Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağda nə qədər erməni qaldı? - separatçılar yuvasında könüllü boşalma....

Image


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Avqustun 22-də məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayətçilər, tibb işçisi və xəstələrin də olduğu ümumilikdə 30-da yaxın şəxs olub. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib. Bu bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir. Elə bunlar fonunda diqqətçəkən məqam odur ki, ümumiyyətlə son günlərdə Qarabağdan Ermənistana ermənilərin axını intensivləşib. Bu, xüsusən də BMT Təhlükəsizlik Şurasındakı Qarabağla bağlı müzakirələrdən sonra özünü qabarıq göstərir. Həmin müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistan diplomatiyasının isə tam iflasa uğradığını göstərmiş oldu. BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirməsi erməni siyasətinin fiaskosu oldu. Belə ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları əsaslı dəlillərlə rədd edildi. Bu, Azərbaycan ərazisində yaşayan erməniəsilli əhali arasında, eyni zamanda, onları tətikləyən separatçı qüvvələrə qarşı ciddi siyasi faktdır. Ermənistanın da ölkəmizin ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanıması burada yaşayan azsaylı erməni əhalisinə mesaj verir ki, sizin reinteqrasiya olunmaqdan başqa çıxış yolunuz yoxdur. Əgər buna qarşısınızsa, o zaman Azərbaycan ərazisini tərk etməlisiniz. Elə bu proses də artıq başlayıb. Belə ki, iyunun 14-dən bəri ilk dəfə olaraq Rusiya sülhməramlılarının vasitəsilə Qarabağdan Ermənistana 41 nəfər keçirilib. Sərhəddən keçənlərin arasında Rusiya vətəndaşları da olub. “Azatutyun” radiosu yazır ki, Rusiya Federasiyasının vətəndaşları Qarabağdan Ermənistana keçmək imkanını çoxdan gözləyirdilər. Onların Qarabağa hansı məqsədlə gəldiyi deyilmir. Xəbərdə deyilir ki, Rusiya sülhməramlıları ilə əldə olunmuş razılaşmaya əsasən tələbələrin və Rusiya vətəndaşlarının Qarabağdan Ermənistana keçirilməsi yaxın vaxtlarda davam etdiriləcək. O da deyilir ki, hazırda yüzlərlə Ermənistan vətəndaşı təcili və planlı şəkildə Ermənistana qayıda bilməsini gözləyir.

Məlumatda bildirilir ki, azərbaycanlılar Rusiya sülhməramlılarının nəqliyyat vasitələrinin körpüdən keçməsinə icazə verməyib və adamlar sərhədin o tayına yüklərini daşımaqla piyada keçiblər. Sərhədin o tayında onları Gorusdan gəlmiş nəqliyyat vasitələri gözləyirdi. Bunlar fonunda Ermənistan və separatçılar israr edirlər ki, Laçın postu “qanunsuzdur”, belə ki, o, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında nəzərdə tutulmayıb. Azərbaycan dəfələrlə bəyan edib ki, onun Həkəri çayı üzərindəki dövlət sərhədində post qurması beynəlxalq hüquqa və Azərbaycan qanunlarına uyğundur. Elə BMT-nin Təhlükəsizlik Şurasında İrəvanın təşəbbüsü ilə Laçın yoluna həsr olunmuş təcili iclasında da məhz Azərbaycanın mövqeyi dəstəkləndi. İrəvanın gözləntilərinə rəğmən iclasda heç bir qətnamə qəbul edilməyib. Bundan başqa Avropa rəsmiləri, həmin iclasda iştirak edən səfirlərdən bəziləri Azərbaycanın təklif etdiyi Ağdam yolu variantını dəstəkləyiblər. Bu hal Qarabağdakı ermənilərə də təsir edir. Türkiyənin “Türkiye” qəzeti yazır ki, indiki halda Qarabağ erməniləri iki yerə bölünüb - barışıq tərəfdarı olanlar və aqressiv qrup: “İndi əsas mövzu Laçın yoludur və bura illərdir humanitar yardım üçün açıqdır. Ancaq bu yolla dərman və yeməkdən çox silah və siqaret daşınıb. Ağdam-Xankəndi yolu ilə humanitar yardımların daşınması barədə razılıq olsa da, bu yerinə yetirilmədi. Biz rayonda olarkən Xankəndidən Laçın yolu ilə onlarla erməninin rahatlıqla Ermənistana keçdiyinin şahidi olduq. Heç kim heç nə demir, rahatlıqla keçir, hətta çemodanlarını da aparırlar. Azərbaycanlılar deyir ki, “Bizə qarşı cinayət törətməsəydilər, əlləri qana batmasaydı, amnistiya tətbiq edərdik”. Ruben Vardanyan Qarabağla heç bir əlaqəsi olmayan oliqarxdır. Araik Arutyunyan “Gəncə və Bərdəyə hücum əmrini mən vermişəm” deyən terrorçudur. Amma qəribədir ki, onlar hələ də Qərb tərəfindən qorunur. Azərbaycanlılar külli miqdarda pul xərcləyib əla magistral yollar salıblar. Ağdamın çıxışında ermənilər (və ruslar) yola beton bloklar yığıb. Rusiya guya müşahidəçidir, lakin keçmiş qırğınların əksəriyyətində onun imzası var. Söhbət 366-cı alaydan gedir. Xalqının əmin-amanlığını, rifahını istəyən prezident İlham Əliyev müqavilələr imzalayır, gələcəyə baxır. Azərbaycanlılar deyirlər ki, Nyu-York olsun, Brüssel olsun, Moskva olsun, harada oldu, oturub danışaq. Cəmi 5 şərt var: Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaq. Gələcəkdə heç kim heç kimdən torpaq tələb etməyəcək. Qarşılıqlı səfirliklər açılacaq, diplomatiya başlayacaq. Nəqliyyat və rabitə təmin olunacaq, humanitar məsələlər üzrə birgə komissiya yaradılacaq. Qarabağ erməniləri isə iki qrupdur, bəziləri barışıq tərəfdarıdır, sıxışdırılır, təhqir olunur, hətta həbs edilir. Digər qrup isə kompüterin qarşısında çox aqressiv oturub yalan xəbərlər yayır. Qarabağ ermənilərinin heç bir hüququ əngəllənmir. Toy edib videolar çəkir, restoranlardan və əyləncə məkanlarından şəkillər paylaşırlar. Yanacaq yoxdur deyə ağlayır, sonra 45 avtobusla mitinqə gedirlər. Azərbaycan da onları qeydə alır və beynəlxalq məhkəmələrdə sübut kimi istifadə edir. Ola bilsin ki, iki tərəf danışıb razılığa gələ bilər, amma Rusiya, ABŞ, İran və Fransa ekstremistləri təhrik edir və inteqrasiyanın qarşısını alır. Ağdamdan Xankəndiyə gedən yol genişdir, üstəlik, magistral və dəmiryolu var. Zəngəzur yolu Naxçıvanı Azərbaycanla birləşdirəcəkdi, İran bunun qarşısını almaq üçün əlindən gələni etdi. Azərbaycanlılar sözügedən xəttin özlərinə düşən hissəsini tamamlayıblar, Ermənistan isə hələ barmağını belə qaldırmayıb. Onlar cəmi 42 km məsafə qət etməlidirlər. Hələ bünövrəsini belə qoymayıblar”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ