Cümə axşamı günü, 27 avqust 2026
     

Təbrizin ərəb əlifbasında Azərbaycandilli zəngin mətbuat tarixi…

Image


İnqilablar beşiyi Təbriz həm də ana dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın, mətbuatımızın təəssübkeşliyini qoruyub. Təbrizdə, bütövlükdə Cənubi (Güney) Azərbaycanda  ana dilli mətbuatımız müəyyən zamanda inkişaf edib.

Mətbuatın dili yaşadan əsas amillərdən biri olduğunu nəzərə alsaq deyərdik ki, Cənubi Azərbaycan mətbuatı ana dilimizin yaşamasında əməlli-başlı mücadilə verib. Bəzən ana dilini yaşatmaq ziyalılarımıza canları bahasına başa gəlib, amma son nəfəslərinə qədər bu yoldan çəkilməyiblər. Güney Azərbaycanın ana dilli mətbuatı sırasında “Vətən yolu” qəzetinin xüsusi yeri var. Bu gün də “Vətən yolunda” nəşri barədə danışılır, yazılır.

İkinci Dünya Müharibəsi illərində Sovetlərin Təbrizə, Güneyə daxil olması məlumdur. Təbii, Sovet İttifaqının bunda xüsusi marağı vardı. Bəziləri iddia edir ki, məqsəd iki Azərbaycanı birləşdirmək olsa da, sonradan Stalin bu niyyətindən əl çəkib. Aydın məsələdir ki, bu qeyri-real söhbətdir. Qayıdaq “Vətən yolunda” qəzetinə.

Qeyd edilənə görə, “Vətən yolunda” İkinci Dünya müharibəsi illərində Təbrizdə Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunan qəzet olub. Bəzi tədqiqatçılar onu “Qızıl Ordu” qəzeti adlandırır.

Məlumatlara görə, qəzetin ilk sayı 1941-ci il oktyabrın  11-də nəşr olunub. Günaşırı nəşr olunan qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam edib və bu müddətdə 89 nömrəsi çıxarılıb. Tədqiqatçıların yazdıqlarına görə, “Vətən yolunda” qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində “Qızıl Ordu” qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində Zülfəli İbrahimovun redaktorluğu ilə "Qızıl əsgər", Xasay Vəzirovun redaktorluğu ilə Rəştdə fars dilində "Sərbaz-e sorx" qəzetləri çap olunurdu.

Tədqiatçıların yazdıqlarına görə, iki illik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşrinə başlanılıb. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam edib və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunub.

  • Rza şah hakimiyyətindən sonra İranda ilk dəfə Azərbaycan dilində çap olunan qəzet...

“Vətən uğurunda” qəzeti öz dövründə çox populyar qəzet olub, burada ideoloji xəttlə yanaşı ana dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin yaşadılması, təbliği ilə bağlı çox böyük işlər görülüb. Başlıcası, dilimizin gözəlliyi, şəhd-şirəsi bu qəzetdə ifadə olunub. Bir sıra imzalar “Vətən yolunda” qəzeti vasitəsilə güneylilərə tanıdılıb. Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Tudə, aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Fitrət, Yəhya Şeyda, Məmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu Xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və digər şairlərin şeirləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə “Qövsi) və digərilərinin məqalələri çap olunurdu.

Şübhəsiz ki, öz ədəbi dilini öyrənən güneyli soydaşlarımız üçün "Vətən yolunda" qəzetinin xüsusən əhəmiyyəti vardır. "Vətən yolunda" qəzeti uzun illər Rza şah hakimiyyətindən sonra İranda ilk dəfə Azərbaycan dilində çap olunan qəzet idi.

  • “Vətən yolunda” qəzetinin ilk baş redaktoru Mirzə İbrahimov olub...

“Vətən yolunda” qəzetindən danışarkən burada Şimali Azərbaycan yazıçı və şairlərinin fəaliyyətini xüsusi vurğulamalıyıq. Bu qəzetdə ana dilimizin geniş təbliğini qarşıya məqsəd qoyan ziyalılarımız bu uğurda çox mücadilələr verib. Qəzetin ilk baş redaktoru xalq yazıçısı Mirzə İbrahimov olub.

Qəzetin tarixini araşdıranlar yazırlar ki, qəzetin nəşr olunduğu 1941-1946-cı illərdə Mirzə İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev  onun baş redaktorları olub.  Redaksiyada isə şairlərdən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz Sadıq, Ənvər Məmmədxanlı, Qılman İlkin (Musayev), Seyfəddin Dağlı (Abbasov), Cabbar Məcnunzadə, jurnalist, elm və mədəniyyət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli, Həmid Yolçuyev, Cəfər Xəndan (baş redaktorun müavunu), Mehdixan Vəkilov, Mirzəağa Quluzadə, Rəhim Sultanov, Məmmədağa Sultanov, rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və ə bir çox başqaları işləyib. "Vətən yolunda" qəzetinin səhifələrində 50-yə yaxın yerli şair öz şerlərini çap etdirirdi. Elə onlar da qəzetin nəzdində "Şairlər məclisi” yaranmasının təşəbbüsçüsü oldular. "Şairlər məclisi"nin ilk iclası 1945-ci il yanvarın 7-də keçirildi və Mir Mehdi Etimad onun sədri seçildi.

  • “Güneydə milli şüurun, milli iftixar hissinin oyanmasına çalışırdı”

Tədqiqatçı Pərvanə Məmmədli “Vətən yolunda” qəzetindən yazarkən qeyd edir: “Mirzə Cəlildən sonra Arazı keçən, “o taya ana dili aparan” (Yaşar Qarayev), Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu!
Məhz Güney mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı. Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr  olunan “Vətən  yolunda” adlı qəzetinin də bünövrəsini qoydu.
Güney Azərbaycan mövzusu Mirzə İbrahimovun yaradıcılığında önəmli yer tuturdu. Onun bir çox publisistik və ədəbi əsərləri, eləcə də “Gələcək gün” romanından ayrı-ayrı parçalar Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetinin səhifələrində çap edilmişdi.
1941-ci ildə Təbrizdə Azərbaycan dilində çıxan “Vətən yolunda” adlı ordu qəzetinin redaktorluğu Mirzə İbrahimova tapşırılmışdı. Qəzetini ilk sayı 1941-ci il oktyabr ayının 11-də çapdan çıxmışdı. Qəzet  ora­dakı azərbaycanlı əsgərlər üçün nəzərdə tutulmuşdu. Qəzetin yerli əhali tərəfindən oxuna bilməsi üçün onun ərəb əlifbası ilə çap edilməsi qərara alınmışdı və günaşırı nəşr olunurdu. “Vətən yolunda” qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən idi. (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı – P.M.)”.

P.Məmmədli vurğulayır ki, 1946-cı ilin may ayına qədər davam edən qəzetin ümumilikdə 406 sayı çapdan çıxmışdır.
“Mirzə İbrahimov Təbrizdə qəzet çıxarmaqla yanaşı, Güney Azərbaycanı qarış-qarış gəzir, ən ucqar kəndlərdə belə olur, əhali ilə görüşür, onların dərdlərini, istəklərini öyrənirdi. Digər tərəfdən o, gələcək əsərləri üçün materiallar toplayırdı.
O, yazılarını çox zaman “Əjdəroğlu”, bəzi hallarda İ.Mirzə kimi imzalayırdı. “Vətən yolunda” qəzetində Mirzə İbrahimovun yazılarının az bir qismində imza olurdu. Qəzetdəki baş məqalə və redaksiya məqalələrinin də onun qələminə məxsus olduğunu ehtimal etmək olar.
“Vətən yolunda” qəzetinin ilk sayi oktyabrın 11-də, 4000 tirajla nəşr olunmuşdu. O dövr üçün bu tiraj yüksək göstərici idi, lakin qəzetin ilk sayı qısa müddətdə satılıb qurtarmışdı.
Qəzetin səhifələri çeşidli rubrikalar altında publisistik yazılar və kəskin felyetonlar, incəsənətlə bağlı icmallar, nəsr və poeziya örnəkləri ilə zəngin idi. Bütün bunlar söz yox ki, qəzetin redaktoru Mirzə İbrahimovun gərgin zəhməti bahasına başa gəlirdi.
Qəzetin iknci sayından başlayaraq incəsənətlə bağlı yazılara geniş yer ayrılırdı. Bülbülün Azərbaycan operasının zirvəsi olan “Koroğlu”, Şəmsi Bədəlbəylinin “Arşın mal alan”, Həbib Səmədzadənin “Leyli və Məcnun”la bağlı yazıları oxucularda maraq doğururdu. “Şah İsmayıl” və “Gülzar” operaları haqqında yazılar, habelə İ.Hidayətzadənin, Niyazinin, G.İsgəndərovanın, O.Sarıvəllinin məqalələri də diqqət çəkirdi.
Qəzetdə nəşr olunan bədii örnəklərin əsas bölümünü poeziya təşkil edirdi. İlk saylarda S.Vurğunun, S.Rüstəmin, O.Sarıvəllinin bir çox şerləri dərc olunmuşdu. O illərdə “Vətən yolunda” və “Azərbaycan” kimi qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı.
“Vətən yolunda” qəzetində çap olunan mövzulara gəldikdə isə onlar iki istiqamətdə idi:
1) Sovet sosialist ideologiyasının təbliği; 2) yerli əhalinin maarifləndirilməsi.
Birinci sıraya daxil olan yazılarda sovet döyüşçülərinin cəbhədəki qəhrəmanlıqları, antifaşist təbliğatı, sovet cəmiyyətinin və sovet həyat tərzinin gözəl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğunu “ciddi cəhdlə” göstərməklə sovet cəmiyyətinin gələcəkdəki xoşbəxt proqnozu verilirdi. “Böyük Vətən müharibəsi cəbhələrində”, “Böyük Vətən müharibəsi qəhrəmanları”, “Sovet İttifaqında” və s. rubrikalar altında gedən bu yazılar o illərdə sovet mətbuatında dərc edilən materialların bir növ eyni  idi. Təbii ki, sovetlər ölkəsinin hər sahədə uğurlarından danışan jurnal İranda Kommunist təbliğatına xidmət edirdi.
İkinci qismə isə Azərbaycan mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və ədəbiyyat tarixi, dünya ədəbiyyatı örnəklərini, məktəb və maarif sahələrini özündə əks etdirən yazılar daxil  idi. Jurnal belə yazıları verməklə yüksək amala xidmət edirdi. Güneydə milli şüurun, milli iftixar hissinin oyanmasına çalışırdı. Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi”.
Tədqiqatçı qeyd edir ki, qəzetin səhifələrində Azərbaycan ədəbiyyatının N.Gəncəvi, X.Şirvani, M.Füzuli, M.P.Vaqif, M.F.Axun­dov kimi klassiklərinin, eləcə də Mirzə Cəlil, M.Ə.Sabir, M.S.Ordubadi və S.Vurğun kimi  şairləri və digər söz sənətkarları tanıdılırdı.
“Vətən yolunda” qəzeti Güney Azərbaycanda ana dilində ədəbiyyatın inkişafı üçün geniş imkanlar yaradırdı.
“Vətən yolunda” qəzeti bədii söz sənətinin sayğı və dəyərini özünə qaytarmaqla yanaşı Güney Azər­baycan ədəbiyyatında, publi­sis­ti­kasında yeni qələm ordusunun yaranmasında da az iş görmürdü. Bunları da P.Məmmədli yazıb.

“Vətən yolunda” qəzeti Güney Azərbaycanda nəşr olunan ana dilli qəzet kimi güneyin mətbuat tarixdə xüsusi yerə malikdir. Bu qəzet Sovet ideologiyasını yaymaq məqsədilə yaradılsa da, amma dilimizin, ədəbiyyatımızın, milli şüurumuzun inkişafında əməli rol oynadı, çünki o qəzeti nəşr edənlər, orada yazanlar milli düşüncəli qələm adamları idilər. Onlar bu gün fiziki olaraq yoxdurlar, amma onların yazıb-yaratdıqları yaddaşlardadır...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 19:11
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ