Bazar ertəsi günü, 09 noyabr 2026
     

Hansı Şərq ölkəsi Alban kilsə irsinin erməni əsarətindən xilasına dəstək verəcək?..

Image


Azərbaycanda alban kilsəsinin statusunun bərpası istiqamətində prosesin başlanması çox vacib məsələdir. Hesab edirik ki, 1836-cı ildən indiyə qədər erməni Qriqoryan kilsəsinin əsarətində olan alban kilsəsi xilas edilməlidir. 

Keçən sayımızda bu mövzu ətrafında Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili ilə söhbətimizdə icma sədri bildirdi ki, alban kilsəsinin statusunun bərpası üçün qədim Şərq kilsələrinin dəstəyi, xeyir-duası lazımdır. 

Hansı qədim Şərq kilsələrindən söhbət gedir, konkret nə nəzərdə tutulur? Alban kilsəsinin xilası üçün nə etmək lazımdır, o kilsələr nə kimi kömək edə bilər? 

Mövzu çox maraqlı olduğu üçün onu inkişaf etdirmək istədik. Müəyyən suallarla yenidən Robert Mobiliyə müraciət etdik.

R.Mobilinin açıqlamasına keçməzdən əvvəl qeyd edək ki, qədim Şərq kilsəsinə 

Aleksandriya kilsəsi, Yerusəlim kilsələri, Suryani kilsələr, Antixalkidon kilsələr və başqaları aiddir. Bu kilsələrin də birbaşa qədim alban kilsəsi ilə ciddi əlaqələri olub. Bu kilsələr alban kilsəsinə yaxın qədim Şərq kilsələridir.

Məlumatlara görə, bu, Qədim şərqi pravoslav kilsələr və ya Qədim pravoslav kilsələr — Şərqi xristianlığın qədim kilsələr qrupudur. Onlar Ekumenik Kilsə Məclislərinin sadəcə iki və ya üç ehkamını tanıyır, onları tətbiq edirlər. Antixalkidon kilsələrə isə  Qibti Pravoslav Kilsəsi, Süryani Pravoslav Kilsəsi, Efiopiya Pravoslav Kilsəsi, Eritreya Pravoslav Kilsəsi və Malankar Pravoslav Kilsəsi və hətta Erməni Qriqoryan kilsəsi daxildir. Çox təəssüf ki, dünyanın gözü qarşısında erməni kilsəsi özünü "Həvari kilsəsi" elan etdi, amma buna reaksiya verən olmadı. 

Qeyd edək ki, erməni Qriqoryan kilsəsindən fərqli olaraq, alban kilsəsinin rəhbəri tarixən Yerusəlimdə təsdiqlənib. 

  • "Zamanı yetişəndə alban kilsəsinin Yerusəlim kilsələrindən də dəstək alması mümkün olacaq" 

R.Mobili bizimlə söhbətində “Alban kilsəsi dünyada müstəqil kilsə kimi qəbul olunmuş kilsələr sırasında olub. Bunu heç kəs inkar edə bilməz, öz dövləti, öz ərazisi olub. Bu gün də Azərbaycan dövləti Qafqaz Albaniyasının varisidir. Bu birmənalı belədir. İkincisi, bunların öz patriarx, katolikos xətti var. Bizim 80-dən çox  rəsmi qəbul olunmuş patriarxlarımız olub.  Varfolemeydən, Yeliseydən, Abbasdan tutmuş Sergey Qanzasara qədər  patriarxımızın adlarını çəkmək olar. Alban kilsəsinin öz əlifbası, yazısı olub. Sergey Qanzasar Alban kilsəsinin sonuncu mitropoliti olub, sonradan onu zəiflədiblər. Rus çarının bədnam sərəncamının hesabına alban kilsəsini ləğv ediblər. Ərəblər bizim kilsəni zəiflətsələr də, mitropolit kimi səviyyəsini saxlamışdılar, kilsənin statusu qalmışdı. Ümumiyyətlə, Qafqazı işğal etməyə gələn imperiyaların heç biri kilsənin statusuna toxunmamışdı. Amma rus çarı belə etmədi, o, Qafqazı işğal etdi, bizim kilsəni də ləğv edib Eçmiədzinə tabe etdirdi. O, ermənilərin xeyrinə hərəkət etdi. Bunun nəticəsidir ki, alban kilsəsinin statusunun bərpası sahəsində belə çətinliklər var. Mən bunu nə ilə müqayisə edərdim? Lenin hakimiyyətə gələndə Nikolayın bütün nəslini qırdı ki, bir kimsə qalmasın, Rusiyada heç bir zaman monarxiya olmasın. Eyni hərəkəti çar Rusiyası da bizim kilsəyə qarşı edib. Sergey Qanzasar öldürüləndən sonra nə qədər keşiş də olsa xeyir-dua verən adam yox idi"-deyə bildirdi.

 R.Mobili qeyd etdi ki, alban kilsəsini yenidən bərpa etmək üçün patriarxın xeyir-duası olmalıdır. "Bu gün kilsəni dini tərəfdən bərpa etmək üçün çətinliklər var. O çətinliklər nədir? Bizdə, mən də daxil olmaqla, iki nəfər İlahiyyat akademiyasını bitirmişik, ilahiyyatçıyıq. Biz xeyir-dua almaq üçün hansısa böyük kilsənin patriarxının  qanadının altında olmalıyıq və ondan xeyir-duasını almalıyıq, bizi qəbul etməlidir. Bizim alban kilsəsi qədim Şərq kilsələri qrupuna aiddir. Bu ilk kilsələrdir. Yerusəlim, Efiopiya, Misirdə olan Kopt,  Suryani kilsəsi, o cümlədən də alban kilsəsi və başqa kilsələr qədim Şərq kilsələridir. Erməni kilsəsi də Şərq kilsələrinin içindədir. Söhbət nədən gedir? Biz bu gün alban kilsəsinin statusunu bərpa etmək üçün üzərimizə düşəni etmişik. Bu məsələ belə də asan deyil ki, dərhal həll olunsun, vaxt, zaman tələb edən prosesdir. Burada bəzən dini məsələlərdən çox siyasi amillər rol oynayır. Şübhəsiz ki, burada siyasi əlaqələrin olması, siyasi addımların atılması mütləqdir. Çünki burada dini məsələdən çox siyasi yanaşma tələb olunur. Əlbəttə, burada dövlətin iradəsi lazımdır. Dövlətin bu məsələdə lazımı addımlar atacağı şübhə doğurmur, amma hesab edirəm ki, zamana ehtiyac var.  Bu gün ermənilər məğlub olublar, torpaqlarımız işğaldan azad olunub, amma  gecə-gündüz təbliğat aparıb çalışırlar ki,  Qarabağdakı alban xristian irsinin sahibi kimi "qalsınlar". Bu da bizim gələcək nəsillərimiz üçün yenə böyük zərbədir, təhlükədir. Bizim kilsənin statusu bərpa olunarsa artıq biz də beynəlxaq kilsə konfederasiyasının üzvü olacağıq. 

Alban kilsəsinin statusunun bərpası üçün Suryani kilsəsinin,  Misirdəki Kopt kilsəsinin, eləcə də Efiopiya kilsəsinin, yaxud başqa aidiyyəti kilsələrin rəhbərlərinə  müraciət etmək olar, amma əvvəlcə gərək bunun üçün münbit şərait yetişsin. Təbii, burada müəyyən siyasi reallıqlar var ki, bunu gözləmək lazımdır. Kilsə məsələsində də bəzi hallarda siyasi məqamlar əsas götürülür. Buna görə də vaxt tələb olunur. Alban kilsəsini Azərbaycanda bərpa etmək üçün heç nəyə ehtiyac yoxdur, irsimiz var, kilsəmiz var, icmamıza var. Bu gün alban kilsəsinə gələnlərin də sayı az deyil. Amma biz hələ ki icma kimiyik. İcma olmasaydı kilsəni də bərpa edə bilməzdik. Konstantinopol kilsəsinin İcması 3000 mindən azdır, amma görün onun nə böyük gücü var"-deyə R. Mobili qeyd etdi. 

"Qeyd edildiyi kimi, erməni kilsəsi də qədim Şərq kilsələri qrupuna aiddir. Onlar alban kilsəsinin statusunun bərpası məsələsində  gələcəkdə bizə mane ola bilərmi?" - deyə soruşduqda R. Mobili bildirdi ki, onlar indidən bu çirkin işləri görür. "Ermənilər indidən bizə mane olurlar. O kilsələrdən məlumat alırıq ki, ermənilər bizim barəmizdə onlara daim yalan məlumat ötürürlər ki, alban kilsəsi bizim daxilimizdə olub, onlara müstəqillik vermək olmaz və s. Ermənilər mane olurlar bizə. Bu baxımdan deyirəm ki, ortada siyasi iradə olmalıdır. Biz seçim etmək istəyirik ki, hansı qədim Şərq kilsəsinin qanadının altında olaq ki, kilsəmizin statusunu bərpa edək. Suryani kilsəsi, Antixalkidon kilsələr var. Zamanı yetişəndə alban kilsəsinin Yerusəlim kilsələrindən də dəstək alması mümkün olacaq. Onlar ilk kilsələrdir, müstəqil kilsədir, özü də ən qədim kilsədir, ana kilsədir. Ermənilər özləri etiraf edir ki, İsrailin paytaxtı Yerusəlimdə alban kilsələri var. Bant kilsəsi təmiz alban kilsəsidir.  Bu gün  İsrailin paytaxtında 7 alban kilsəsi var. Bunlar Azərbaycanın irsidir, alban kilsəsidir. Bu gün Azərbaycan və İsrail arasında münasibətlər çox yüksək səviyyədədir. Bizim orada səfirliyimiz açıldı. Hesab edirəm ki, gələcəkdə bu yöndə də addımlar atılacaq"-deyə R.Mobili qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ