Bazar ertəsi günü, 09 noyabr 2026
     

Mirziyoyevin Füzuliyə məktəb hədiyyəsi əfsanəvi Mirzə Uluqbəyi bir daha yada saldı...

Image


Məlum olduğu kimi, qardaş Özbəkistan dövlətinin, Özbəkistan prezidentinin şəxsi təşəbbüsü ilə Füzulidə hədiyyə olaraq tikdirdiyi orta məktəb Mirzə Uluqbəyin adını daşıyır. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib ki, avqustun 23-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəbin açılışında iştirak edəcəklər: “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk. Artıq onu da demək lazımdır ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən mayda Füzuliyə səfərim zamanı tikinti işləri ilə tanış oldum və Özbəkistanın bizə bağışladığı həmin qardaş hədiyyəsinin miqyasını əyani şəkildə gördüm”.

Məktəbin özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıdığını vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu, təkcə təhsil ocağı deyil, həm də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. O, həmçinin əlavə edib ki, dörd gün əvvəl keçmiş köçkünlər olan Füzuli şəhərinin ilk sakinləri öz doğma yurdlarına qayıdıblar və artıq yaxın vaxtlarda, bir aydan da az bir müddətdə uşaqlar Özbəkistandan olan qardaşlarımızın hədiyyə etdikləri məktəbdə oxumağa başlayacaqlar.

Özbəkistanın Füzulidə tikdiyi məktəbə adı verilən Mirzə Uluqbəy kimdir?  Uluqbəyin təhsillə, elmlə bağlılığı nədir?

Tarixdə adı Muhamməd Torağay, Uluqbəy,  Məhəmməd Tarağay Uluqbəy kimi qeyd edilən Mirzə Uluqbəy riyyaziyyatçı, astronom, böyük alim, hökmdar və Teymurilər sülaləsindən olan dövlət adamı olub. 

Onun adını bütovlükdə Sultan Əlaüddövlə Uluqbəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Cənubi Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar. Hökmdar nəslindən olan gənc qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar. Lakin yaşıdlarından dərin zəkası, məntiqi, iti hafizəsilə seçildiyinə görə elmə və sənətə daha çox meyl edir. Yeniyetməliyindən şeirlər yazır, Qurani-Kərimi əzbərdən bilən hafiz kimi tanınır.

Tarixi qaynaqlar Uluqbəyin babası Əmir Teymurla bir görüşü haqqında yazır ki, Əmir Teymur bir müddət dincəlmək üçün Gülüstan bağına gəlir. Əyanlara nəvələrini onun yanına gətirmələrini tapşırır. Nəvələrini onun yanına gətirirlər. Gecənin aydınlığında Əmir Teymur Turğay Mirzəyə deyir: -“Ürəyin nə istəyir, de verim!” Uşaq da yavaşca əlini yuxarı qaldırır. Göydə sayrışan ulduzu göstərir və deyir: - “Baba, onu istəyirəm!” Əmir Teymur uşağın cavabından tutulsa da balaca Turğay Mirzənin hafizəsinə, hazırcavablığına və məntiqli danışığına heyran qalır.

Gənc Turğay Mirzənin atası Sultan Şahruxun böyük oğlu və vəliəhdi kimi Mavareyi nəhri idarə etməklə yanaşı, elmə və sənətə bu qədər zaman ayıra bilməsi də heyrət doğurur.

Uluqbəyin açdığı mədrəsədə Əli Quşçu, Kaşi kimi böyük alimlər çalışır.

Tarixə Uluqbəy rəsədxanası kimi daxil olan bu elm müəssisəsinin əsasını qoyan Turğay Mirzə astronomiyadakı bir çox yanlışlıqları yeni riyazi hesablamalar vasitəsilə aradan qaldırır. O dövrdə dünyada heç bir alim öz müşahidə və hesablamalarının dəqiqliyində onunla müqayisə olunmamışdı. Beləcə özü də tarixə ən böyük riyyaziyyatçı və astronom kimi daxil olur. Tərtib etdiyi ulduz kataloqu, yəni planlı cədvəllər eklintika meylinin təyin edilməsinə və illik presessiya sahəsindəki araşdırmalara güclü təkan vermişdi.

Onun ciddi elmi nailiyyətləri də olub. Belə ki, ulduz cədvəli kitabı beş hissədən ibarətdir. O beş hissənin ikisi astrologiyaya – ulduzlara görə insan taleyindən, gələcəkdə baş verəcək təbii hadisələrə həsr edilib.

XVII yüzildə isə “Ulduz cədvəli” latıncaya, fransızcaya və ingiliscəyə çevrilərək Londonda, Parisdə, Florensiyada və Cenevrədə nəşr edilir. «Ulduz cədvəli» kitabı o qədər heyranedici olur ki, bir çox alim cədvəlin orijinallığına şübhə ilə yanaşır. Alimin apardığı müşahidə və hesablamaları mümkünsüz hesab edirlər. Zaman isə öz işini görür.

1908-ci ildə Rus alimi Vyatkin Uluqbəyin rəsədxanasının yerini müəyyənləşdirmək üçün Səmərqəndə gəlir. Burada arxivlərdə çalışır, qocalarla söhbətlər edir. Torpaq idarəsinin arxivində XVII yüzilliyə dair bir sənəd tapır. Sənəddə “təlli-rəsəd” adı ilə bir sahənin satılmasından bəhs edilir. Bu ifadə ona ipucu verir. Alim Qırxqız qəbiristanlığı yaxınlığındakı Kuhək təpəsindəki həmin sahədə arxeoloji qazıntı aparmağı qərara alır. Uğurlu və təkidli axtarış öz bəhrəsini verir. Rəsədxananın qalıqları tapılır.

Lakin qazıntını axıradək davam etdirə bilmir. Həmin yerdə qazıntı işləri birdə II Dünya Savaşı ərəfəsində davam etdirilir. 1941-ci ilin iyunun 22-də faşist Almaniyasının SSRİ-yə hücumu qazıntını dayandırır.

1948-ci ildə arxeloji qazıntı yenidən davam etdirilir və bu iş Uluqbəy rəsədxanasının bərpasına şərait yaradır. 38 il vəliəhd kimi ölkəni idarə edən, elmi, sənəti, ədəbiyyatı inkişaf etdirən, abadlıq işləri aparan Uluqbəy 1447-ci ildə atası Şahrux Sultan dünyasını dəyişdikdən sonra böyük bir imperiyanı təkbaşına idarə etməli olur.

Onun gördüyü işlərdən narazı qalan, hakimiyyət bölgüsündə aldığı payla razılaşmayan irticaçı saray məmurları Uluqbəyin oğlu Əbdüllətif Mirzəni atasına qarşı qiyama təhrik edirlər. Uluqbəy isə başı elmə, poeziyaya qarışdığından sarayda baş verənlərdən vaxtında xəbər tutub sərt tədbirlər görə bilmir... 

  • "Bu məktəbə Cənubi Azərbaycanda dünyaya gələn böyük alimin, mütəfəkkirin, Mirzə Uluqbəyin adının verilməsi çox müsbət haldır"

1449-cu ilin oktyabrın 22-də böyük alim və dövlət xadiminin ömrü faciəli şəkildə başa çatır.

Mirzə Uluqbəydən danışan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Mirzə Uluqbəy Azərbaycanda doğulub: "Füzulidə Özbəkistan prezidentinin şəxsi təşəbbüsü ilə tikilən məktəbə Mirzə Uluqbəyin adının verilməsi çox mühüm əhəmiyyət daşıyır. Çünki Mirzə Uluqbəy həm Teymurilər dövlətinin qurucusu Əmir Teymurun nəvəsidir, həm də görkəmli alim, riyaziyyatçı, astronomdur. Onun atası Şaxruh Əmir Teymurdan sonra hökmdar olub. Şahruhdan sonra Teymurilər dövlətinin başında bir müddət məhz Mirzə Uluqbəy dayanmışdı. XV əsrdə hökmdanlıq etmişdi, Mirzə Uluqbəy bəlkə dövlət başçısı kimi o qədər də böyük uğurlar əldə etməmişdi, ancaq astronomiya və riyaziyyat sahəsində çox dəyərli əsərləri vardır. Xüsusən də astronomiyada onun "Ulduz cədvəli" əsəri uzun müddət Avropada, Qərbdə məşhur olmuşdu. Onun XV əsrdə etdiyi bir çox kəşflər və Səmərqənddə yaratdığı rəsədxana çox məşhur bir rəsədxana idi. Yeri gəlmişkən, Uluqbəy Güney Azərbaycanın Zəncan ostanının Sultaniyyə şəhərində dünyaya gəlib. Bu o deməkdir ki, Mirzə Uluqbəy təkcə Özbəkistanla, Türküstanla deyil, həm də Azərbaycanla bağlıdır. Çünki o, Cənubi Azərbaycanda doğulub, böyüyüb boya-başa çatıb. Nəsirəddin Tusi XIII əsrdə Marağa rəsədxanasını tikmişdi, ondan sonrakı dönəmlərdə ən məşhur rəsədxanalardan biri də Mirzə Uluqbəyin rəsədxanası olub. Bir sözlə, bu məktəbə Cənubi Azərbaycanda dünyaya gələn böyük alimin, mütəfəkkirin, Mirzə Uluqbəyin adının verilməsi çox müsbət haldır". 

Mirzə Uluqbəyin məhz Azərbaycanın Cənubunda doğulması amili Azərbaycan və Özbəkistan arasında bağların, tarixi əlaqələrin daha da dərinliyinə sübutdur. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ