Ruslar uzun müddətdir ki, mülki infrastruktura daha böyük ziyan vurmaq üçün müxtəlif növ ballistik raketlər, qanadlı raketlər və dronları birləşdirərək kütləvi hücuma hazırlaşırdılar. Kiyevdə və ətraf bölgədə, eləcə də Odessa və Çerniqov bölgələrində dağıntılar baş verib. Bu barədə Ukrayna Prezidenti Zelenski açıqlama verib.
"Bu Rusiya hücumu Kiyevdə 12 nəfərin, regionda isə bir nəfərin ölümünə səbəb olub. Daha 40-a yaxın insan yaralanıb. Dronlar Odessa bölgəsindəki Moldova ilə sərhəddəki keçid məntəqəsinə və Çerniqov bölgəsindəki qaz infrastrukturuna hücum edib" – deyə o bildirib.
Zelenski qeyd edib ki, Ukraynada kifayət qədər anti-ballistik raket olmadığı müddətcə Rusiya sülhü ciddi şəkildə düşünməyəcək. “Müdafiəni təmin etmək üçün əlimizdən gələni edirik və FREYJA proqramı üzərində iş gündəlik olaraq davam edir. Raketlərə hər gün ehtiyac var. Hər əlavə raket xalqımızın həyatını xilas edir”, - deyə o qeyd edib.
Tahir TAĞIYEV