İran Səudiyyə Ərəbistanının Yəməndə Tehranın dəstəklədiyi husiləri cilovlaya bilməyəcəyi və husi milislərinin krallığa qarşı hücumlarını artıracağı barədə xəbərdarlıq edib.
Yerli medianın məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi döyüş meydanında irəliləyiş əldə etdiklərini və getdikcə daha dağıdıcı silahlar istehsal etdiklərini bildirib: "Yeni bir müharibə başlasa, silahlarımız mütləq keçmişdəkilərdən fərqli olacaq; bu fərq özünü döyüş başlıqlarının yaradılmasında, dəqiqlikdə, raket mənzilində və ya hər hansı digər sahədə göstərə bilər”.
Sözçü Mohebi, Husilərlə bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq da edib: "Səudiyyə Ərəbistanının Yəmən və Ənsarullahı nəzarət altında saxlaması və ya onların hücumlarından təhlükəsiz qalması qətiyyən mümkün olmayacaq. Son günlərdə gördüyümüz kimi, Səudiyyə Ərəbistanı nə qədər çox hücum edərsə, qarşılığında bir o qədər çox zərbə alır".
Tahir TAĞIYEV