Bazar günü günü, 22 noyabr 2026
     

ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

Image


Akif Nəsirli: “Azərbaycanın tranzit ölkə kimi siyahıda yer alması isə özlüyündə onun qanunsuz fəaliyyət göstərdiyini sübut etmir”

ABŞ Çini 2018-ci ildə Donald Tramp tərəfindən tətbiq edilən tariflərdən yayınmaq üçün milyardlarla dollar dəyərində malları digər ölkələrdən keçirməkdə ittiham edib. Ağ Evin hesabatına görə, bu təcrübədən illik itkilərin 26 milyard dollara çatdığı təxmin edilir.

Qeyd olunur ki, 40-dan çox ölkə Çinin gömrük rüsumlarından yayındığı “qlobal kölgə yük daşıma şəbəkəsində" iştirak edir.

Bu siyahıya “dəmir yolu və quru tranziti, konsolidasiya və quru-dəniz əlaqələrini təmin edən” Azərbaycan və Gürcüstanın da daxil olduğu vurğulanır.

Hesabat Çin prezidenti Si Cinpinin sentyabr ayında ABŞ-a gözlənilən səfərindən əvvəl dərc edilib.

ABŞ-ın bu istiqamətdə Azərbaycana qarşı əsassız ittihamlarına şərh verən Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, burada ilk növbədə məsələyə emosional yanaşmadan, ABŞ-ın hesabatında Azərbaycanın adının çəkilməsinin nə demək olduğunu düzgün ayırmaq lazımdır. “Azərbaycanı Çinin ABŞ tariflərindən yayınmasına şüurlu şəkildə yardım edən ölkə kimi təqdim etmək ilə Azərbaycanın Çin mallarının daşındığı tranzit marşrutlardan biri kimi göstərilməsi eyni şey deyil. Sizin gətirdiyiniz mətnin özündə də söhbət “dəmir yolu və quru tranziti, konsolidasiya və quru-dəniz əlaqələrini təmin edən” ölkələrdən gedir. Bu isə Azərbaycanın daha çox logistika və tranzit infrastrukturu ilə əlaqələndirildiyini göstərir.

ABŞ-ın narahatlığının əsas səbəbi 2018-ci ildən başlayan və sonrakı illərdə daha da genişlənən ABŞ–Çin ticarət qarşıdurmasıdır. Vaşinqton Çin məhsullarına yüksək tariflər tətbiq etdikdən sonra əsas problem yarandı: Çin istehsalı olan malların birbaşa Çindən ABŞ-a göndərilməsi əvəzinə üçüncü ölkələr üzərindən keçirilməsi və mənşəyinin dəyişdirilməsi yolu ilə tariflərdən yayınmaq imkanları artdı. Əgər məhsul həqiqətən Çində istehsal olunubsa, lakin sənədlərdə başqa ölkədən gələn məhsul kimi göstərilirsə, ABŞ bunu tariflərdən yayınma və gömrük nəzarətinin pozulması kimi qiymətləndirir.

Azərbaycanın bu kontekstdə adının çəkilməsi ilk növbədə onun coğrafi mövqeyi ilə bağlıdır”.

A.Nəsirli vurğuladı ki, Azərbaycan Çinlə Avropa arasında formalaşan Orta Dəhlizin əsas iştirakçılarından biridir. “Çin məhsullarının Mərkəzi Asiyadan Xəzər dənizinə, oradan Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınması üçün Azərbaycan ərazisində ciddi nəqliyyat infrastrukturu formalaşıb. Bakı Limanı, dəmir yolları və digər logistika imkanları ölkəni regional tranzit mərkəzinə çevirir. Deməli, ABŞ üçün məsələ Azərbaycanın özünün Çin mallarını istehsal etməsi və ya ABŞ-a ixrac etməsi deyil, həmin malların hansı marşrutla hərəkət etməsidir.

Burada daha bir mühüm məqam var. ABŞ-ın belə hesabatlarda konkret ölkələrin adını çəkməsi avtomatik olaraq həmin dövlətləri qanunsuz fəaliyyət göstərməkdə ittiham etdiyi anlamına gəlmir. Tranzit ölkəsinin ərazisindən bir malın keçməsi ilə həmin ölkənin onun mənşəyini qəsdən dəyişdirməsi arasında ciddi hüquqi fərq var. Əgər Azərbaycandan keçən Çin məhsulu gömrük sənədlərində düzgün göstərilir, məhsulun mənşəyi gizlədilmir və heç bir saxta “Azərbaycan mənşəli” sənədi verilmirsə, o zaman burada söhbət normal beynəlxalq tranzit fəaliyyətindən gedlr.

Buna görə “ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı döyür” yanaşmasını da bir qədər dəqiqləşdirmək lazımdır. ABŞ üçün Çin əsas strateji və iqtisadi rəqibdir və Vaşinqton Pekinə qarşı mübarizədə yalnız birbaşa Çin şirkətlərinə və məhsullarına deyil, tariflərdən yayınmada istifadə oluna biləcək üçüncü ölkələrə də diqqət yetirir. Azərbaycan isə bu qarşıdurmada əsas hədəf deyil. Daha doğrusu, Azərbaycan Çinlə Avropa arasında artan ticarət və tranzit əlaqələrinin yaratdığı yeni geoiqtisadi sistemin bir hissəsinə çevrildiyi üçün ABŞ-ın diqqətinə düşür”.

A.Nəsirlinin sözlərinə görə, digər tərəfdən, burada Azərbaycanın öz maraqları da nəzərə alınmalıdır. Bakı üçün Orta Dəhlizin əsas üstünlüyü məhz tranzit yük axınlarının artmasıdır. “Çinlə Avropa arasında ticarət nə qədər çoxalarsa, Azərbaycan ərazisindən keçən yükün həcmi də bir o qədər arta bilər. Buna görə Azərbaycanın hər hansı böyük iqtisadi gücün — istər Çinin, istər Avropa İttifaqının, istərsə də ABŞ-ın — geosiyasi qarşıdurmasında öz tranzit potensialını itirməsi arzuolunan deyil.

Amma bununla yanaşı, Azərbaycan üçün risk də mövcuddur. Əgər beynəlxalq tərəfdaşlarda Azərbaycanın ərazisindən istifadə etməklə gömrük rüsumlarından yayınma, malların mənşəyinin dəyişdirilməsi və ya sanksiyaların pozulması ilə bağlı şübhələr yaranarsa, bu, Azərbaycanın logistika sektorunun reputasiyasına zərər vura bilər. Ona görə Bakı üçün ən düzgün siyasət tranzit fəaliyyətinin maksimum şəffaflığını təmin etmək, gömrük prosedurlarını sərtləşdirmək və Azərbaycan ərazisindən keçən yüklərin mənşəyinin və təyinatının dəqiq müəyyənləşdirilməsinə nail olmaqdır.

Məsələnin başqa bir tərəfi də ABŞ–Azərbaycan münasibətlərinin ümumi fonudur. Son dövrdə Vaşinqtonla Bakı arasında bir sıra məsələlər üzrə fikir ayrılıqları müşahidə olunduğu üçün ABŞ-ın hesabatlarında Azərbaycanın adının çəkilməsi Azərbaycanda təbii olaraq siyasi həssaslıq yaradır. Lakin konkret olaraq bu hesabatdan Azərbaycanın ABŞ tərəfindən “Çinə qarşı mübarizədə cəzalandırıldığı” nəticəsini çıxarmaq üçün əlavə sübut lazımdır. Daha real izah budur ki, Vaşinqton Çin mallarının ABŞ tariflərindən yayınaraq üçüncü ölkələr vasitəsilə bazara daxil olması problemini araşdırarkən Azərbaycanın yerləşdiyi tranzit marşrutlarını da nəzarət dairəsinə daxil edir.

Əslində bu, Azərbaycanın geosiyasi çəkisinin artmasının müəyyən paradoksudur. Ölkə nə qədər böyük tranzit və logistika mərkəzinə çevrilirsə, bir o qədər çox böyük güclərin diqqətini cəlb edir. Orta Dəhliz Azərbaycanın iqtisadi imkanlarını artırdığı kimi, onu ABŞ–Çin rəqabətinin yaratdığı geoiqtisadi təzyiqlərə də daha həssas edir.

Ona görə məsələni “ABŞ Azərbaycana əsassız şəkildə hücum edir” formasında deyil, “Azərbaycan ABŞ–Çin iqtisadi qarşıdurmasının yaratdığı yeni tranzit və gömrük risklərinin içərisinə düşür” formasında qiymətləndirmək daha dəqiq olar. Əgər Vaşinqtonun konkret olaraq Azərbaycanın dövlət qurumlarını və ya şirkətlərini tariflərdən yayınma sxemində iştirak etməkdə ittiham edən sübutları varsa, həmin sübutlar ayrıca araşdırılmalıdır. Sadəcə Azərbaycanın tranzit ölkə kimi siyahıda yer alması isə özlüyündə onun qanunsuz fəaliyyət göstərdiyini sübut etmir”-deyə A.Nəsirli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ