Türkiyə Prezident Aparatı İsrailin Suriyanın şimalındakı hava bazasına zərbə endirməsindən sonra Təl-Əvivin qurmağa çalışdığı "tələyə düşməyəcək".
AFP-nin xəbərinə görə, bunu Türkiyə PA-nın kommunikasiya şöbəsinin direktoru Burhanəddin Duran bildirib.
"Biz Benyamin Netanyahu kimi bölgəmizdə sülhü və sabitliyi pozmağa çalışan şəxslərin tələsinə düşməmək üçün kifayət qədər təcrübəliyə malikik", - o deyib.
Bir müddət əvvəl İsrail Türkiyə hərbi nümayəndə heyətinin bu yaxınlarda zərbə endirilən hava bazasına baş çəkdiyini bildirmişdi. Ankara belə bir səfəri təkzib edir. Lakin Suriya xarici işlər naziri Əsəd əl-Şeybani bir gün əvvəl Türkiyə hərbi heyətinin bu yaxınlarda hava bazasına baş çəkdiyini təsdiqləyib. Onun sözlərinə görə, ora türk hərbi heyətinin yerləşdirilməsi planlaşdırılmır.
SAMİRƏ