Bazar günü günü, 18 oktyabr 2026
     

Konstitusiya islahatları hüquqi dövlətçiliyin vacib tələbidir...

Image


Məlum olduğu kimi, Prezident İlham Əliyev 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edib. Bu, Azərbaycanın müasir tarixində dövlətçiliyimizin hüquqi əsası olan Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi ilə bağlı çox mühüm qərardır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya Azərbaycan tarixində ilk milli əsas qanun kimi mühüm tarixi mərhələ açdı. 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minən bu sənəd dövlətçiliyimizin hüquqi bünövrəsini möhkəmləndirdi, xalqımızın gələcək inkişaf yolunu müəyyənləşdirdi.

30 ildə bir neçə dəfə Konstitusiya islahatları keçirilib

Müasir Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından biri olan milli Konstitusiyanın qəbulundan artıq 30 ilə yaxın bir müddət ötür. Ötən 30 ildə bir neçə dəfə Konstitusiya islahatları keçirilib. Belə ki, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın bir sıra maddələrində mühüm dəyişikliklər edilib. 24 avqust 2002-ci ildə konstitusiyaya əlavə və dəyişikliklər üçün referendum keçirilib. Konstitusiyanın müəyyən maddələrinə edilmiş əlavə və dəyişikliklərə əsasən vətəndaşlara ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təmin edilmiş, həmçinin Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verilmişdi. Bu dəyişikliklərin bir qrupu məhkəmə hakimiyyətinin rolunun artırılması, prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlı idi. 24 avqust referendumuna qədər ölkənin ikinci şəxsi Milli Məclisin sədri idi. Həmin referendumda konstitusiyada edilən dəyişikliyə əsasən, bu status baş nazirə keçib. Növbəti referendum 2009-cu il martın 18-də keçirilib. Bu referendumun isə özəlliyi ondan ibarət olub ki, konstitusiyada eyni şəxsin iki dəfədən artıq Azərbaycan prezidenti seçilməsinə qoyulan qadağa ləğv edilib. 26 sentyabr 2016-cı ildə keçirilən referendumda ümumilikdə Konstitusiyanın 29 maddəsində dəyişiklik edilib. Referendumda qəbul edilən əsas dəyişikliklər: Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılıb. Prezident seçilmək üçün yaş məhdudiyyəti 35-dən 18-ə salınıb. Vitse-prezident vəzifəsi yaradılıb. Prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib və s. Bu dəyişikliklər dövlət institutlarının fəaliyyətinin daha səmərəli təşkilinə, vətəndaşların idarəetmədə iştirak imkanlarının genişləndirilməsinə və hüquqi islahatların dərinləşdirilməsinə yönəlib. Eyni zamanda, dövlət suverenliyinin gücləndirilməsi, müasir çağırışlara çevik cavab verə biləcək idarəetmə modelinin qurulması baxımından bu dəyişikliklər mühüm əhəmiyyət kəsb edib. Konstitusiyanın davamlı olaraq təkmilləşdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan uğurların qorunmasına və daha dayanıqlı gələcək üçün möhkəm təməl yaradılmasına xidmət edir. Ümumilikdə, Konstitusiya islahatları hüquqi dövlət quruculuğunda nə kimi rol oynayıb?

Bu sənəd ilk dəfə olaraq milli dövlətçiliyi hüquqi-normativ çərçivəyə saldı

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikrincə, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi, əslində, milli dövlətçilik tariximizin hüquqi və siyasi mahiyyətini dərinləşdirən bir çağırışdır: “İndi ilin 9-cu ayındayıq və əminliklə deyir və görürük ki, bu qərar təsadüfi deyil. Qərar və qərarlılığımız 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyanın 30 illiyi, çağdaş Azərbaycanın hüquqi sütununun möhkəmləndirilməsi ilə yanaşı, dövlətçilik idealımızın gələcəyə daşıdığı məsuliyyəti də anladır. Milli Konstitusiyamızın tarixi missiyası vardır, əlbəttə. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyası xalqın iradəsinin rəsmi ifadəsi, müstəqil dövlətimizin hüquqi pasportu oldu. Bu sənəd Azərbaycan tarixində ilk dəfə olaraq milli dövlətçiliyi hüquqi-normativ çərçivəyə saldı, vətəndaş-hakimiyyət münasibətlərinin əsaslarını müəyyənləşdirdi. Konstitusiyanın 27 noyabrdan qüvvəyə minməsi ilə ölkəmiz demokratik, hüquqi və dünyəvi dövlət yolunda yeni mərhələyə qədəm qoydu. Dediklərimiz bizi islahatların hüquqi vəhdəti fikrinə fokuslayır. Bəli, ötən 30 ildə aparılan Konstitusiya islahatları isə yalnız texniki dəyişikliklər olmayıb və dövlət idarəçiliyi fəlsəfəsinin dərinləşdirilməsi, hüquqi dövlətin möhkəmlənməsi yolunda tarixi mərhələlər sayılır.

O cümlədən:

-2002-ci il islahatları - dövlət idarəçiliyində şəffaflıq və siyasi institutların fəaliyyətini daha aydın çərçivəyə saldı;

-2009-cu il islahatları - insan hüquq və azadlıqlarının təminatını genişləndirdi, vətəndaş iştirakçılığına yeni imkanlar açdı;

-2016-cı il islahatları - dövlət institutlarının çevik idarəetmə modelinə uyğunlaşdırılmasını, gənclərin siyasi sistemdə təmsilçiliyini və müasir çağırışlara uyğun dövlət idarəçiliyi mexanizmlərini gücləndirdi”.

Ə.Qoşalının fikrincə, bu islahatların hər biri Azərbaycan dövlətçiliyini dövrün tələblərinə uyğun inkişaf etdirmək, milli maraqları qorumaq və dövlət suverenliyini möhkəmləndirmək missiyasına xidmət etmiş oldu: “Hüquqi dövlət quruculuğu yalnız qanunların mövcudluğu ilə deyil, onların işləkliyi, tətbiq mexanizmi və vətəndaş şüurunda yaratdığı hüquq mədəniyyəti ilə ölçülür. Azərbaycan Konstitusiyası və ona edilmiş islahatlar:

-Hakimiyyət bölgüsü prinsipini daha səmərəli formalaşdırdı;

-Hüquqi institutların müstəqilliyini və balansını gücləndirdi;

-Vətəndaş hüquqlarının qorunmasına hüquqi zəmanət yaratdı;

-Dövlət suverenliyini beynəlxalq miqyasda təsbit edən normativ baza rolunu oynadı.

Göründüyü kimi, ənənədən gələcəyə hüquq körpüsündən danışmış oluruq. Yəni Konstitusiyanın davamlı təkmilləşdirilməsi milli dövlətçiliyin “canlı orqanizm” kimi daim inkişafda olduğunu göstərir. Azərbaycanın hüquqi-siyasi sistemi qapalı mexanizm deyil, zamana, çağırışlara, qlobal tendensiyalara çevik reaksiya verən mütərəqqi bir modeldir. Bu baxımdan, Konstitusiya islahatları həm xalqın öz iradəsini təsbit etməsi, həm də dövlətin gələcəyə hazırlığı kimi ikiqat önəm daşıyır. Beləliklə, Konstitusiya islahatları Azərbaycan dövlətçiliyinin çağdaş inkişafında mühüm rol oynayıb. Onlar hüquqi dövlətin əsaslarını möhkəmləndirməklə yanaşı, vətəndaş cəmiyyətinin qurulmasına, suverenliyin dayanıqlılığına və milli iradənin davamlı ifadəsinə xidmət edib. “Konstitusiya və Suverenlik İli” bu tarixi yolun həm hesabatı, həm də gələcək hədəflərinə inamlı baxışıdır”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ