Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycançılıq məfkurəsi əsas ideoloji dayaq kimi...

Image


Hər bir cəmiyyətin tərəqqisində, xalqın monolitliyində milli ideya, ideologiya mühüm rol oynayır. Qeyd edək ki, milli ideya termini nisbətən yaxınlarda yaranıb, buna görə də onu çox vaxt milli ideologiya, dəyərlər sistemləri və milli özünüidentifikasiyanın digər elementləri ilə qarışdırırlar.

Milli ideyanın nə olduğunu, haradan gəldiyini və ideologiyadan nə ilə fərqləndiyini anlamaq üçün onun mahiyyətinə diqqət olunmalıdır.

  • Azərbaycanı qüdrətli dövlətə çevirən ideologiya

Milli ideya termininin özü fəlsəfədən yaranıb. Filosof və tarixçilərin fikrincə, milli ideya konkret bir xalqın keçmişdə, indiki və yaxın gələcəkdə mövcudluğunu izah edən mənalar məcmusudur. Milli ideya milli xüsusiyyətlərə (məsələn, mentalitet, xalqın xarakteri, xalqın iqtidarla münasibəti, hakimiyyətin başqa ölkələrlə münasibəti və sair) müraciət edərək, müəyyən bir xalqın öz tarixi inkişaf yolu ilə getməsinin səbəbini izah edir. Həm də milli ideya millətin niyə indi mövcud olduğunu, gələcəkdə missiyasının nə olduğunu izah edir. Məsələn, humanitar dəyərləri qorumaq, insan hüquq və azadlıqlarını genişləndirmək və ya ənənələri qorumaq kimi məqamlar ola bilər.

Milli ideya həm fərdin, həm də bütöv bir qrupun digər xalqların nümayəndələrinə münasibətdə milli kimliyini formalaşdırmağa imkan verir, fərqlilikləri vurğulayır və insanın nə ilə fəxr edə biləcəyini göstərir. Milli ideyanın tarixi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində başlayıb və o, alman fəlsəfəsi sayəsində, xüsusən İohan Qotfrid Herder və Georg Vilhelm Fridrix Hegelin əsərlərindən yaranıb. Herder “Son Maarifçiliyin” ən nüfuzlu filosoflarından biri, ilahiyyatçı və mədəniyyət tarixçisi idi. Bu fon ona sonralar milli ideya adlandırılacaq ideyanın formalaşmasına mənəvi-humanitar yanaşma qurmağa imkan verdi. Herderin fikrincə, orijinal milli kimliyin formalaşması ilk növbədə mədəniyyət və incəsənətin müxtəlif formaları, din, folklor və xalqın milli dəyərlərini uzun illər ərzində toplayan digər formalar vasitəsilə baş verir. Eyni zamanda, milli ruha sədaqət hər bir xalqın keçdiyi tarixi yolun özünəməxsus xəttini müəyyən edir, daxili zəngin və çoxşaxəli milli mədəniyyətin formalaşmasına töhfə verir. Bu ideya XVIII əsrin sonlarında Almaniya üçün həyati əhəmiyyət kəsb edirdi, o zaman ölkə parçalanmışdı və daxilində milli ideyaların ilk dəfə qeyd olunmağa başladığı etnik millətçilik, ərazi parçalanmasına qalib gələrək, cəmiyyəti mədəni xətlər üzrə toplamaq və birləşdirmək üçün zəruri idi. Hegelin fəlsəfi əsərlərində milli ideyaya oxşar bir şey də var, yalnız müəllifin özü bu prototipi “xalq ruhu” adlandırıb. Hər bir xalqın öz “xalq ruhu” var və onların qarşılıqlı təsiri ilə bu “xalq ruhları” tarixi  hərəkətə gətirir və insanların əli ilə tarixi hadisələr yaradır. Bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gələn azərbaycançılığa da məhz bu prizmadan yanaşmaq lazımdır. Qeyd etmək lazımdır ki, azərbaycançılıq dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Məhz bu Azərbaycanı dövrünün ən qüdrətli dövlətlərindən biri halına gətirir.

  • Azərbaycançılıq ideologiyası sırf ümumbəşəri dəyərlərə söykənir

Milli ideya çox vaxt ideologiya ilə qarışdırılır. Onların hər ikisi ümumbəşəri ölçülərə çatan dəyərlər sistemini ifadə edir, hər ikisi milli ola bilər. Lakin fərqlər hələ də bu mənalar sistemlərinin miqyası səviyyəsində mövcuddur.

İdeologiya ictimai həyatın müxtəlif subyektlərinin: insanların, qrupların, icmaların, sosial siniflərin, siyasi partiyaların ideallarını və dəyərlərini ifadə edə bilən ideyalar kompleksi, mürəkkəb sistemdir. Yəni, milli ideya milli ideologiyanın tərkib hissəsi ola bilər.

Milli ideya daha tutumlu və birmənalıdır. Əvvəlcə bunun özünü müəyyən bir millətlə eyniləşdirən hər kəs üçün eyni dərəcədə vacib olduğu güman edilir, lakin bu gün bir çox filosoflar artıq milli ideyaların inklüzivliyə doğru genişləndirilməsinin zəruriliyindən danışırlar. Məsələyə bu prizmadan yaşadıqda azərbaycançılıq daha çox ideologiyaya yaxındır. Çünki onun əhatə dairəsi daha genişdir. Azərbaycançılıq ideologiyasının əsas təməl dayağı güclü, müstəqil, dayanıqlı dövlət ideyasıdır. Azərbaycançılıq ideologiyası ötənəsrin ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bu, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olub. Bu dövrdə artıq azərbaycançılıq ideologiyası siyasi və mədəni elitanın düşüncə sərhədlərini aşaraq praktiki olaraq ümum-Azərbaycan ideologiyasına çevrilmə imkanı əldə edib. Tamamilə aydındır ki, polietnik və multikultural ölkədə milli ideya heç bir etnik qrup və ya konfessiya ideyası ola bilməz, o, yalnız dünyəvi və milli, daha doğrusu, milli-dövlət xarakterli ola bilər. Azərbaycançılıq ideologiyasına məhz bu prizmadan yanaşmaq lazımdır. Azərbaycan cəmiyyətində insanlar etnik, irqi, dini mənsubiyyətinə görə fərqli ola bilər. Lakin onları burada bir-birinə bağlayan dəyərlər eynidir.  O, insanların gündəlik şüurunu nəzəri-konseptual səviyyəyə qaldıraraq, məxsus olduğu sosiumun inkişaf yolunda digər həmvətənləri ilə sıx birləşməyi həyata keçirir. İdeologiya insanlarda milli düşüncəni formalaşdırmaqla ayrı-ayrı sosial sinif və qrupları eyni məqsəd və hədəf ətrafında toplayır. Milli düşüncəni mənimsəmiş hər bir fərd sonda ümumi milli düşüncəyə sahib toplumu əmələ gətirir. Beləliklə, kütləvi şüurun formalaşmasında iştirak edən ideologiya cəmiyyəti vahid ideologiyaətrafında birləşdirir. Müasir azərbaycançılıq ideologiyası Azərbaycan xalqının ideologiyası kimi mövcuddur. Deyilənlərdən həm də belə nəticə çıxır ki, azərbaycançılıq ideologiyası ancaq ümumbəşəri dəyərlərə söykənir. Bu da Azərbaycanın tərəqqisini daha möhkəm özüllər üzərində formalaşdırır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ