Ukraynalı deputat Nikita Poturayev Kiyevdə tez-tez baş verən hava hücumları səbəbindən Ali Radanın daha təhlükəsiz yerə köçürülə biləcəyini bildirib.
“İki hava hücumu olduğu üçün yalnız bir qanunu səsverməyə çıxardıq. Aydındır ki, Ali Rada bu cür fəaliyyət göstərə bilməz. Düşünürəm ki, vəziyyət yalnız daha da pisləşəcək”, - deyə Poturayev yerli mediaya bildirib.
O, həmçinin qeyd edib ki, Kiyevdə parlamentin işinin başqa yerə köçürülə biləcəyi "daha təhlükəsiz yerlər" var.
Tahir TAĞIYEV