Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanın hüquq sistemində "erməni məsələsi"nə Rusiyadan daha bir eyham - diplomat Qonçarın dediyi "cücərir"...

Image


Rusiyanın Qarabağla bağlı təkliflərinin yer aldığı sənəd mediada tirajlanıb. “Lavrov planı” adlanan sənədi separatçıların nümayəndəsi Tiqran Petrosyan yayıb.

14 maddədən ibarət olan təkliflər layihəsi “Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır.

1. Qanun qarşısında bərabərlik prinsipinin qorunması, etnik, linqvistik və ya dini və digər əlamətlərə görə ayrı-seçkiliyin istisna edilməsi;

2. Erməni əhalisinin kompakt yaşadığı ərazilərdən məcburi/könüllü köçürülməsinin qarşısının alınması;

3. Məhkəmə qərarı ilə hərbi cinayətlərdə təqsirli bilinən şəxslər istisna olmaqla, yerli hakimiyyət orqanlarında və silahlı birləşmələrdə iştirak etmək adı ilə erməni əhalisinin təqib edilməsinin, cəzalandırılmasının və hüquqlarının hər hansı məhdudlaşdırılmasının qanunla qadağan edilməsi;

4. Azərbaycan Respublikasının qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının, o cümlədən, polis və prokurorluq orqanlarının respublika, rayon və şəhər strukturlarında erməni əhalisinin proporsional şəkildə təmin olunması;

5. Erməni əhalisi ilə bağlı milli, regional və yerli səviyyədə qərarların işlənib hazırlanasında və qəbulunda iştirak;

6. Dövlət qurumlarında, o cümlədənm, rəsmi yazışmalarda və işgüzar işlərdə, eləcə də ermənilərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin ictimai yerlərində Azərbaycan dili ilə yanaşı, erməni dilindən də sərbəst şəkildə istifadə edilməsi, erməni dilində yol nişanlarının və elanların quraşdırılması;

7. Erməni əhalisinin şəxsi mülkiyyətinin, daşınmaz əmlak və torpaq sahələrinin toxunulmazlığı;

8. İctimai təşkilatların yaradılması və sərbəst fəaliyyətinin təmin edilməsi;

9. Erməni əhalsinin öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməsi, dini idarə və təşkilatların fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, onların əmlakının toxunulmazlığı;

10. Erməni mədəniyyətinin, milli kimliyinin, tarixi-mədəni irsinin qorunub saxlanılması, erməni dilində KİV-in inkişafı;

11. Dövlət və özəl təhsil müəssisələrində erməni dilində məktəbəqədər, ibtidai, orta və ali təhsil almaq;

12. Ermənistan və Azərbaycanın ayrıca sazişi ilə Qarabağ ərazisində yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humanitar əlaqələrin təmin edilməsi;

13. Erməni əhalisinin digər dövlətlərin ərazisində qanuni olaraq yerləşən şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyəti və ya ümumi mədəni mənsibiyyətini bölüşdükləri şəxslərlə sərhədi keçərək, azad və dinc münasibətlərin qurulması və saxlanılması;

14. Erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması.

Qeyd edək ki, hələ bir neçə gün əvvəl Rusiya rəsmiləri və mediasında Azərbaycanın qanunvericiliyinə müəyyən dəyişikliklərin  edilməsi ilə bağlı fikirlər səsləndirilirdi.

Rusiya XİN - in MDB ölkələri üzrə Departament direktoru D.Qonçarın bu yöndə açıqlamasından sonra Rusiyanın Azərbaycan- Ermənistan normallaşma prosesini hara və hansı prinsiplərlə aparmaq istədiyinə şübhə edən qalmır. Qonçar deyib: "Sazişə qədər ən böyük problemlərdən biri Azərbaycanın hüquq sistemində Dağlıq Qarabağ ermənilərinin ( özü də Dağlıq Qarabağ - baxın) təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən bu hüquqlara əməl edilməsidir”.

Bu layihəni də həmin tələbin tərkib elementi saymaq olarmı və sadalanan şərtlərin Azərbaycan üçün nə kimi əhəmiyyəti var?

Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu  plan çox böyük sevgi və coşqu ilə ermənilərə dair tərtib edilib: “Əlbəttə, biz bu planı son 30 ildən artıq çəkən qarşıdurma prizmasından qiymətləndirək. 2020 - ci ilin payızına qədər Azərbaycan diplomatiyası çox çalışdı ki, ermənilər tərslik daşını ətəklərindən atsınlar və Azərbaycanla danışığa gəlsinlər. Azərbaycan vaxtaşırı deyirdi. Düz, sağlam yolla əgər bu məsələ həllini tapmasa, biz istənilən məqamda güc vasitəsi ilə öz torpaqlarımızı azad edəcəyik, o zaman da siz heç bir aequmentlə bizim qarşımızda duruş gətirə bilməyəcəksiz. Ermənilər isə bizə göz dağı belə verməyə çalışırdı. Ermənistan qeyri - adekvat tərzdə özünü ifadə edərək bilmirdi ki, nə etsin. Amma, bir şeyi gözəl anlamışdı. Onun arxasında güclər var, o cümlədən Rusiyanın bəzi nüfuzlu dairələri. Onlar istənilən məqamda həm Azərbaycana zərbə vura bilərlər, həm də bu sülh prosesini rədd edə bilərlər. Nəhayət, 44 günlük müharibənin gətirdiyi nəticələr bizə nədən xəbər verir? Ondan xəbər verir ki, Ermənistan və onun idealogiyası sağlam ideologiya deyil. Onlarla danışıq əldə etmək, onlarla sülh qurmaq qeyri - mümkündür. Ermənistan o dərəcə başı pozuq bir dövlətdir ki, onunla heç nə əldə etmək olmaz. İndi Rusiyanın hər hansı dairələri bu 14 bəndlik planı cızıblarsa, onlar sözün əsl mənasında riyakarlığın təzahürlərini nümayiş etdirirlər. Bu planı sağlam məramda olan, sivil qaydalara riayət edən topluma təqdim etmək olardı, əgər müharibə olmasa idi. Son müharibədə biz çoxlu sayda şəhid verdik, itkilərimiz oldu. Bundan sonra biz onların nazı ilə nə üçün oynamalıyıq?  Rusiya bu məsələni öz maraqları çərçivəsində tərtib edib. Amma bizim deməyə sözümüz var Rusiya Federasiyasına. Rusiya həmin dövlətdir ki, Ermənistanı qızışdırıb bizim üzərimizə qaldırdı. Biz öz abrımıza sığınaraq öz sözümüzü demişik. Bundan sonra biz razı olmalıyıq ki, məhkəmə orqanlarında onların hüquqları bərpa olunsun. Bizim bu qədər itkilərimiz olub onların hesabına. Bizdən indi onların nazı ilə oynamaq gözlənilir. Mən deyərdim ki, bu plan çox lazımsız plandır, riyakar bir yanaşmanın təzahürüdür. Digər tərəfdən də ermənilər öz təxribatlarından əl çəkmirlər, Qarabağda insanları silahlandırmağa çalışırlar. Ona görə də, bu planın heç bir yeri yoxdu. Söz sahibi Azərbaycandır. Əgər ermənilər müharibə yolundan qayıdıb desəydilər ki, gəlin danışaq, o zaman nəsə etmək olardı. 98 - ci ilə kimi Petrasyan anladı. Bildi ki, Ermənistanın tutduğu yol uçuruma aparan yoldu. Mən demirəm ki, Petrodyan  mələkdir. Xeyir, onun dövründə işğalçılıq siyasəti həyata keçdi, onun dövründə bizim camaatımızı əsir götürdülər, biabır etdilər. Amma, o vaxtında anladı ki, dünya Qarabağın qondarma müstəqilliyini tanımayacaq. Ona görə də mən hesab edirəm ki, 14 bənddən ibarət bu planı nəzərdən keçirməyimizə belə ehtiyac yoxdur. Mən siyasi elitanın nümayəndəsi deyiləm, sadəcə ekspert kimi fikrimi bildirirəm. Əgər ermənilərin törətdikləri vəhşiliklər, cinayətlər olmasa idi, bəlkə də müəyyən əmmalarla, şərtlərlə buna baxmaq olardı. Orda hər şey bizim xeyrimizə deyil. Ermənilər üçün elə bir şərait formalaşır ki, guya onların yüz mindən artıq əhalisi var. Elə deyil. 25 minlik icma üçün, bu təklif olunan plan hədsiz şişirdilmiş bir yanaşmanın təzahürüdür və ermənilər davranışlarına görə buna layiq deyillər. Birincisi, əgər reintiqrasiya başlayacaqsa, biz baxmalıyıq ki, onlar özlərini necə ifadə edəcəklər, ümumiyyətlə bizim nəvazişimizə, diqqətimizə layiqdirlərmi. İkincisi isə, bu bizim daxili məsələmizdir. Üçüncü tərəf kimi Rusiya aydındır ki, ermənilərin  siqmentindən öz xeyrinə istifadə etmək istəyir. Çünki onlar münaqişəli vəziyyətlə regiona hakim kəsilmək istəyirlər. Bunun üçün də vaxt ötüb. Azərbaycanla bağlı Rusiya özü də keçən onilliklər ərzində sağlam mövqe tutsaydı, bu başqa məsələ. Amma biz tək qalmışdıq meydanda. Biz indi öz təkliyimizlə qürur duyuruq ki, həm BMT - nin 4 qətnaməsinin həyata keçməsini təmin etdik, həm də Ermənistanı diz çökdürdük. Onun faşizminə, terrorizminə yox dedik. Bizim indi haqqımız ondan ibarətdir ki, biz bu məsələni daxili gündəliyimizin bir bəndi kimi müəyyən etməliyik. Şükür, ölkəmizin prezidenti, qanunverici, icra orqanları var. Bizim hakimiyyətimiz, qürurumuz, müstəqilliyimiz, süverenliyimiz var. Odur ki, bu məsələ bizim daxili gündəliyimizin ayrılmaz bəndi olmalıdır. Rusiya zəhmət çəkib, belə sürüşkən planları bizə təklif etməsin”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ