Bazar ertəsi günü, 05 oktyabr 2026
     

İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

Image


Züriyə Qarayeva: "Hazırda bölgədə hərbi qarşıdurmadan çox, qarşılıqlı iqtisadi boğma mərhələsi müşahidə olunur"

İranın ABŞ-la qarşıdurmada mövqeyini sərtləşdirməsi fonunda Hörmüz boğazı artıq yalnız nəqliyyat marşrutu deyil, Vaşinqton və Tehran arasında siyasi-iqtisadi mübarizənin əsas rıçaqlarından birinə çevrilib. Tehran ABŞ-ın blokadanı aradan qaldırmasını və dondurulmuş İran aktivlərinin açılmasını tələb edir və bu şərtlər yerinə yetirilmədən Hörmüzün tam açılmayacağı mesajını verir. Beləliklə, İran boğaz üzərindəki strateji mövqeyindən Vaşinqtona təzyiq vasitəsi kimi istifadə edir.

ABŞ isə tamamilə fərqli xətt seçir. Donald Trampın administrasiyanın yüksək vəzifəli şəxslərinə İranla danışıqları dayandırmağı tapşırdığı bildirilir. CNN-in məlumatına görə, Vaşinqton strategiyasını dərhal hərbi zərbə endirməkdən daha uzunmüddətli iqtisadi və siyasi təzyiq göstərərək İranı “boğmağa” yönəldib. Trampın vitse-prezident Ceyms Vens, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu danışıqlar qrupuna Tehranla əlaqə saxlamaqdan çəkinmək göstərişi verdiyi bildirilir. Bu qərarın İranla bir sıra müsbət müzakirələrdən sonra qəbul edilməsi isə Vaşinqtonun Tehranı güzəştlərə məcbur etmək niyyətinin gücləndiyini göstərir.

Trampın İranın onun tələblərinə təslim olmaq istəməməsindən narazı olduğu, eyni zamanda Tehranın Hörmüz boğazından keçən nəqliyyatın tənzimlənməsi ilə bağlı Omanla əldə etməyə çalışdığı razılaşmanın konturlarından narahatlıq keçirdiyi bildirilir. Bunun fonunda ABŞ-ın İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşması qarşıdurmanın diplomatik kanallardan iqtisadi təzyiq mərhələsinə keçdiyini göstərir.

Hörmüzdə vəziyyətin gərginləşməsi artıq enerji bazarına da təsir edir. Reuters-in məlumatına görə, avqustun 19-da boğazdan cəmi altı əmtəə gəmisinin keçməsi nəqliyyat axınının ciddi şəkildə zəiflədiyini göstərir. Bu vəziyyət davam edərsə, neft və digər enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı risklər daha da arta bilər. Nəticədə neft qiymətlərində yeni sıçrayış ehtimalı yüksəlir. Brent neftinin avqustun 19-da üç həftənin maksimumuna qalxması da bazarın geosiyasi risklərə reaksiyasını göstərir.

Azərbaycan üçün vəziyyət ikili xarakter daşıyır. Bir tərəfdən, Hörmüzdə gərginliyin neft qiymətlərini yüksəltməsi “Azeri Light”ın bahalaşmasına, ölkənin neft ixracından əldə etdiyi valyuta gəlirlərinin və Dövlət Neft Fondunun gəlirlərinin artmasına şərait yarada bilər. Digər tərəfdən isə, regionda hərbi və siyasi eskalasiyanın dərinləşməsi Azərbaycanın təhlükəsizliyi, ticarət və nəqliyyat marşrutları üçün əlavə risklər yaradır. Yəni Azərbaycan yüksək neft qiymətindən iqtisadi baxımdan faydalana bilər, amma bunun səbəbi olan geosiyasi böhran ölkə üçün arzuolunan vəziyyət deyil.

Əslində, İranın Hörmüz siyasətinin əsas məqsədi də məhz bu ikili təsirdən istifadə etməkdir. Tehran anlayır ki, boğazda yaranan problem yalnız İranın deyil, bütün qlobal enerji bazarının problemidir. Buna görə də Hörmüzü Vaşinqtona qarşı siyasi və iqtisadi “kart” kimi istifadə edir: sanksiyaların yumşaldılması, blokadanın aradan qaldırılması və İranın dondurulmuş aktivlərinin açılması müqabilində gəmiçilik təhlükəsizliyi və boğazın normal fəaliyyətinin bərpası gündəmə gətirilir.

Vaşinqton isə əksinə, əvvəlcə İranı güzəştlərə məcbur etməyə çalışır. Danışıqların dayandırılması, yeni sanksiyalar və iqtisadi təzyiq xəttinin gücləndirilməsi göstərir ki, ABŞ hələlik Tehranla qarşılıqlı kompromisdən çox təzyiq mexanizmlərinə üstünlük verir.

Beləliklə, bölgədə əsas mübarizə artıq yalnız hərbi qarşıdurma üzərində qurulmur. Burada iqtisadi blokada, enerji bazarı, neft qiymətləri, dondurulmuş aktivlər və Hörmüz boğazı bir-birinə bağlı vahid təzyiq mexanizminə çevrilib. Əgər tərəflər qarşılıqlı güzəştə getməsə, böhranın uzanması neft qiymətlərində yeni artımlara və qlobal enerji bazarında daha ciddi təlatümlərə səbəb ola bilər. Əsas sual isə bundan sonra İranın Hörmüz kartını nə qədər sərt oynayacağı və Tramp administrasiyasının iqtisadi təzyiqi hansı həddə qədər artırmağa hazır olmasıdır.

ABŞ-ın İranla danışıqları dayandırması, yeni sanksiyalara hazırlaşması və eyni zamanda Hörmüz boğazının açılması ilə bağlı Tehranla fikir ayrılıqlarının dərinləşməsi fonunda bölgədə hansı proseslər gedir və qarşıdakı mərhələdə hərbi eskalasiya, iqtisadi təzyiq, yoxsa yeni diplomatik razılaşma ssenarisi daha real görünür?

Politoloq Züriyə Qarayeva “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Yaxın Şərqdə, xüsusilə İran və ABŞ arasında yaranmış gərginliyin hazırkı mərhələsində tərəflər birbaşa genişmiqyaslı müharibədən daha çox, iqtisadi və siyasi təzyiq vasitələrindən istifadə etməyə üstünlük verir. Onun sözlərinə görə, bu vəziyyəti “qarşılıqlı iqtisadi boğma” mərhələsi kimi xarakterizə etmək mümkündür.

Politoloq qeyd edib ki, İran Hörmüz boğazı üzərindəki strateji mövqeyindən istifadə etməklə ABŞ və Qərbə ciddi təzyiq göstərmək imkanına malikdir. Hörmüz boğazı dünya enerji bazarı üçün həyati əhəmiyyət daşıdığından, burada gəmiçiliyin məhdudlaşdırılması və ya təhlükəsizlik risklərinin artması qlobal neft və qaz bazarlarında qiymət artımına səbəb ola bilər. Tehran məhz bu amili danışıqlarda öz mövqeyini gücləndirən əsas rıçaqlardan biri kimi nəzərdən keçirir.

Züriyə Qarayeva hesab edir ki, İranın əsas məqsədlərindən biri ona tətbiq edilən iqtisadi təzyiqi azaltmaq, sanksiyaların yumşaldılmasına nail olmaq, dondurulmuş aktivlərə çıxışı bərpa etmək və ölkənin maliyyə-iqtisadi manevr imkanlarını genişləndirməkdir. Tehran, bununla yanaşı, enerji ixracının və xarici ticarətin qarşısındakı məhdudiyyətlərin aradan qaldırılmasında da maraqlıdır.

Politoloqun fikrincə, ABŞ-ın yanaşması isə bundan fərqlənir. Onun sözlərinə görə, Vaşinqton İranın strateji resurslarından və regional imkanlarından maksimum istifadə etməsinə imkan verməmək, əksinə, sanksiyalar və siyasi təzyiq vasitəsilə Tehranı güzəştə məcbur etmək xətti yürüdür. Bu baxımdan, tərəflərin hazırda bir-birinin iqtisadi və siyasi dözümlülüyünü sınadığı mərhələdən keçdiyini demək olar.

Ekspert vurğulayıb ki, neft daşımalarının azalması və dünya bazarında enerji qiymətlərinin yüksəlməsi qısa müddətdə İran üçün müəyyən üstünlük yarada bilər. Çünki yüksək neft qiymətləri enerji bazarında İranın yaratdığı riskin miqyasını göstərir, ABŞ və digər Qərb dövlətləri üçün əlavə iqtisadi xərc formalaşdırır. Lakin bu alətin uzun müddət davam etdirilməsi İranın özü üçün də ciddi risklər yaradır. Gəmiçiliyin və enerji ixracının məhdudlaşması, sanksiyaların dərinləşməsi və maliyyə kanallarının daralması İran iqtisadiyyatına əlavə təzyiq göstərə bilər.

Onun sözlərinə görə, bu səbəbdən Tehran üçün də böhranın sonsuzadək davam etməsi arzuolunan deyil. İran bir tərəfdən strateji mövqeyindən istifadə edərək qarşı tərəfə təzyiq göstərməyə, digər tərəfdən isə iqtisadi itkiləri minimuma endirmək üçün diplomatik kanalları açıq saxlamağa çalışacaq.

Politoloq hesab edir ki, Körfəz ölkələri də prosesin genişmiqyaslı müharibəyə çevrilməsində maraqlı deyillər. Çünki Hörmüz boğazında uzunmüddətli qarşıdurma yalnız İran və ABŞ-a deyil, bütün regionun enerji infrastrukturu, gəmiçilik və investisiya mühiti üçün ciddi təhlükə yarada bilər. Bu baxımdan Oman və Qətər kimi vasitəçi ölkələrin diplomatik kanalların qorunmasında və tərəflər arasında dolayı təmasların davam etdirilməsində mühüm rol oynaya biləcəyi istisna edilmir.

Züriyə Qarayeva bildirib ki, qarşıdakı mərhələdə ən real ssenari genişmiqyaslı hərbi əməliyyatlardan daha çox, iqtisadi təzyiqin və məhdud diplomatik təmasların paralel davam etməsidir. Tərəflərin birbaşa siyasi razılaşmaya hazır olmaması fonunda dolayı danışıqlar vasitəsilə müəyyən məsələlər üzrə mərhələli anlaşmaların əldə olunması daha real görünür.

Siyasi şərhçının fikrincə, burada əsas risk yanlış hesablamadır. Gəmilərə müdaxilə, hərbi obyektlərə məhdud zərbələr və ya tərəflərdən birinin digərinin addımını daha geniş hücum kimi qiymətləndirməsi lokal qarşıdurmanı sürətlə böyüdə bilər. Bu isə, xüsusilə Hörmüz boğazı kimi strateji əhəmiyyətli məkanda qlobal enerji bazarlarına dərhal təsir göstərə bilər.

Politoloq hesab edir ki, ABŞ üçün də Hörmüz boğazında uzunmüddətli hərbi qarşıdurma arzuolunan ssenari deyil. Çünki belə vəziyyət Vaşinqtonu regionda daha böyük hərbi resurs saxlamağa, müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə və qlobal enerji bazarında yaranan şokun nəticələri ilə mübarizə aparmağa məcbur edə bilər. Bu isə qarşıdurmanın siyasi və iqtisadi qiymətini əhəmiyyətli dərəcədə artırar.

Bu baxımdan, Züriyə Qarayeva yaxın perspektivdə tərəflər arasında tammiqyaslı siyasi barışıqdan daha çox, konkret məsələlər üzrə məhdud və praqmatik anlaşmanın mümkün olduğunu düşünür. Belə bir razılaşma Hörmüz boğazında gəmiçiliyin qismən normallaşdırılması, müəyyən sanksiyaların müvəqqəti yumşaldılması, maliyyə və humanitar kanalların açılması kimi qarşılıqlı addımları əhatə edə bilər.

“Ən real perspektiv nə tam müharibə, nə də böyük barışıqdır. Tərəflərin bir-birini sınağa çəkdiyi gərgin təzyiq mərhələsindən sonra məhdud və praqmatik anlaşmanın əldə olunması daha real görünür. Əsas məsələ tərəflərin qarşılıqlı təzyiqi nəzarətdən çıxaracaq həddə çatdırmamasıdır. Çünki Hörmüzdə baş verə biləcək hər hansı ciddi eskalasiya artıq yalnız İran və ABŞ arasında problem olmayacaq, qlobal enerji və təhlükəsizlik sisteminə təsir göstərəcək”, – deyə politoloq bildirib.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ