Amerikalı sahibkar İlon Mask ABŞ-ın COVID-19 koronavirusunun yaranmasında mərkəzi rol oynadığını iddia edib. O, bu açıqlamanı sosial mediada Uhan Virusologiya İnstitutuna maliyyələşdirmə ilə bağlı bir yazıya şərh verərkən verib. "USAID-in maliyyələşdirilməsi COVID-19-un yaranmasında əsas rol oynayıb", Mask yazıb. Daha əvvəl başqa bir istifadəçi 2025-ci ilin iyul ayında fəaliyyətini dayandıran ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Çin institutuna 53 milyon dollar ayırdığını bildirib. 12 iyunda ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard bildirib ki, ABŞ hökuməti Ukraynada, eləcə də onlarla başqa ölkədə təhlükəli patogenləri olan biolaboratoriyaları dəstəkləyir. Buraya 30-dan çox ölkədə 120 biolaboratoriya daxildir.
SAMİRƏ