çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

“Razılaşdığımız saziş maddələri ərazi mübahisələrini tam həll etdi” - Paşinyan yalan püskürdü...

Image


Abutalıb Səmədov: “...Təkcə sülh sazişinin mətninin razılaşdırılması bütün problemləri həll etməyəcək”

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yalnız sözdə və bəyanatlarda deyil, bu, birbaşa bu ölkənin konstitusiyasında öz əksini tapıb. Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistan hələ də konstitusiyasını dəyişib Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddəni çıxarmaq istəmir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əsas maneə olan bu maddəni çıxarmağa çalışmaq, referendum çağırmaq əvəzinə Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti yalan və çaşdırıcı bəyanatla çıxış edib.

N. Paşinyan “Armenpress” dövlət agentliyində yayılan məqaləsində “sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, həm də gələcəkdə belə iddiaların təqdim olunmaması məsələsini tamamilə həll edib”-deyə bildirib.

Paşinyan deyib ki, sülh sazişinin razılaşdırılmış maddələri artıq ərazi iddiaları məsələsini aradan çıxarıb və gələcəkdə onun olmayacağına təminat veririk.

Doğrudanmı, bu belədir? Həqiqətənmi konstitusiyanı dəyişmədən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aradan qalxdığını düşünmək olar?

“Sülh sazişizinin imzalanması üçün mütləq konstitusiya, yaxud müstəqillik bəyannaməsi dəyişməlidir”

“Alyans” strateji araşdırmalar mərkəzinin rəhbəri, politoloq Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 17 bəndlik sülh müqaviləsi layihəsinin 15 bəndinin razılaşdırıldığı məlumdur. “Müqavilə layihəsinin mətnində razılaşdırılmayan iki bənd var, eyni zamanda layihədə öz əksini tapmayan, ancaq razılaşdırılmağa ehtiyacı olan iki məsələ var. Layihədə razılaşdırılmayan iki bəndin mahiyyəti nədən ibarətdir? Birincisi, bir-birinə qarşı məhkəmə iddiaları qaldırmamaq, Azərbaycanın tələbi bundan ibarətdir. Ermənistan bununla razılaşdığını deyir, ancaq əlavə edir ki, bu iddialar eyni zamanda ikili danışıqlarda da qaldırılmamalıdır. Ona qalsa Ermənistan Azərbaycanın bu təklifini qəbul edir. Ancaq sonrakı ikili danışıqlarla bağlı məsələ, təbii ki, hələ müzakirə olunmalıdır. İkinci məsələ Avropa Birliyinin (Aİ) və Kanadanın müşahidəçiləri ilə bağlıdır. Azərbaycan sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsini tələb edir. Paşinyan bununla da razılaşır, ancaq bu tələbi reallaşdırmağı delimitasiya prosesindən sonraya saxlamağı təklif edir. Yəni sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi haqlı tələbdir, ancaq Paşinyan deyir ki, əvvəlcə sərhəddə delimitasiya işlərini başa çatdıraq və delimitasiya prosesi keçirilmiş ərazilərdə müşahidəçilər yerləşdirilməsin. Aydın məsələdir, bu uzun sürən prosesdir. Təkcə delimitasiya ilə iş bitmir, eyni zamanda sərhədlər real şəkildə də müəyyən olunmalıdır, demarkasiya işləri aparılmalıdır və bu proses xeyli uzana bilər. Bu səbəbdən Ermənistanın bir tərəfdən razılaşması, digər tərəfdən bunu delimitasiya ilə əlaqələndirməsi, hesab edirəm ki, yalnız sülh müqaviləsinin imzalanması prosesini ləngidə bilər”.

A.Səmədovun sözlərinə görə, Ermənistan konstitusiyası ilə bağlı problem də qalmaqadır. A.Səmədov bildirdi ki, Azərbaycanın tələbi konstitusiyada, onun preambulasında əks olunan müdəaların ordan çıxarılmasıdır. A.Səmədov vurğuladı ki, Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad var, müstəqillik bəyannaməsində isə Qarabağın Ermənistanla birləşməsi ilə bağlı qərar öz əksini tapıb. “Ya konstitusiya dəyişməlidir, ya da müstəqillik bəyannaməsindən həmin müddəalar çıxarılmalıdır. “Paşinyan iddia edir ki, sülh sazişi imzalandıqdan sonra bir-birinə qarşı ərazi iddiaları aradan qalxacaq və bu məsələ bir daha qaldırılmayacaq. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın 2022-ci ildə təklif etdiyi 5 baza prinsipinin ilk bir və ikinci müddəaları məhz bu məsələləri əhatə edirdi. Yəni bir-birinin ərazi bütövlüyünü tanımaq və bir-birinə qarşı ərazi iddiaları irəli sürməmək öhtəliyi götürmək. Azərbaycan bunu təklif etdi və Ermənistan da bunu qəbul etmək məcburiyyətində qaldı. 2022-ci ildə Praqada bir-birinin ərazi bütövlüyünü və suverenliyini qəbul edən ölkələr bunu dövlət liderlərin imzaları ilə təsdiq etdilər. Ancaq sülh sazişizinin imzalanması üçün mütləq konstitutsiya, yaxud müstəqillik bəyannaməsi dəyişməlidir. Paşinyanın dediyi kimi, təkcə sülh sazişinin mətninin razılaşdırılması bütün problemləri həll etməyəcək. Çünki Azərbaycanın konstitutsiya ilə bağlı tələbləri qüvvədədir. Ona görə də ya Ermənistan konstitutsiyası dəyişdirilməlidir, ordan müstəqillik bəyannaməsinə istinad götürülməlidir. Bu isə çox çətin məsələdir. Digər nisbətən daha asan yol müstəqillik bəyannaməsinin mətnindən Qarabağın Ermənistanla birləşməsi barədə müddəaların çıxarılmasıdır və bunu asanlıqla çıxarmaq mümkündür. Ermənistan da həqiqətən sülh istəyirsə bu məsələni uzatmadan həll etmək məcburiyyətindədir. Əks halda, nə qədər arzulasaq da, sülh sazişini imzalamaq mümkün olmayacaq.

Bundan sonra hansı hadisələr baş verə bilər? Məlumdur ki, Tramp həmişə özünün dünyada sülhün bərqərar olması istiqamətində göstərdiyi fəaliyyəti qabartmağa çalışır. Hətta prezident seçilməzdən İsraillə HƏMAS arasında imzalanan razılaşmanı özünün böyük uğuru kimi təqdim etdi və inauqurasiya mərasimində bunu xüsusi qeyd etdi. Hamının diqqətinə çatdırdı ki, bu mənim xidmətimdir, həmin dövrdə ABŞ-ın prezidenti olan Co Baydenin deyil. İndi növbəti sülh razılaşmalarına Trampın ehtiyacı var ki, bu imici bir az möhkəmləndirsin. Ukrayna-Rusiya müharibəsində qısa müddətdə sülh sazişinə nail olmaq çox çətindir. Hətta atəşkəsin təmin olunması da kifayət qədər problemlidir. Çünki Rusiya atəşkəslə razılaşmaq istəmir, onu qane edən sülh müqaviləsi istəyir ki, həmin müqavilədə də onun tələbləri öz əksini tapmalıdır. Kifayət qədər ağır tələblər. Ukraynanın NATO-ya qəbul olunmaması, Ukrayna ordusunun sayının məhdudlaşdırılması, Rusiyanın işağal etdiyi dörd vilayətin Ukraynanın nəzarətində olan hissəsindən hərbi qüvvələrin çıxarılması və həmin hissələrin də Rusiya təhvil verilməsi və sair kimi tələblər, təbiidir ki, Ukrayna tərəfindən qətiyyən qəbul oluna bilməz. Ancaq Tramp da qısa müddətə sülhə nail olmaq istəyir, bunun da yolu yalnız Putinin tələblərinin böyük hissəsini qəbul etməkdən keçir. Bunu da dünya qəbul etməz. Ukrayna, Rusiya və ABŞ danışıqlarında çox ağır bir durum var. Ancaq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması çox asandır, bunun üçün, əslinə qalsa, bir neçə asan addıma ehtiyac var. Tramp Ermənistana müəyyən təzyiqlər göstərsə qısa müddətdə sülh sazişini imzalamaq mümkündür. Bu səbəbdən, görünür, Tramp Azərbaycan-Ermənistan sülh razılaşmasına daha ciddi diqqət ayıracaq və onun atdığı addımlar sayəsində uzun müddətdir üzərində iş gedən sülh sazişi layihəsini imzalamaq mümkün olacaq”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ