Bazar günü günü, 22 noyabr 2026
     

Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

Image


Elşad Həsənov: “Bu reallığı qəbul etmək istəməyən və Azərbaycanın həyata keçirdiyi mühüm işləri həzm edə bilməyən Rusiya bizə qarşı çamur atmağa çalışır”

Rusiyanın Azərbaycana münasibəti son dövrlərdə daha da kəskinləşib. Azərbaycan diasporunun rəhbərlərini həbs edirlər, deportasiyaya məruz qoyurlar, vətəndaşlarımıza aqressiv davranırlar. Rusiya televiziyalarında, radiolarında, YouTube kanallarında jurnalistlər, dövlət məmurları, hətta nəqliyyat nazirinin müşaviri belə, antiazərbaycan kampaniyasına qoşulub və Azərbaycana qarşı belə aqressiv addımlar atırlar. Dövlət başçısını təhqir kəskin tənqid edirlər və sair.

Son 6 ildə baş verənlərin sırasında Azərbaycanın TRIPP sazişini imzalaması da var ki, Rusiya bunu da həzm edə bilmir. Çünki Zəngəzur dəhlizindən əli çıxır. Azərbaycanın Vətən mü­haribəsindən sonra Cənubi Qafqazda Ermənistanın timsalında işğal faktoruna son qoyması, bu bölgədə sülh və əmin-amanlıq üçün yeganə ən böyük təhlükəni ortadan qaldırılması, Qarabağ problemini həll etməsi, Qarabağ probleminin həll olunması ilə Rusiyanın hərbi cəhətdən Rusiyanın bu bölgədə mövqenin zəifləməsi, Qarabağdan çıxıb getməsi, Ermənistan “Dağlıq Qarabağ” kimi iddiaların ağır yükündən azad olması, nəticədə bu bölgədə Rusiyanın müttəfiqliyindən imtina edərək Qərbə doğru daha fəal şəkildə istiqamət götürməsi kimi məsələlərin səbəbini Rusiya tərəf Azərbaycanda görür. Azərbaycanı müqəssir bilirlər ki, əgər Azərbaycan bütün bunları etməsəydi Rusiya bu bölgədə yenə də mövcudluğunu davam etdirirdi.

Belə demək olarmı ki, son 6 ildə gedən proseslərin və ortada olan nəticələrin Rusiya qisasını Azərbaycandan alır? Yəni demək olarmı ki, Rusiya bütün bunlarla Azərbaycandan artıq daha kəskin və aqressiv formada qisas almağa başlayır?

Siyasi ekspert Elşad Həsənov baki-xeber.com-a bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda Rusiyaya münasibət dəyişdi. “Buna səbəb Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi oldu.

Həmin dövrdə də Azərbaycanın apardığı doğru-düzgün siyasət nəticəsində biz Rusiyanın o zamankı “sülhməramlı qüvvələri”nin fəaliyyətini müharibə dövründə gördük, onlar Ermənistanına yardım edirlər, silah daşıyırdılar. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində Rusiyanın “sülhməramlı qüvvələrini” müqavilədə göstərilən müddətdən əvvəl çıxarmağa müvəfəq olduq və ondan sonra da Ermənistanla münasibətlər normallaşmağa başladı. Yəni, sülh müqaviləsinin mətnini Azərbaycan hazırlayıb ortaya qoydu və bu da bütün beynəlxalq aləmdə müsbət qarşılandı. Nəhayət keçən ilin avqust ayının 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin və ABŞ prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton bəyənilməsi qəbul olundu. TRIPP marşrutu haqqında da qərar verildi. Yəni Zəngəzur dəhlizinin açılması barədə nəticə əldə olundu. Bütün bunlar təbii ki, Rusiyanın imicinə, apardığı siyasətə ağır zərbə idi. Çünki 2020-ci ildə müharibə bitəndən sonra Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli bəyannamənin 9-cu maddəsinə əsasən Zəngəzur dəhlizinə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzərət etməli idi. Sonra ermənilər bundan imtina etdi. Nəhayət, Amerikada TRIPP marşrut təsdiqləndi. Bəli, Rusiyanın TRIPP-Zəngəzur dəhlizindən əlləri çıxdı, Cənubi Qafqazlar mövqeləri əsaslı surətdə zəiflədi. Bir daha deyirəm ki, buna səbəb də Azərbaycandan apardığı uzaqgörən bir siyasət oldu.

2022-ci ilin 22 fevralında Rusiya və Azərbaycan arasında “müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Bu bəyənnamənin şərtlərinə uyğun Azərbaycan həmişə Rusiya ilə münasibətləri normal saxlayıb, xoş qonşuluq münasibətlərini qoruyub. Ancaq Rusiya tərəfi 2024-cü ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya samasında vurulması və buna görə kompensasiya ödənilməsi və təyyarəmizi vuranların cəzalandırılması illər çəkdi. Nəhayət Azərbaycanın beynəlxalq səviyyədə təzyiqləri nəticəsində onlar kompensasiyanı ödəyib bitirdilər.

Həmin dövrdən də Azərbaycanın təpki göstərməsinə görə ölkəmizə qarşı aqressiv münasibət sərgiləməyə, Azərbaycan diaspor fəallarını orada cəzalandırmağa başladılar. Yekaternburqda azərbaycanlılara qarşı hücum etdilər və onlardan bir neçə nəfəri öldürdülər. Bu da haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazıq doğurdu. Yəni Rusiyada rus şovnizmi baş qaldırdı. Bu, təkcə bizə qarşı deyil, ruslar öz qardaşları olan ukraynalılara qarşı illərdir ki, müharibə aparırlar.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya təcavüz etdi. Bir sıra bölgələri işğala məruz qoydu. Ancaq baxın, 4 il yarımdan artıqdır müharibə gedir və ordusuna və ərazisinə görə dünyanın ikinci ən böyük ölkəsi sayılırdı. Təsəvvür edin ki, Rusiya hələ də Dombası tam işğal edə bilməyib.

İndiki Rusiya rəhbərliyinin apardığı amansız və təcavüzkar siyasət dünyada ikrah hissi doğrur.

1990-cı ilin 20 Yanvar hadisəsini ruslar törətdi. Aprelin 9-da Gürcistana hücum etdilər, orada hərbi lapatka ilə gürciləri öldürdülər. Litva hadisələri, qətliamı, sonra da Dombasdakı hadisələr və sair rusların törətdiyi əməllərdir ki, bunlar da keçmiş sovet ölkələr arasında ikrah hissi doğurur. Yəni, Rusiya apardığı siyasətlə özlərinə hörməti yox, nifrət qazanırlar. Məhz buna görə də dünya Rusiyaya “izqoy ölkə”, yəni eybəcər bir insan kimi artıq rusları Avropaya bıraxmırlar.

Yəni bunlar özləri üçün belə bir imic qazanıblar. Artıq onlar başa düşür ki, Rusiya apardığı siyasət nəticəsində dünyadan geri qalıb. Hətta rus ziyalılarının çoxu bildirir ki, artıq Rusiya Avropa və digər ölkələrinin yox, Afrika ölkələrinin yanında qalıb.

Bu gün Rusiyada təhsilə qoyulan pul Afrika ölkələri ilə bərabərdir.

Halbuki, günə 1 milyard dollardan artıq pul müharibə xərclənir. Etiraf etmək lazımdır, Rusiya çox böyük ölkədir, çox varlı ölkədir, çox böyük təbii imkanları var. Təəssüf ki, onun rəhbərlərinin apardığı təzavüzkar siyasət nəticəsində bu gün ruslar ölkələrdən qaçırırlar”.

E.Həsənov qeyd etdi ki, bu gün Rusiyada ruslar dilənçi vəziyyətində yaşayırlar, Rusiyanın yalnız Moskva, Sankt-Peterburq və bəzi iri şəhərlərində həyat var. “Amma digər kiçik şəhərlərində həyat ölü vəziyyətindədir. “Rusiya “alqaqoliklər”in, ölüm sayında görə dünyada birinci yerdədir, həyat səviyyəsinə görə axıncı yerlərdən birini tutur. Yəni Rusiya bu gün əlində olan imkanlardan istifadə edib xalqın, dövlətin sosial vəzətinin yaxşılaşılmaq əvvəzinə təcavüzkər siyasət aparır və müharibəyə əsassız pullar xərcləyir. Bütün bunlar rusların hazırkı dövrdə apardığı siyasətin nəticəsidir. Bu gün artıq Rusiyanın özündə də ziyalılar buna ciddi etiraz edirlər. Ancaq təsəvvür edin ki, orada da söz demək mümkün deyil. Ona görə onların çoxlu xaricə qaçıblar, oradan çıxış edirlər. Rusiyanın, Putinin bu siyasətini tənqid edirlər.

Azərbaycana qarşı onların apardığı bu siyasət Azərbaycanın beynəlxalq hüquq çərçivəsində apardığı mübarizənin nəticəsidir və Azərbaycan hər şey real olaraq adlandırır, bildirir, Rusiyanın təcavüzkar siyasətini pisliyir. Ukraynanın özünü müdafiə etməsini, ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardım göstərir. Bütün bunlar da Rusiyanı qıcıqlandırır. Eyni zamanda Şuşada keçirilən V Media Formda Azərbaycan Prezidenti bildirdi ki, biz Sovet hökmətinin işğalına məruz qalmışıq. Azərbaycan neftinin bütün gəliri ruslara, mərkəzə gedib. Azərbaycan rus işğalından azad olandan sonra müstəqillik dövründə təkcə Azərbaycanın paytaxtı Bakı yox, bütün rayon və şəhərlərimiz inkişaf edib.

Şəhərlərimizin sifəti dəyişib. Gözəl-gözəl binalarımız, sosial obyektlərimiz var, infratruktur yenilənib, yenidən qurulub. İşğaldan azad olunan torpalarımızda quruculuq-bərpa işləri aparırıq, Qarabağı və digər ərazilərimizi cənnət məkanı çevirdik. Bütün bunlar təbii ki, rusların xoşuna gəlmir. Həm də Azərbaycanın aparlıq siyasət əsasında ermənilərlə münasibətlər normallaşır. Hesab edirəm ki, yaxın zamanlarda da Ermənistanda referendum olacaq, konstitusiyalarına dəyişiklik edəcəklər, münasibətlər

normallaşacaq, sülh müqaviləsi imzalanacaq. Bütün bunlar da Rusiyanın Cənubi Qafqazdan ayağını kəsir. Ermənistan da bizim apardığımız düzgün siyasəti qəbul edir və onlar da Rusiyadan canlarını qutarmaq üçün bütün vasitələrə əl atır.

Bu mənada da elə Canubi Qafqazı Avropa da, Amerika da dəstəkləyir və lazım olan yardımı edir.

Ona görə hesab edirəm ki, Rusiyanın apardığı bu təbliğat yenə də onların öz nüfuzuna mənfi təsir göstərəcək. Azərbaycan isə tutduğu doğru-düzün yoldan çəkinməyəcək. Hesab edirəm ki, onların apardığı bu siyasət, Azərbaycana qarşı bəslədikləri aqressiv münasibət yenə də Rusiyanın özünə ziyan vuracaq”.

E.Həsənov qeyd etdi ki, Azərbaycan hər çətinliklərdən çıxaraq bu gün dünya səviyyəsində tanınan, Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir və bu gün biz Rusiyanın qarşısında əyiləsi dövlət deyilik. Ona görə də bütün bunları Rusiya həzm edə bilmir. Onların ən böyük proyektləri əllərindən çıxır. Əvvəllər Rusiya Ermənistanla Azərbaycan arasında “Dağlıq Qarabağ” məsələsini çözürdü və hər iki ölkəni təhsil altına saxlayırdı. Ancaq bütün bunlar Azərbaycan tərəfindən həll olundu. Ona görə də bu reallığı qəbul etmək istəməyən və Azərbaycanın həyata keçirdiyi mühüm işləri həzm edə bilməyən Rusiya bizə qarşı çamur atmağa çalışır. Ancaq təbii ki, bütün o çamurlar onların öz üzərində gedir”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ