Ukraynaya qarşı davam edən müharibə və dron hücumlarının intensivləşməsi fonunda ruslar kütləvi şəkildə banklardan nağd pul çıxarmağa başlayıblar.
Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, ilin əvvəlindən bəri Rusiya bank sistemindən nağd pula 2 trilyon rubldan çox vəsait çəkilib. Mərkəzi Bank iyul ayında rekord məbləğdə vəsait axını qeydə alıb.
Nağd pula tələbat martın əvvəlində artıb və o vaxtdan bəri yalnız artıb. Euronews- un məlumatına görə, hesablardan hər ay təxminən 300 milyard rubl çıxarılır. Rusların 1 trilyon rubldan çox pul saxladığı ölkənin yeddi ən böyük kredit təşkilatından beşində nağd pul axını müşahidə olunub.
Məlumata görə, ilin əvvəlindən bəri Rusiya bank sistemindən nağd şəkildə ümumilikdə 2,4 trilyon rubl pul çıxarılıb. Avqustun birinci yarısında isə daha 300 milyard rubla yaxın vəsait çıxarılıb.
Rusiyanın maliyyə sistemi ilə əlaqəsi olan keçmiş məmur "Washington Post" qəzetinə verdiyi açıqlamada bildirib ki, bu, banklar üçün sürpriz olub: "Onlar bunu gözləmirdilər, onlar bu "nağd pulu" harasa yatırırdılar və indi insanlar ayda yarım trilyon dollar çıxarmağa başlayıblar".
Tahir TAĞIYEV