Bakıda “Ahıska türkləri: itirilmiş sürgünün izi ilə” adlı sərgi təşkil olunacaq.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb. Sərgi avqustun 21-də Milli Azərbaycan Tarixi Muzeyində baş tutacaq.
Sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səalhiyyətli səfiri Birol Akgün və Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanovun da iştirakı nəzərdə tutulur.
Ahıska türklərinin sürgün tarixi, onların yaşadığı faciələr və keçdiyi tarixi yolun əks olunacağı sərgi avqustun 28-dək davam edəcək.
SAMİRƏ