Yerasxdan (Arazdəyən) Naxçıvan (Azərbaycan) sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər olan infrastrukturun tikintisi və bərpası tamamilə xarici özəl və ya dövlət vəsaitlərindən deyil, Ermənistanın dövlət büdcəsindən maliyyələşdiriləcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə açıqlayıb.
Paşinyan Ermənistan tərəfinin bu bu öhdəlikləri qəbul etməsinin digər layihə iştirakçılarından imtina edilməsi və ya kənarlaşdırılması demək olduğu iddialarını isə təkzib edib. O, bunun Rusiya tərəfinin iştirakdan imtina etməsi və ya kənarlaşdırıldığı anlamına gəlmədiyini də deyib. Eyni zamanda, hökumət başçısı vurğulayıb ki, istənilən halda respublika daxilində konkret infrastruktur hissələrinin tikintisi və həyata keçirilməsi tamamilə Ermənistanın dövlət büdcəsindən maliyyələşdiriləcək.
Tahir TAĞIYEV