Eyyub Hüseynov: “Məktəb bufetlərində bəzi məhsulların satılmasına qadağa qoyulsa da, buna əməl edilmir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, məktəb bufetlərində bəzi məhsulların satılmasına qadağa qoyulsa da, buna əməl edilmir.Əksər hallarda bu standartlar pozulur.

Onun sözlərinə görə, bəzi hallarda bufetlərdə qidaların saxlanma şəraitinə düzgün əməl olunmur. Ona görə də məktəb bufetlərinə rəsmi qurumlardan əlavə valideynlər də ictimai nəzarət etməlidirlər.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ