ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını "yeni ABŞ ərazisi" kimi təsvir edən xəritə paylaşması Tehran və Vaşinqton arasında sosial mediada gərginlik yaradıb. Hörmüzün İrana məxsus olduğunu vurğulayan İran hökuməti Trampın paylaşımına Kaliforniya vasitəsilə cavab verib.
İranın Hindistandakı konsulluğu ABŞ-ın ən böyük ştatlarından biri olan Kaliforniyanı "İranın yeni ərazisi" elan edib.
Böhrana Trampın diplomatik kanalları bağlaması və Hörmüz boğazını hədəf alan xəritəni paylaşması səbəb olub. Tramp Oman vasitəsilə aparılan vasitəçilik səylərini və diplomatik əlaqələri rədd edərək, Tehranla "davam edən və ya planlaşdırılan heç bir danışıqların olmadığını" bildirib.
Danışıqlar masasının dağılmasından sonra Tramp sosial media hesabında Hörmüz boğazını və ətrafını əhatə edən strateji su yolunu "Amerikanın yeni ‘razisi" kimi təsvir edən xəritə paylaşıb.
Trampın xəritə və Omanla bağlı açıqlamalarına dərhal reaksiya verən İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi X platforması vasitəsilə verdiyi açıqlamada Trampın iddialarını "uydurma" adlandırıb.
Tahir TAĞIYEV