çərşənbə axşamı günü, 08 sentyabr 2026
     

BMT-də məğlubiyyət Ermənistanı silkələdi - Ağdam-Xankəndi yoluna baxış dəyişir

Image


BMT Təhlükəsizlik Şurasının iclasında növbəti şou yaratmaq cəhdi uğursuzluqla nəticələnən Ermənistanda ictimai-siyasi vəziyyət yenidən gərginləşir. Bu barədə danışmazdan öncə qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclasında Laçın-Xankəndi yolunun “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”la bağlı müzakirələrdə Ermənistan növbəti dəfə məğlub oldu və müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə başa çatdı. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkəmizə qarşı səsləndirdiyi həqiqətdən kənar, qərəzli fikirlər marionet ölkənin növbəti beynəlxalq fiaskosu ilə yadda qaldı. Mirzoyanın ölkəmizi “humanitar fəlakət” yaratmaq və bunun fonunda Xankəndidə guya ərzaq böhranına görə ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan ittihamları dünya ictimaiyyəti tərəfindən rədd olundu.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev əhatəli, faktlara əsaslanan çıxışı ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə etdi. Bu fonda dünya gördü ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların açıq olmasını xüsusi vurulaması İrəvan üçün şok effekti yaratdı. Ermənistanın, erməni diasporu və lobbisinin, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı. Çünki BMT-də iclas iştirakçıları sadəcə toplaşıb, söhbətləşib, dağılışıblar. Bu müzakirələri Ermənistanın fiaskosu, xarici işlər naziri Ararat Mirzoyanın və ümumilikdə Ermənistan diplomatiyasının məğlubiyyəti hesab etmək olar. Ermənistanla yanaşı, onun havadarları, xüsusən də Fransa bu müzakirələrdən istədiyini ala bilməyib. Qeyd edək ki, bu, Fransa ilə Ermənistanın artıq ikinci analoji iflasıdır. Ötən ilin dekabrında da məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılması cəhdi olmuşdu. Amma nəticə iflasla yekunlaşmışdı. Budəfəki müzakirələr zamanı da ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edib, Ağdam-Xankəndi yolundan istifadəni vacib sayıb. İndi bunlar fonunda Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması, hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə Ermənistanın müqavimət göstərməsi mənasızdır. Ermənistanın siyasi rəhbərliyi bütün uğursuzluqlardan çıxış yolu kimi Azərbaycanı ittiham etməyə çalışır, xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqla özünə bəraət qazanmaq istəyir. Bu amil bölgədə davamlı sülhün əldə olunması istiqamətində ciddi səylərin göstərildiyi bir vaxtda Ermənistanın atdığı destruktiv addımlarda da açıq şəkildə görünür.  Amma bunun faydası yoxdur. Erməni şərhçi Njde Hovsepyan bu xüsusda bildirir: “Dünyada hər bir dövlətin öz marağı, öz problemi, öz qayğısı var. Heç kim başqasının problemini həll etməyəcək, başqasının dərdi ilə yaşamayıb, yaşamayacaq. Ermənistan-Azərbaycan münaqişəsinin həlli iki ölkə arasında mövcud olan konyunktura, resurslar, imkanlar, alternativlər və imkanlara əsaslanaraq Ermənistan və Azərbaycandan asılıdır. Danışma, çağırış, nəsihət, sarkazm, narahatlıq, psixoloji dəstək, iradə, əyrilik, mərdlik, arzu, ədalət, haqq, milli proqram və bu kimi hallar dünyanın siyasi xəritəsində yoxdur”.

Beləliklə, BMT Təhlükəsizlik Şurasının iclasından heç bir nəticə ala bilməyən Ermənistan növbəti dəfə fiaskoya uğradı. İndi Ermənistanda radikal dairələr hesab edir ki, bütün bunların günahı Nikol Paşinyan iqtidarındadır. Onlar bununla bağlı olaraq aksiyalar təşkil etmək istəyirlər. Lakin hələlik cəmiyyətdən ciddi dəstək yoxdur. Erməni bloger Mikael Badalyan bu fonda qeyd edir ki, Azərbaycanın bütün platformalarda Ermənistandan aşkar üstünlük qurması artıq erməni revanşistlərdə böyük ümidsizlik yaradır. Digər erməni bloger İşxan Verdyan isə bildirir: “Uşaqlar, mən Azərbaycanda heç vaxt olmamışam və orada işlərin necə getdiyini də bilmirəm. Amma konkret olaraq Ermənistan-Azərbaycan məsələsində hesab edirəm ki, Azərbaycan doğru tərəfdədir. Bağışlayın ki, Ağdamı dağıdanlardan çox, Ağdamı tikənləri qiymətləndirirəm. Məndən soruşurlar ki, sən ermənisən, necə belə edə bilərsən? Bəli, mən erməniyəm, amma mən bunu bacarmaram. Azərbaycanlılarla ermənilər sülh və harmoniya içində yaşayacaqlar. Kim razı deyil, müzakirəyə hər zaman açığıq”. Digər ekspert Vigen Akopyan bildirib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi ilə bağlı iclası maraqlı şou idi və orada maraqlı tərəflər əvvəllər səsləndirdikləri mövqelərini təsdiqlədilər. Onun sözlərinə görə, BMT tribunası geosiyasi və regional mərkəzlərin öz fikirlərini ifadə etdiyi əlavə məkana çevrilib: “Bu müzakirə zamanı bir dənə də olsun gözlənilməz mövqe eşitmədim”. Vigen Akopyan diplomatik işdən danışmağı və Ermənistan tərəfini kifayət qədər iş görmədiyinə görə tənqid etməyi lazımsız hesab edir: ”Bəzi dövlətlər Xankəndi-Ağdam yolunun istismarından danışır, əslində isə onu Laçın dəhlizi ilə eyniləşdirirdilər”. Akopyanın sözlərinə görə, artıq beynəlxalq müstəvidə də məğlubiyyət baş verdi: “BMT Təhlükəsizlik Şurasının müzakirəsi erməni tərəfi üçün uğursuz olub”. Beləliklə, artıq ermənilər etiraf edirlər ki, əsas yol Xankəndi-Ağdam istiqamətində olacaq. Akopyan hesab edir ki, Ermənistan xarici işlər naziri Qarabağ ermənilərinin siyasi və hüquqi komponentini təqdim etmək əvəzinə, yalnız humanitar məsələlərdən danışıb: “Bu, təbii ki, təəccüblü deyil, çünki Ermənistan lideri Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyib”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

08.09.2026 / 08:03
Tramp Kanada, Meksika, Kuba və Qrenlandiyanı Amerika bayrağının rənglərinə boyadı.

08.09.2026 / 07:45
ABŞ COVİD-19-un yaranmasında mərkəzi rol oynayıb - İlon Mask

07.09.2026 / 22:28
Trampın elçisi Uitkoff 8-ci dəfə Putinin ayağına gəldi - sülh perspektivi hələ görünmür...

07.09.2026 / 22:10
Paşinyan demişdi sentyabrda başlayacağıq, daha 4 ay uzatdı...

07.09.2026 / 22:01
İran yenə “Tramp yolu”na ilişdi - ya erməni silahlı qüvvələri qorusun, ya da…

07.09.2026 / 21:54
Putin və Paşinyan Moskvada Ermənistanda referendum keçirilməsini müzakirə edəcəklər...

07.09.2026 / 21:46
İran qadınları ABŞ-ın toyda öldürdüyü şəxsləri qəribə geyimdə dəfn edir...

07.09.2026 / 21:40
Medvedyev Fon der Leyeni “başdanxarab ginekoloq” adlandırdı - almanlar onun yumor hissini bəyəndi…

07.09.2026 / 21:30
Zelenski Rusiyanın hava limanları ilə bağlı yeni strategiyanı işə saldı...

07.09.2026 / 21:17
Trampın sülh missiyası alınmır - ABŞ elçilərinin Moskvaya və Kiyevə səfəri yenə nəticə vermədi

07.09.2026 / 20:55
Kremlə bağlı “Sputnik Armenia” Azərbaycanla aranı yenə qarışdırmağa çalışır...

07.09.2026 / 20:40
Yaxın Şərq Pekin və Vaşinqton arasında - Çin regionu pulla ələ keçirir

07.09.2026 / 20:38
Xətai və Yasamalda motosiklet qaçıran və oğurluq edənlər saxlandı

07.09.2026 / 20:21
Ermənistanın düşmənçilik bitdi, qlobal media şirkərlərinin Azərbaycala düşmənçiliyi bitmir... Niyə?...

07.09.2026 / 20:06
Prokuror katolikosun məhkəməsindən qaçdı, Paşinyan baş keşişi mühakimə etməyə hakim tapa bilmir

07.09.2026 / 19:52
100 il əvvəl Bakını işğal etməyə gəlmiş ingilis əsgərlərinə niyə xatirə kompleksi olsun?!...

07.09.2026 / 19:29
Rusiya DİN-də “yanacaq əməliyyatı” – aralarında generalın da olduğu bir neçə yüksək vəzifəli şəxs həbs edildi…

07.09.2026 / 19:15
Rusiya Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun fəaliyyətini dayandırdı…

07.09.2026 / 18:48
Paşinyan yeni inqilaba hazırlaşır... Azərbaycana münasibət nəzərdə tutulur (?)

07.09.2026 / 18:43
İrəvandan Moskvaya növbəti zərbə - Ermənistan və Rusiya arasında viza rejimi tətbiq olunur

07.09.2026 / 18:42
Hindistan da Ermənistanda Rusiyanı sıxışdırır

07.09.2026 / 18:37
Kvotadan artıq benzin işlədənlər üçün qiymətlər qaldırılır

07.09.2026 / 18:12
Sabirabad seçiciləri deputat Əhliman Əmiraslanova təşəkkür etdilər - FOTO

07.09.2026 / 17:54
Vergiyə görə büdcə gəliri 10 faiz artdı, ancaq iqtisadiyyatımız böyümür... Qəribəlik...

07.09.2026 / 17:27
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb

07.09.2026 / 16:26
Azərbaycana qarşı kampaniyanın dəyişən ssenarisi

07.09.2026 / 16:10
"44" bədii filminin premyerasının vaxtı məlum oldu - FOTO

07.09.2026 / 15:57
8 min müsəlmanın qatilini bu qədər qəhrəmanlaşdırmaq? - Serb Vuçiç dünyanı heyrətləndirir...

07.09.2026 / 15:47
Tramp Britaniya ilə Argentinanı da müharibə vəziyyətinə gətirdi - "onlar İran müharibəsində məni müdafiə etmədi"...

07.09.2026 / 14:58
"QHT işi"nd' ittiham olunan Əhməd Məmmədzadə şərti iş aldı

07.09.2026 / 14:45
Peskov "Rusiyanın sülh təşəbbüsləri olubmu" sualından yayındı...

07.09.2026 / 13:58
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu

07.09.2026 / 13:57
Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun sədri vəzifəsindən azad edildi

07.09.2026 / 13:56
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edildi

07.09.2026 / 13:52
1700 Ukrayna əsgəri Xarkov bölgəsində rusların mühasirəsinə düşdü…

07.09.2026 / 13:37
İndoneziyanın müxtəlif yerlərində eyni vaxtda altı vulkan püskürdü...

07.09.2026 / 13:14
Putin Prezident İlham Əliyevə zəng etdi - ticarət, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə edildi...

07.09.2026 / 12:53
Litva və Latviyadan Rusiya iqtisadiyyatına ağır zərbə - Baltikdən taxıl tranziti dayandırılır...

07.09.2026 / 12:34
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1300 nəfəri keçdi...

07.09.2026 / 12:18
Tərtərdə 52 yaşlı kişi hər iki ayağından da güllələndi...

07.09.2026 / 11:56
Azərbaycan və İranın həyata keçirdiyi birgə layihələrin icra vəziyyəti müzakirə edildi

07.09.2026 / 11:37
Tramp bu gün Putin və Zelenski ilə telefonla danışacağı gözlənilir…

07.09.2026 / 11:15
İran yeni raketini ABŞ təyyarədaşıyan gəmisi üzərində sınaqdan keçirdi...

07.09.2026 / 11:02
DİN yeni tədris ili ilə bağlı valideyn və tələbələrə müraciət etdi

07.09.2026 / 10:46
İrandan Hörmüzdə güc balansını dəyişdirə biləcək addım - "boğaz yalnız bu halda açıq qala bilər"...

07.09.2026 / 10:29
Kartof və tərəvəz sahələrinə hər hektara 600 manat subsidiya veriləcək

07.09.2026 / 10:17
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir...

07.09.2026 / 10:05
Tramp Hörmüz boğazını ABŞ-ın yeni ərazisi elan etdi…

07.09.2026 / 09:47
Berlin və Avropa şokda - AfD rekord səslə qalib gəldi...

07.09.2026 / 09:32
Paşinyan Moskvaya gedir – Kreml açıqladı…

07.09.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmini vurdu…

07.09.2026 / 07:47
Yəhudilər İsraildəki “erməni ziyarətgahı”na tüpürmədən keçmir - polis də çarəsiz qaldı

06.09.2026 / 22:45
Overçuk Aİ-nin Ermənistana yardımını Rusiya bazarı ilə müqayisədə heç saydı - bizi əvəz edə bilmədilər...

06.09.2026 / 22:07
Netanyahu söz verdi - "İran rejimini devirəcəyik, sonu yaxındır"...

06.09.2026 / 21:35
Kuşner Putinlə danışıqların təfərrüatlarını açıqladı – üçtərəfli görüş keçirilə bilər…

06.09.2026 / 21:10
Kiyevdə Zelenski-Uitkoff-Kuşner danışıqlarına üç Aİ ölkəsi də qoşuldu – təfərrüatlar açıqlandı…

06.09.2026 / 20:28
ABŞ-ın İranla müharibəsi "əbədi müharibəyə" çevrilə bilər - Pentaqonun keçmiş rəhbərindən Trampa xəbərdarlıq...

06.09.2026 / 20:05
Kremldən III Dünya Müharibəsi xəbərdarlığı… Lavrov Berlinin addımlarını Nasist Almaniyası ilə müqayisə etdi - bizə müharibə elan edəcəklər…

06.09.2026 / 19:31
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib

06.09.2026 / 18:15
Sahibə Qafarovanın ABŞ-a səfəri başladı...

06.09.2026 / 17:22
Ruslar Trampın elçilərinin Kiyevə təyyarə ilə getməsinə imkan vermədilər…

06.09.2026 / 16:38
İran Hörmüz boğazına girməyə çalışan ABŞ pilotsuz qayığını vurdu…

06.09.2026 / 16:10
Trampın nümayəndələri ilk dəfə Kiyevdə…. Zelenski Uitkoff və Kuşnerlə görüşdü…

06.09.2026 / 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - FOTO

06.09.2026 / 14:12
Rusiya Ukraynadakı ÜST anbarlarını da bombalayır – ancaq təşkilat təcavüzkarın adını çəkməkdən yayınır…

06.09.2026 / 13:40
“Rusiya və Ukrayna iqtisadiyyatı məhv olacaq, müharibəni dayandırmalıyıq” - Zelenskinin müşaviri xəbərdarlıq etdi…

06.09.2026 / 12:14
Ukrayna Ryazanda neft emalı zavodunu vurdu…

06.09.2026 / 11:36
"Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb" - Prezident

06.09.2026 / 11:33
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb

06.09.2026 / 11:22
İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan gəmiləri vurmaqla hədələdi...

06.09.2026 / 11:04
Trampın elçilərinin Moskva danışıqlarının bəzi detalları açıqlandı...

06.09.2026 / 10:23
Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

06.09.2026 / 10:11
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı - YENİLƏNDİ

06.09.2026 / 09:36
İran ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisini vurdu…

06.09.2026 / 00:26
Kremldə üç saatdan çox davam edən Putin-Uitkoff-Kuşner danışıqları başa çatdı... - YENİLƏNDİ

05.09.2026 / 22:12
Everest buzlaqlarını əridən… alpinistlərin sidiyi imiş… İlginc…

05.09.2026 / 21:36
“Sputnik Armenia”dan Azərbaycanla aranı qatmaq üçün təxribatçı xəbər...

05.09.2026 / 20:34
Paşinyan Ermənistanın yenidən inqilaba ehtiyacı olduğunu deyir…

05.09.2026 / 20:11
Zelenskidən Putinin atəşkəs əmrinə reaksiya - üç gün Moskvaya hücum olmayacaq…

05.09.2026 / 19:48
Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarıldı

05.09.2026 / 19:32
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edildi

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ