Bazar ertəsi günü, 09 noyabr 2026
     

Güney Azərbaycan etirazların episentrinə çevrildi - Urmiyə gölü diqqət mərkəzində...

Image


Son günlərdə İranda diqqət cəlb edən hadisələrdən biri də Urmiyə gölü ilə bağlı artan etirazlardır. Hətta fikirlər səslənir ki, bu müstəvidə etirazlar İranı çalxalayan növbəti aksiyaya çevrilə bilər. Ötən ilin sentyabrında Məhsa Əmini olayından sonra başlayan hicab aksiyasından fərqli olaraq, budəfəki etirazların əsas ünvanı Cənubi Azərbaycan ola bilər. Bu hal İran rejimini xeyli əndişələndirir.

Hələlik isə Urmiyə gölü ilə bağlı çoxsaylı etirazlar qeydə alınır. Belə ki, Urmiyədə keçirilən kişilər üzrə 2023 Asiya voleybol çempionatı çərçivəsində İran və Honq-Konq komandaları arasında oynanan matç zamanı tamaşaçılar Urmiyə gölü ilə bağlı şüarlar səsləndirib. Sosial şəbəkələr və bəzi internet portallarında yayılan xəbər və videogörüntülərə əsasən, Urmiyə stadionunda keçirilən matçı izləməyə gələn çox sayda tamaşaçı “Gəlin gedək ağlayaq, Urmu gölünü dolduraq!”, “Türk qardaşım, dur səs ver, Urmu gölünə nəfəs ver!”, “Azərbaycan var olsun, istəməyən kor olsun” və “Azərbaycan qızları, göylərin ulduzları” kimi şüarlar səsləndirib. Bundan əvvəl Təbriz stadionunda da Təbrizin “Traktor” komandası və Tehranın “Perspolis” komandası arasında keçirilən oyun zamanı azarkeşlər bənzər şüarlar səsləndirmişdilər. Keçən iki həftə ərzində Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində qadın fəallar, tələbələr, alpinistlər, idmançılar, velosipedçilər, eləcə də futbol və voleybol azarkeşlərindən ibarət olan qruplar müxtəlif şəkillərdə Urmiyə gölünün kritik vəziyyətini gündəmə gətiriblər. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə fərqli bölgələrdə qadınların əllərində Urmiyə gölü ilə bağlı plakat nümayiş etdirərək tək-nəfərlik aksiya keçirdikləri görünür. Sosial mediada görüntüləri paylaşılan tək-nəfərlik aksiya keçirən qadınlardan biri əlində nümayiş etdirdiyi plakatda yazıb ki, “Bəndləri açın, 15 milyon insanın həyatı təhlükədə! Urmiyə gölünün həyatı, Azərbaycanın həyatı!”. Ərdəbil vilayətinin Xiyav şəhərindən olan bir qrup gənc idmançı isə Babək qalasında şüarlar səsləndirib. Sosial şəbəkələrdə paylaşılan bir videogörüntüdə gənc idmançıların “Urmu gölü xəstədir, o, axır nəfəsdədir!”  şüarını səsləndirdikləri eşidilir. Zəncanda isə bir qrup tələbə İran dövlətinin Urmiyə gölü siyasətinə etiraz bildirmək üçün bir araya gəlib.

Ölkədə azad media və ictimai fəaliyyətlər üçün demokratik şərait olmadığından dolayı siyasi və ictimai fəallar sosial media platformalarının, demək olar ki, hamısının qadağan olmasına rəğmən fəaliyyət göstərməsi ilə yanaşı, köhnə üsullarla, o cümlədən vərəqələr paylamaq və divarlara şüarlar yazmaq kimi fəaliyyətlərlə xalqla əlaqə saxlamağa cəhd edirlər. Mill fəallar Təbriz şəhərinin müxtəlif yerlərində Urmiyə gölünün kritik vəziyyətinə etiraz əlaməti olaraq plakatlar asıb. Həmin plakatlarda ingilis dilində “Urmiyə gölünü xilas edin” şüarından əlavə “Azadlıq, ədalət, milli hökumət” və “Azərbaycanın ətraf mühitinin qəsdən öldürülməsi Azərbaycan xalqının qəsdən öldürülməsi ilə eynidir” şüarlarının da qeyd olunduğu müşahidə edilir. Ərdəbildə “Azərbaycanın azadlığı yaxındır”, “Xəzərdən Simnana su gəldi, ancaq Urmu gölü qurudu” şüarları divarlara yazılıb, eləcə də vərəqələr paylanıb. Urmiyədə milli fəallar gölün qəsdən qurudulduğu, bunun isə Güney Azərbaycanda yaşayan insanları köçə məcbur etmək məqsədilə həyata keçirildiyi barədə yazı dərc olunmuş plakatı bu şəhərin Güllər Bağı parkında quraşdırıblar. Cənubi Azərbaycanın müxtəlif bölgələrində Urmiyə gölü üçün maarifləndirmə və etiraz kampaniyalarının genişlənməsi ilə birlikdə İranın təhlükəsizlik qüvvələri mədəni və siyasi fəallara basqıları artırıb. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrin bildirdiyinə görə, kəşfiyyat idarəsi keçən günlərdə müxtəlif şəhərlərdə türk fəallara telefon edərək onları təhlükəsizlik şöbələrinə çağırmağa davam edib. Bu fəallardan Təbrizdə kəşfiyyat idarəsinin informasiya qərargahına müraciət etmələri tələb olunub. Buna rəğmən, son vaxtlar Urmiyə gölündə su həcminin tarixindəki ən aşağı həddə çatmasına dair xəbərlərin yayılmasının ardınca göl üçün təşkil olunmağa başlayan kampaniyalar günü-gündən genişlənir. Güney  Azərbaycanın bir çox bölgəsində əhali illərdir Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. Ekspertlər gölün sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirir. Hələ prezident Həsən Ruhani dönəmində fəaliyyət göstərən Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri bir neçə il öncə Aral gölünün quruması ilə meydana gələn dəri və tənəffüs yolu xəstəlikləri, bəzi digər ölümcül xəstəliklərin Urmiyə gölü ətrafında da müşahidə edildiyini bildirib. Mahmud Əhmədinejad, Həsən Ruhani və İbrahim Rəisi administrasiyaları həmişə gölün qurumasını iqlim dəyişikliyi və yağıntıların azalması kimi təbii amillərlə əlaqələndirib, lakin bir çox ətraf mühit ekspertləri bu gölün qurumasına səbəb olan əsas amillərin insan faktorları və yanlış idarəçilik olduğu qənaətindədir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ