Bazar ertəsi günü, 02 noyabr 2026
     

Parlamentdə Makronun vaxtından əvvəl istefaya göndərilməsi prosesinə start verildi...

Image


İdarəçiliyi dövründə Fransanın beynəlxalq nüfuzuna ciddi zərbə vurmuş Fransa prezidenti Emmanuel Makron ölkə daxilində də çoxsaylı problemlər yaradıb. Artıq Fransada bu fonda idarəçilik böhranı, siyasi müstəvidə dərin ziddiyyətlərin yarandığı müşahidə olunur. Fransanın baş nazirinin təyin edilməsi üçün Emmanuel Makron hələ də müvafiq addımlar ata bilmir. Halbuki, hökumət ölkədə 50 gündən çoxdur ki, istefa verib.

Bunlar fonunda "Guardian" qəzeti yazır ki,  seçkilərdə "alçaldılmış" prezident təvazökarlığı öyrənməlidir: "Parlament seçkilərində hakim koalisiya üçüncü yeri tutub. Bu fonda Emmanuel Makronun solçu azlıq hökumətini qəbul etməkdən imtina etməsi səhvdir. Amma Makronu ən çox mandat qazanan partiyanın namizədini irəli sürməyə məcbur edən və ya qərar üçün vaxt çərçivəsini müəyyən edən heç bir qayda yoxdur. Bu da hökumət böhranı yaradır". Elə bu vəziyyətdə 80-dən çox deputat Emmanuel Makronun iqtidardan uzaqlaşdırılması ilə bağlı qətnamə imzalayıb. "Franceinfo" radiostansiyasının  məlumatına görə, sənədi "Yeni Xalq Cəbhəsi" sol blokundan olan 81 deputat, həmçinin "Yaşıllar" və "Sol Demokratlar və Respublikaçılar" qrupundan olan bir sıra digər deputatlar imzalayıb. Xatırladaq ki, "İtaətsiz Fransa" avqustun sonunda Makronun iqtidardan uzaqlaşdırılması proseduruna başlayıb. Bu partiyanın parlament fraksiyasının rəhbəri Mathilda Panonun verdiyi məlumata görə, prezidentin impiçmenti barədə qətnamə layihəsi Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq hazırlanıb. Fransanın keçmiş baş naziri Eduard Filipp Emmanuel Makronun istefasının və 2025-ci ildə növbədənkənar prezident seçkilərinin olacağını bildirib. Filippin prezident seçkilərində namizədliyini irəli sürməyə hazır olduğunu açıqladığı bildirilir. Hazırda Fransanın keçmiş baş naziri Havr şəhərinin meri vəzifəsini tutur və Makronla münasibətləri gərgindir. Qeyd edək ki, bundan əvvəl "Politico" nəşri Fransanın baş nazirinin təyin edilməsi üçün Makrona təzyiqlər barədə məlumat yayıb. Nəşrin yazdığına görə, hətta onun öz müttəfiqləri də Fransa liderinə təzyiqlər edir. Makronçular Eduard Filippin  bəyanatını "arxadan vurulan bıçaq zərbəsi" hesab edirlər və media Beçinci Respublika tarixində buna bənzər başqa bir hadisəni xatırladır: Fransanın əfsanəvi rəhbəri general Şarl de Qoll ilə Jorj Pompidu arasında baş verənlər bunun analoqu kimi qiymətləndirilir. Şarl de Qollun dövründə baş nazir vəzifəsində çalışmış Jorj Pompidu 1969-cu ildə Romada rəsmi səfərdə olarkən bir neçə jurnalistə demişdi: "Heç kimə sirr deyil ki, prezident seçkilərində namizəd olacağam". Həmin vaxt Şarl de Qollun səlahiyyət müddətinin başa çatmasına 3 il qalsa da, Jorj Pompidu ölkədə referendum keçirilməsinə nail oldu. Nəticədə de Qoll referendumda məğlub olduqdan sonra vaxtından əvvəl vəzifəsindən istefa verdi. Fransa mətbuatı xatırladır ki, prezidentlə münasibətləri son illərdə "xeyli dərəcədə soyumuş" Eduard Filip Jorj Pompidunun qızğın pərəstişkarıdır və əslində 1969-cu ildə baş verənlərin təkrarlanmasına çalışır.

Belə bir vaxtda ölkə iqtisadiyyatında baş verənlər də Makronun əleyhinə işləməkdədir. Məsələn, artıq bəllidir ki, Fransada əlavə gəlir mənbəyi tapılmazsa, büdcə kəsiri bu il və gələn il arta bilər. Ölkənin Maliyyə Nazirliyi qanunvericilərə ünvanladığı məktubda bu xüsusda xəbərdarlıq edib, qeyd edib ki, avrozonanın ikinci ən böyük iqtisadiyyatı siyasi və iqtisadi böhrana qərq olur. Maliyyə kəsiri o deməkdir ki, istənilən yeni hökumət xərcləri azaltmaq və vergiləri artırmaq məcburiyyətindədir. Bu fonda Fransanın Avropa İttifaqı tərəfdaşlarının və maliyyə bazarlarının etibarını itirməsi də qaçılmaz görünür. Xəzinədarlıq Departamenti tərəfindən millət vəkillərinə göndərilən sənəddə dövlət sektorunun büdcə kəsirinin bu il ümumi daxili məhsulun 5,6 faizinə çatması risqinin olduğu göstərilib. Milli Assambleyanın maliyyə komitəsinə sədrlik edən solçu deputat Erik Kokerel gələn il hökumətin 4,1 milyard avroluq kəsir hədəfinə çatmaq üçün 60 faiz qənaət tələb edəcəyini əsas gətirərək, 2025-ci ildə büdcə kəsirinin 6,2 faizə çata biləcəyini də istisna etməyib. Bir sıra əsas vergilər, o cümlədən gəlir, korporativ və əlavə dəyər satış vergiləri üzrə yığımlar isə gözlənildiyindən zəif olub. Erik Kokerel əlavə edib ki, Fransanın Yeni Kaledoniya ərazisində təhlükəsizlik böhranı və bu il keçirilən növbədənkənar parlament seçkiləri əlavə xərclərə səbəb olub. Vəzifədən çıxan maliyyə naziri Bruno Le Maire Fransa üçün büdcə kəsirlərinin  nəzarətdən çıxmasının qarşısını almağın tamamilə vacib olduğunu bildirir. Onun sözlərinə görə, belə vəziyyət Makron dövründə ardıcıl vergi endirimlərinin nəticəsidir və indi xərcləri azaltmaq əvəzinə vergiləri artırmaqla durum düzəldilə bilər. Həm bu il, həm də gələn il iqtisadi artımı 1 faiz proqnozlaşdıran Le Maire gəlir çatışmazlığını kompensasiya etmək məqsədilə bu il üçün 16,5 milyard avro xərcləmənin artıq dondurulduğunu söyləyib. Fransa uzun müddətdir ki, üzv dövlətlərdən büdcə kəsirini ümumi daxili məhsulun 3 faizindən az saxlamağı tələb edən Avropa İttifaqı qaydalarını pozur. Onun ÜDM-in 110 faizini təşkil edən ümumi borcu da Avropa İttifaqı qaydalarını pozan haldır. Makronun dövründə ev təsərrüfatları, şirkətlər və kapital gəlirləri üzrə vergi endirimləri illik gəlirləri on milyardlarla avro azaldıb. Bu da ölkədə iqtisadi böhrana rəvac verir. Bu durumda Makron 2017-ci ildəki ilk seçkisindən bəri tətbiq etdiyi biznes yönümlü islahatları geri götürmür. Müxaliflər buna qarşı olduğundan, prezident onlarla məsləhətləşmələr sayəsində baş nazir tapmaqda çətinlik çəkir. Vaxt daralır, çünki qanuna görə, hökumət büdcə layihəsini oktyabrın 2-dək qanunvericilərin müzakirəsinə təqdim etməlidir. Amma baş nazirin yoxluğu bunu çətinləşdirir. Ölkə təkcə siyasi yox, iqtisadi böhrana da yuvarlanır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ