“Rusiya müharibəni uduzur, buna görə də qisas məqsədilə əhaliyə və mülki infrastruktura hücum edir”, – Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sosial şəbəkədə yazıb.
“Ukraynanın raketlərdən müdafiə imkanlarını dəstəkləmək və ölkənin insan itkilərinin qarşısını almaq üçün lazımi vasitələrə malik olmasını təmin etmək məqsədilə Avropa İttifaqına üzv ölkələr və tərəfdaşlarımızla əməkdaşlıq edirik. Bu əsas prioritetdir”, – deyə Lyayen bildirib.
Qeyd edək ki, avqustun 20-də Rusiyanın Ukraynaya həyata keçirdiyi növbəti genişmiqyaslı hücum zamanı Polşa öz hərbi aviasiyasını havaya qaldırıb. Lakin Varşava ölkənin hava məkanının pozulması faktının qeydə alınmadığını bildirib.
Ukraynanın xarici işlər naziri Rusiyanın növbəti raket zərbələrindən sonra tərəfdaşları Kiyevə raketdən müdafiə sistemlərini vaxtında çatdırmağa və Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiqi gücləndirməyə çağırıb.
Tahir TAĞIYEV