Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan yük təyyarələrinin İsrailə və geriyə uçuşları yenidən Ermənistanın canına qorxu saldı

Image


Azərbaycanın İsraildən silah alması məsələsi Ermənistanda yenidən əsas müzakirə predmetlərində birinə çevrilib. Bu xüsusda “Azatutyun” radiosu bildirir ki, Azərbaycan təyyarələrinin İsrailin “Ovda” hava limanına reyslərinin sayı yenidən artıb.

İsrail mənbələrinə görə, “Ovda” həmin ölkədə silahların ixracı və idxalına icazəsi olan yeganə aerodromdur. Bildirilir ki, təkcə avqustun 15-dən sentyabrın 5-dək Azərbaycanın “Silk Way” aviaşirkəti İsrailin bu aerodromuna yük təyyarələri ilə artıq 5 reys həyata keçirib: 15, 29 avqust, 1, 2 sentyabr və sentyabrın 5-də daha bir reys. Üstəlik, sentyabrın 1-də “Silk Way” təyyarəsi “Ovda”dan birbaşa Azərbaycanın Gəncə şəhərinin hava limanına qayıdıb, sentyabrın 2-də isə Gəncədən İsrailə uçaraq yenidən Azərbaycanın bu hava limanına qayıdıb. Diqqətə çatdırılır ki, bu il İsrailin “Haaretz” qəzeti Azərbaycandan “Ovda” aviabazasına və geriyə onlarla yük reysi ilə bağlı araşdırma aparıb. "Haaretz” qəzeti yazıb ki, hələ 2020-ci ildə Ermənistan-Azərbaycan hərbi toqquşmaları zamanı Bakıdan “Ovda”ya uçuşların sayı kəskin artıb. Nəşr açıq mənbələrə əsaslanaraq yazır ki, təkcə son 7 ildə, yəni 2016-cı ildən başlayaraq Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus yük təyyarələri 92 dəfə İsrailin “Ovda” aerodromuna enib. Eyni zamanda, İsrailin “Haaretz” qəzetinin  yazdığına görə, 2016-cı ilin dördgünlük müharibəsi zamanı Bakıdan Ovda aerodromuna 6, 2020-ci ilin 44 günlük müharibəsi zamanı isə yalnız sentyabr-noyabr aylarında 20 uçuş həyata keçirilib. 2021-ci ilin iyul-noyabr aylarında baş verən hərbi toqquşmalar zamanı 13, 2022-ci ilin avqust-sentyabr aylarında baş verən hərbi toqquşmalar zamanı 7 uçuş həyata keçirilib. “Haaretz” vurğulayır ki, İsrail strateji tərəfdaşı Azərbaycana milyardlarla dollar dəyərində silah satır: ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, kamikadze dronları, bunun müqabilində Bakıdan neft alır. İndi “Azatutyun” qeyd edir ki, son günlər Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginlik fonunda Bakı yenidən İsrailin “Ovda” aerodromuna uçuşları aktivləşdirib: “Bu cür aktivlik Azərbaycanın hərbi əməliyyatları bərpa edə biləcəyindən xəbər verirmi? Ermənistan parlamentinin müxalifətçi üzvü Tiqran Abramyanın sözlərinə görə, Azərbaycan gizlətmir ki, bu müddət ərzində nəinki İsraildən, həm də Türkiyədən irimiqyaslı hərbi təchizat alıb. Lakin bu, Abramyanın fikrincə, gərginliyin yeganə komponenti deyil. Azərbaycanda səfərbərliklə bağlı məlumatlar var. Bundan başqa, Bakı Rusiya tərəfinin dəstəyi ilə Qarabağda təhlükəli hərəkətlərin baş verdiyini beynəlxalq ictimaiyyətə fəal şəkildə göstərməyə çalışır. Ermənistana gəlincə, Ermənistan-Hindistan hərbi əməkdaşlığı revanşizmin təzahürü kimi təqdim olunur. Tiqran Abramyan qeyd edir ki, döyüş əməliyyatlarının bərpası riskləri artıb: “Son vaxtlar Azərbaycanın aktivliyi, çoxsaylı amillərə görə ümumi risklər artıb”. Onun fikrincə, bu vəziyyətdə mümkün müharibənin qarşısını almaq üçün hərbi-siyasi və hərbi diplomatiyanın bütün vasitələrindən istifadə etmək, xüsusilə tərəfdaş ölkələr və müttəfiqlərlə fəal işləmək lazımdır: “Məsələn, gərginlik günlərində Ermənistan hökuməti Rusiya Federasiyası ilə münasibətləri daha da pisləşdirir. Rusiya bu regionun əsas aktorlarından biridir və belə bir vəziyyətdə həqiqətən də Rusiya ilə işləmək lazımdır. Kimin məyus olmasından, kimin nə problemi olmasından asılı olmayaraq, Rusiyanın bu regionda mövcudluğu baxımından rolunu nəzərə almamaq mümkün deyil. Bu birincidir. İkincisi, ABŞ və Avropa İttifaqı kifayət qədər fəaldır. Avropa İttifaqı ilə yanaşı, Fransa da ayrıdır. Təbii ki,  Azərbaycanın nəyə hazırlaşdığını, nə gətirəcəyini ilk növbədə bu əsas oyunçulara faktlarla nümayiş etdirmək üçün hər fürsətdən istifadə edilməlidir. Çalışmalıyıq ki, ümumi maraqları tarazlaşdıraq və bu vəziyyətin yumşaldılmasına nail olaq. Mümkün müharibənin və ya mümkün eskalasiyanın miqyası azalsa belə, bu, özlüyündə vəziyyətin müəyyən həlli olacaq”. Tiqran Abramyan deyir ki, təbii olaraq, başa düşmək lazımdır ki, hər şeyin qarşısını almaq olmur, ona görə də Ermənistan mümkün yeni hərbi hərəkətlərə hazır olmalıdır. Bəs Azərbaycanın İsrailə uçuşlarının tezliyinin artırılması ilə bağlı Ermənistan hökuməti səviyyəsində hansı işlər görülür, Ermənistan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı İsrail tərəfdaşları ilə əlaqə saxlayırmı? Ermənistan Xarici İşlər Nazirliyinə sualı yazılı şəkildə göndərməsi xahiş olunub. Ermənistan və İsrail hələ 1992-ci ildə diplomatik əlaqələr qursalar da, İrəvan cəmi üç il əvvəl, 2020-ci ilin avqustunda Təl-Əvivdə səfirlik açıb”.

Beləliklə, qeyd edilənlər göstərir ki, Azərbaycan və İsrail arasında intensivləşən hərbi əlaqələr yenə Ermənistanda ciddi arahatlıq yaradıb. Bu arada qeyd edək ki, İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ölkəmizdə səfərdədir. O, ikitərəfli və regional məsələlər ətrafında Azərbaycan rəsmiləri ilə fikir mübadiləsi aparıb. Şübhəsiz ki, hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə predmeti olub. Ötən ilin oktyabrında isə İsrail dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycanda rəsmi səfərdə olub. Həmin vaxt Benyamin Qans ölkələr arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. İki ölkə arasında müdafiə əlaqələri yeni deyil, Azərbaycan illər boyu İsrail istehsalı olan silah sistemləri üçün etibarlı müştəridir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmaları göstərir ki, 2011-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 27 faizi İsrailin payına düşüb. 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi İsrailin payına düşüb ki, bu da həmin dövr üçün İsrailin silah ixracının 17 faizini təşkil edir.  Keçən il İsrailin “Meteor Aerospace” müdafiə şirkəti Azərbaycanda “Caspian Ship Building Company” ilə əməkdaşlıq edərək, xüsusi olaraq yerli müdafiə müqavilələrini yerinə yetirmək üçün “Caspian Meteor” adlı yeni yerli birgə müəssisə yaradıb. Bundan başqa, Azərbaycan israilin yardımı ilə hərbi təyinatlı çoxsaylı məhsullarln istehsalını həyata keçirir. Eyni zamanda ölkəmiz İsraildən müxtəlif növ silahların da alışını davam etdirir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ