Bazar günü günü, 01 noyabr 2026
     

Xatirə Kitabı Redaksiyası “El harayına can deyən şəhid Elcan” kitabının növbəti təqdimatını keçirdi - FOTO

Image


19 yaşı vardı Elcanın şəhid olanda, o şəhid olmamışdan əvvəl bir ailənin övladı idisə, bu gün bütün Azərbaycanın balasıdır. 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Elcan Muradovun qısa, lakin mənalı ömür və döyüş yolu Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyası tərəfindən gənc yazar Elvin Arifoğlunun müəllifliyi ilə nəşr olunan “El harayına can deyən şəhid Elcan” kitabında əks olunub.

“El harayına can deyən şəhid Elcan” adlı kitab şəhidə qoyulan möhtəşəm bir abidədir. Oktyabrın 28-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mədəniyyət Nazirliyi Respublika “Xatirə Kitabı” redaksiyasının şəhid Elcan Muradov haqqında hazırladığı, müəllifi Elvin Arifoğlu olan “El harayına can deyən şəhid Elcan” adlı kitabın təqdimatı keçirilib.

Məlumat üçün bildirək ki, kitabda Elcan Muradovun şərəfli həyat yolundan, 19 illik ömür anından və xüsusən də 44 günlük Vətən müharibəsindəki şücaətindən və qəhrəmanlıq əzmindən söhbət açılır. Müəllif şəhid Elcan Muradovun gəncliyə örnək davranışlarını, mənəvi keyfiyyətlərini, hamıya nümunə ola biləcək həyat tərzini kitabın əsas süjet xətti seçib, gənclərə vətənpərvərlik hissləri aşılamağa çalışıb.  

“El harayına can deyən şəhid Elcan” kitabının C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən təqdimat mərasimini açan “Xatirə Kitabı”nın redaktoru Kəmalə Mirzəzadə bildirdi ki, 44 günlük Vətən müharibəsinin iki illiyi ilə bağlı bütün müəssisələrdə, təşkilatlarda tədbirlər keçirilir və şəhidlərimizin xatirəsi fəxrlə, qürurla anılır. O qeyd etdi ki, şəhid Elcan Muradova həsr edilən kitabın 90 yaşlı C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilməsinin xüsusi əhəmiyyəti var.

  • Aslan Cəfərov: “Gələcəkdə də siz və sizin redaksiya xatırlanacaq, redaksiyanızın işinə böyük qiymət veriləcək”

Aparıcı sözü C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərova verdi. Kövrək notlar üzərində köklənən çıxışında A.Cəfərov tariximizin 1747-ci ildən 2020-ci ilə qədər olan dövründən bəhs edərək bildirdi ki, iki əsrdən artıq bir dövr ərzində biz torpaqlarımızı itirə-itirə getmişik, qəsbkarların zülmünə, işğalına məruz qalmışıq. O vurğuladı ki, müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın geri qaytarılmasının təməlini qoyub: “Ali Baş Komandan İlham Əliyev artıq torpaqlarımızın geri qaytarılmasının təməlini qoyub... 2020-ci ildə dahi sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin komandanlığı və əsgərlərimizin, zabitlərimizin rəşadəti, şücaətilə torpaqlarımızın işğaldan azad edilməsi həyata keçirildi. Əlbəttə, torpaqları işğaldan azad edib müharibədə qələbə qazanmaq itkisiz, qansız-qadasız, şəhidsiz olmur. Bütün zamanlarda bu cür olub. Onlar çox böyük qəhrəmanlıqlar göstərdilər. Biz Şuşada olduq. Şuşanın özünün azad edilməsi doğrudan da bir möcüzədir. Bunun üçün şücaət, qabiliyyət, torpağa bağlılıq lazımdır. Cənab Prezidentimiz dəfələrlə deyib ki, o torpağı görməyən bizim gənclərimiz azad edib. O torpaqlarımızın azad olunmasında payı olan şəhidimizə həsr olunan kitabın təqdimatına yığışmışıq. Şəhidimizi tarixləşdirən, əbədiləşdirən Xatirə Kitabı Redaksiyasıdır, baş redaktor Nəzakət xanımdır. Mən onlara öz minnətdarllığımı bildirirəm...Kitab tarixdir, kitab faktdır. Bu şəhidimizin də adı əbədiləşəcək. Nə qədər danışsaq da, tədbirlər keçirsək də şəhidlərimizin bizim xalqımıza, dövlətimizə qoyub  getdiklərini sözlə ifadə etmək mümkünsüzdür. Onlar qan tökdülər və qanla bu torpaqları aldılar. Bizim dinimizdə də var ki, şəhdilərimiz Allah-Təalanın ən uca məqamında dayanırlar. Şəhidliyə  bundan yüksək qiymət verilə bilməz... Xatirə Kitabı redaksiyasına öz minnətdarlığımı bildirirəm ki, belə bir kitab ərsəyə gətiriblər. Nəzakət xanıma minnətdarlığımı bildirirəm ki, bu cür layihələr gerçəkləşdirir. Bu birinci deyil, bu kitabların sayı çoxdur və onların nəşri yenə də davam edəcək”.

O vurğuladı ki, Xatirə Kitabı redaksiyası artıq şəhidlər mövzusunda kitab hazırlayıb nəşr etmək sahəsində püxtələşib: “Sizə də yaxşı məlumdur ki, Xatirə Kitabı redaksiyası ulu öndərin sərəncamı ilə yaradılan bir redaksiyadır. Xatirə Kitabı redaksiyasına çox məsuliyyətli iş tapşırılıb. Bu sahədə Nəzakət xanımın xidmətləri həqiqətən də danılmazdır. Bu bugünün işi deyil, gələcəyin işidir. Gələcəkdə də siz və sizin redaksiya xatırlanacaq, redaksiyanızın işinə böyük qiymət veriləcək”.

Aparıcı K.Mirzəzadə məlumat verdi ki, 2017-ci ildən  başlayaraq “Bakı-Xəbər” qəzeti ilə Respublika Xatirə Kitabı redaksiyası birlikdə çox maraqlı, aktual və gərəkli olan “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsini gerçəkləşdirir. Bu seriadan artıq 10-a yaxın kitabın işıq üzü gördüyünü qeyd edən K.Mirzəzadə vurğuladı ki, şəhidlərimizlə bağlı yazılar əvvəlcə “Bakı-Xəbər”də dərc olunur, sonra isə Xatirə Kitabı tərəfindən kitab şəkilində nəşr olur. Bu kitabın şəhid ailələrinə böyük təskinlik olduğunu deyən aparıcı bildirdi ki, hər birimizin borcu şəhidlərimizin xatirəsini yaşatmaq, onları gələcək nəsillərə çatdırmaqdır. “Hər kəsin qarşısında bir kitab var və biz hamımız bu kitabın təqdimatına yığışmışıq. “El harayına can deyən şəhid Elcan” qeyd etdiyim seriyanın növbəti örnəyidir”.

  • Nəzakət Məmmədova: “Biz hər gün neçə-neçə şəhidlərimizin sorağında oluruq, onların ruhu qarşısında borcumuzu yerinə yetiririk”

Respublika Xatirə Kitabı redakasiyasının baş redaktoru Nəzakət Məmmədova da çıxış edərək bildirdi ki, şəhdilərdən söz düşəndə həyəcansız, göz yaşısız danışmaq olmaz. “Müharibə cəmi 44 gün çəkdi. Mənə elə gəlir ki, həmin həyəcanlı günlər hamının yadındadır, heç kəsin yadından çıxmayıb. Bilirsiz ki, Respublika Xatirə Kitabı 1997-ci ildə ulu öndərin xeyir-duası ilə çap olunmağa başlayıb. Bu, 1941-1945-ci illərdə həlak olan soydaşlarımız haqqında toplu olmalı idi. Kitabın əsas məğzi bu idi. Çünki bütün MDB ölkələrində ümumiləşdirilmiş 1400 cildlik kitabın 20 cildi Azərbaycanın payına düşmüşdü. Bu kitablar İkinci Dünya müharibəsində həlak olanlarımız barədə olmalı idi. Lakin elə oldu ki, sonradan zorla cəlb edildiyimiz Qarabağ müharibəsində şəhid olanların adlarını da əbədiləşdirmək bizə düşdü. O vaxt bilirsiz ki, nizami ordumuz yox idi, biz təkcə kiçik, mənfur bir qonşu ilə müharibə aparmadıq, böyük bir imperiyanın başında duran bir ölkə ilə müharibə apardıq. Ona görə də bizim məğlubiyyətimiz danılmaz idi. Amma Birinci Qarabağ müharibəsində həlak olan 20 minə yaxın soydaşımızın adı Respublika Xatirə Kitabında əbədiləşdi. 2017-ci ildən bizə bir layihə də verdilər. Bilirsiz ki, kitablarda şəhid olanların adları vardı.  Amma əsir, itkin və girovlarımızla bağlı məlumatlar Dövlət Komissiyası və onun İşçi Qrupu tərəfindən toplanırdı. Sonradan onun çapını da Xatirə Kitabına verdilər. Bu da uzun proses oldu. Çünki onların şəkillərini tapmaq, onların üzərində işləmək çox çətin oldu. Bunun öhdəsindən də redaksiyamız gəldi. Görürsüz bir şəhiddən danışanda adam necə hisslər keçirir, təsəvvür edin ki, biz hər gün neçə-neçə şəhidlərimizin sorağında oluruq, onların ruhu qarşısında borcumuzu yerinə yetiririk. Bunun da nə dərəcədə üzücü, eyni zamanda qürurverici və müqəddəs iş olduğu məlumdur. Əsir və itkin düşmüş, girov götürülmüş  vətəndaşlarımızla  bağlı kitabın  4 cildliyi Azərbaycan və ingilis dilində oldu, tərcümə də redaksiyada yaradılan yeni şöbəyə həvalə edildi. Bunun da öhdəsindən Respublika Xatirə Kitabı gəldi. Bunun təqdimatını isə sabiq milli təhlükəsizlik naziri, Milli Qəhrəman Mədət Quliyev yüksək səviyyədə təşkil etdi”.

N.Məmmədova əlavə etdi ki, qələbə 44 gün ərzində əldə edilib. “Damarında azərbaycanlı qanı axan hər bir kəsin qəlbində qələbəyə inam vardı. Bunu da biz 44 gündə əldə edə bildik. Mən müəllifin üzərinə gəlmək istəyirəm. Bu kitabın ilk təqdimatı 11 saylı cəzaçəkmə müəssisində olub. O vaxt Elvin hələ cəzasını tam çəkib qurtarmamışdı. Amma uzun illər idi redaksiyamızla əməkdaşlıq edirdi, təkcə bizim redaksiyaya deyil, müxtəlif qəzetlərin redakasiyalarına məktublar, yazılar göndərirdi. Biz əvvəl Elvinin yazılarını “Yada düşdü” jurnalında verirdik, sonra valideynləri gəlib o jurnalları aparıb Elvinə çatdırırdı. Biz ona kitablar göndədirdik. Bir gün Elvin deyəndə ki, mənim dayım oğlu, mənəvi qardaşım şəhid olub, biz də bu seriyanı yeni başlamışdıq. “Bakı-Xəbər”lə birgə layihəmizdir. Dedim yaz, kömək edərəm. Elvin kitabı yazdı, “Bakı-Xəbər” qəzeti də müntəzəm olaraq bu yazıları işıqlandırdı, sonra isə biz bu kitabı çap etdik. Kitab ərsəyə gələndən sonra onun təqdimatını həmin cəzaçəkmə müəssisəsində keçirdik. İlk dəfə Elvini orada gördüm. Bu gün Elvin sıralarımızdadır”.    

Kitabın müəllifi Elvin Arifoğlu da çıxış edərək kitabın ərsəyə gəlməsində ona dəstək olan Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya və kollektivə təşəkkür etdi, kitabın yaranmasından danışdı. “Kaş bizim torpaqlarımız şəhid vermədən azad olunaydı, mənfur düşmən dinc yolla torpaqlarımızı qaytaraydı. Amma bu olmadı. Vətən uğurunda şəhid olan oğullardan biri də mənim mənəvi qardaşım, dayım oğlu Elcan Muradovdur. Elcan cəmi 19 il yaşadı, amma mənalı ömür yaşadı. Şəhidlərimiz əbədi yaşayır”-deyə E.Arifoğlu qeyd etdi.

Şəhidlərimiz barədə kitabların müəllifi olan Əməkdar jurnalist Zemfira Məhərrəmli də qeyd etdi ki, şəhidlik uca bir məqamdır. Xatirə Kitabı Redaksiyası şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müqəddəs bir yola çıxıb: “Xatirə Kitabı Redaksiyası artıq illər boyudur ki, öz andına sadiqdir. Onların bir şüarları var. “Biz bu yolda uzun bir səfərə çıxmışıq və bu elə bir səfərdir ki, bizi hər zaman, hər an canını vətən yolunda fəda etmiş, al qanı torpaqlarımıza səpələnmiş şəhidlərimizin ünvanlarına çatdırır” deyirlər. Bu, Xatirə Kitabının andıdır, missiyasıdır”.

Z.Məhərrəmli kitab barəsində də danışdı, bildirdi ki, müəllif kitabı böyük sevgi ilə yazıb və o çox maraqlı üsluba malikdir.

Şəhid E.Muradovun bibisi Təranə xanım da qeyd etdi ki, Elcan kimi qardaşı oğlu olduğu üçün fəxr eidr: “Elcan əsgərliyə getməmişdən əvvəl deyirdi ki, kaş Allah mənə uca şəhidlik məqamı bəxş edəydi. O, torpaqlarımızı azad edilməsi uğrunda döyüşlərdə iştirak etməyi həmişə arzu edirdi. Elcan çox vətənpərvər oğlan idi”.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova da çıxış edərək, Xatirə Kitabının layihəsinin böyük əhəmiyyətə malik olduğunu bildirdi. Ş.Qəmbərova təklif etdi ki, “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından olan kitabların elektron variantları hazırlansın və onlar Gənclər Kitabxanasının elektron kitabxanasında yerləşdirilsin, bu həmin kitabların elektron qaydada oxunmasına imkan verəcək. Ş.Qəmbərova həmçinin bu kitabların müxtəlif dillərə tərcümə edilərək yayılmasının da vacibliyini vurğuladı.

Tanınmış şair-publisist Rəfael Tağızadə isə çıxışında bildirdi ki, şəhidlərimizin böyük əksəriyyətinin elə 19-20 yaşları olub: “Nə qədər Azərbaycan xalqı və Azərbaycan dövləti var, şəhdilərimiz də yaşayacaq. Şəhidlərimiz bizə qalib vətəndaşlıq qüruru yaşatdı. Tarixdə qalan bu kitablar olacaq. Xatirə Kitabı redaksiyası Vətən müharibəsi şəhidlərinə həsr edilən “Vətən daşı” seriyasından fikmlər də çəkir”.

Aparıcı K.Mirzəzadə məlumat verdi ki, bu yaxınlarda R.Tağızadənin müəllifi olduğu “Şəhid qardaşlar” kitabı da işıq üzü görəcək.

Tədbirdə çıxış edən gənc leytenant Ramin Hacıyev özünün də iştirak etdiyi Vətən müharibəsində igidlərimizin şücaətindən danışdı, Elcan kimi qəhrəmanların nümunə, örnək ünvanı olduğunu dedi. Bildirdi ki, şəhidlərimizin adlarının kitablaşdırılması, əbədiləşdirilməsi qürurvericidir.

Xatirə Kitabının əməkdaşı Hikmət Məlikzadə isə bildirdi ki, Elcan 19 yaşında şəhid olmasına baxmayaraq, bir kişilik, vətənpərvərlik məktəbi olub: “Bu kitab Elcan Muradova qoyulan bir abidədir”.

Müəllim və tərcüməçi Aliyə Səmədova, Elcanın yaxını Sevda xanım və başqları da çıxış etdilər. Sonra Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova tədbirin keçirilməsinə şərait yaratdığı üçün C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəhbərliyinə, tədbirdə iştirak etdiklərinə görə qonaqlara təşəkkür etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ