Bazar ertəsi günü, 05 oktyabr 2026
     

İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

Image


İsrail Suriyada Türkiyə qüvvələrinin yerləşdirilməsi planlaşdırılan hərbi bazaya zərbə endirib. Zərbə avqustun 18-də Hələb yaxınlığındakı Əbu əl-Duhur hava bazasına endirilib. İsrail tərəfi hesab edir ki, Türkiyənin bu bazada hərbi mövcudluq yaratması Suriyadakı təhlükəsizlik balansını dəyişə və İsrail üçün yeni risklər yarada bilər.

Məlumata görə, Türkiyə nümayəndə heyəti İsrailin zərbəsindən bir neçə saat əvvəl Əbu əl-Duhur bazasında olub. Hücum nəticəsində hava bazasının uçuş-enmə zolağı və bəzi infrastruktur obyektləri zədələnib. Ölən və yaralananlar barədə məlumat verilməyib.

Türkiyə İsrailin addımını tənqid edərək, onun Suriyanın suverenliyinə və regional sabitliyə zərbə vurduğunu bildirib. ABŞ isə tərəflər arasında gərginliyin daha da artmaması üçün Türkiyə, İsrail və Suriya arasında dekonfliktasiya mexanizmi yaratmağa çalışır.

Hadisə İsrail və Türkiyənin Suriyadakı maraqlarının getdikcə daha çox toqquşduğunu göstərir. Ankara Suriyada hərbi və strateji təsirini genişləndirməyə çalışarkən, İsrail Türkiyənin öz sərhədlərinə yaxın ərazilərdə hərbi mövcudluğunun artmasını təhlükəsizlik baxımından risk hesab edir.

İsrailin Suriyada Türkiyənin hərbi mövcudluğunun artırılmasının planlaşdırıldığı Əbu Zuhur bazasına zərbə endirməsi Ankaranı cavab addımına sövq etmək və Türkiyəni hərbi qarşıdurmaya çəkmək məqsədi daşıya bilərmi? Yoxsa bu, İsrailin Türkiyənin Suriyada hərbi təsirinin genişlənməsinə qarşı əvvəlcədən çəkdiyi “qırmızı xətt” mesajıdır?

"Region

Azər Həsrət: “İsrail Türkiyəyə qarşı hər bir yanlışında Azərbaycanı da qarşısında görəcəyini unutmamalıdır”

Siyasi şərhçi Azər Həsrət məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, İsrail Türkiyəyə qarşı atdığı addımların mümkün nəticələrini nəzərə almalı və Azərbaycanın mövqeyini də diqqətdə saxlamalıdır.

Ekspertin sözlərinə görə, İsrailin Türkiyəyə qarşı atdığı hər bir addım Azərbaycan ictimaiyyətində də ciddi reaksiyaya səbəb ola bilər. “Vurğulamaq istərdim ki, İsrail bu təxribata getməməli idi. İsrail Türkiyəyə qarşı atdığı hər bir addımda onun strateji tərəfdaşı olan Azərbaycanı da düşünməlidir. İsraildə bilməlidirlər ki, Türkiyəyə qarşı edilən hər bir hərəkət Azərbaycanda da ciddi narahatlıq doğurur”, – deyə Azər Həsrət vurğulayıb.

O qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər yalnız diplomatik və siyasi əməkdaşlıqla məhdudlaşmır, iki ölkə arasında dərin tarixi, milli və strateji bağlar mövcuddur. Buna görə də Ankaranın təhlükəsizlik maraqlarına və regional mövqeyinə qarşı yönələn addımların Bakıda diqqətsiz qarşılanması mümkün deyil.

Azər Həsrət hesab edir ki, Türkiyənin İsrail üçün birbaşa təhlükə yaratdığını söyləmək doğru olmaz. Onun fikrincə, Ankara İsrail dövlətinin mövcudluğunu qəbul edir və regionda problemlərin diplomatik yollarla həllinə üstünlük verir.

“Qardaş Türkiyə İsrail üçün təhlükə təşkil etmir. Türkiyənin İsraili yer üzündən silmək, həmin dövlətə hücum etmək və sair kimi niyyətləri olmayıb, indi də yoxdur. Türkiyə İsrail dövlətini qəbul edir və onunla dinc yanaşı yaşamağın yollarını axtarır”, – deyə siyasi şərhçi bildirib.

Ekspertin fikrincə, əsas problem İsrailin, xüsusilə Suriya istiqamətində həyata keçirdiyi siyasətin Türkiyənin təhlükəsizlik maraqları ilə toqquşmasıdır. O hesab edir ki, İsrailin Suriyadakı addımları Ankara tərəfindən yalnız İsrail-Suriya münasibətləri çərçivəsində qiymətləndirilmir və Türkiyənin öz milli təhlükəsizlik maraqları baxımından da nəzərdən keçirilir.

Azər Həsrət əlavə edib ki, Türkiyənin təmkinli davranması onun baş verənləri cavabsız buraxması anlamına gəlmir. “Türkiyə dərin dövlət ənənəsinə, kifayət qədər təmkinə malikdir və onlar bu təxribata getməyəcəklər. Təxribata getməməklə bərabər, Türkiyə, təbii ki, İsrailin belə addımlarını cavabsız da qoyan deyil. Biz bəzən bir çox şeyləri görə bilmirik, bunlar üzdə olmur. Amma aşağı qatda bu cür məsələlərə qardaş Türkiyə yetərincə sərt cavab verir və yəqin ki, bu dəfə də İsrail öz cavabını alacaq”, – deyə o bildirib.

Siyasi şərhçi hesab edir ki, İsrail Azərbaycanla münasibətlərinin strateji əhəmiyyətini də nəzərə almalıdır. Onun sözlərinə görə, Bakı-Təl-Əviv əlaqələrinin inkişafında qarşılıqlı maraqlar mühüm rol oynasa da, bu münasibətlərin Azərbaycan-Türkiyə strateji müttəfiqliyindən ayrı nəzərdən keçirilməsi mümkün deyil.

“Biz Azərbaycan ictimai rəyinin nümayəndələri olaraq, ümumiyyətlə Azərbaycan olaraq – əlbəttə, dövlət adından danışmaq səlahiyyətimiz yoxdur – öz adımıza deyə bilərik ki, İsraillə nə qədər yaxın dost olsaq belə, İsrail Türkiyəyə qarşı hər bir yanlışında bizi də qarşısında görəcəyini unutmamalıdır. Əgər Türkiyəyə bir zərər gələrsə, Türkiyənin maraqlarına bir zərbə endirilərsə, İsrail anlamalıdır ki, Azərbaycan da onun qarşısında olacaq”, – deyə Azər Həsrət vurğulayıb.

Ekspertin fikrincə, bu baxımdan İsrailin regional siyasətində Azərbaycan amilini nəzərə alması həm Bakının, həm də Təl-Əvivin maraqlarına uyğundur. O hesab edir ki, iki ölkə arasında formalaşmış münasibətlərin qorunması üçün İsrail Türkiyə ilə münasibətlərdə daha ehtiyatlı və ölçülü siyasət yürütməlidir.

“İsrail bizi itirməməlidir. Biz İsraili itirmək istəmirik. İsrail bizi itirmək istəyirsə, bu başqa məsələdir. Amma bizi itirib nə qazanacaq? Əlbəttə, heç nə qazanmayacaq. Bunu nəzərə almalıdırlar. Türkiyənin də səbrinin bir həddi var, təbii ki, bizim də”, – deyə siyasi şərhçi əlavə edib.

Beləliklə, Azər Həsrətin mövqeyinə görə, İsrail-Türkiyə münasibətlərində yaranan hər yeni gərginlik yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində qiymətləndirilməməlidir. Çünki Türkiyənin regional təhlükəsizlik maraqlarına toxunan addımlar Azərbaycanın da ictimai və siyasi diqqətindədir və bu amil İsrailin Ankara ilə münasibətlərində nəzərə almalı olduğu əsas reallıqlardan biridir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ