Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Qərb və Rusiya dünya enerji bazarlarını qiymət xaosuna yuvarlayır...

Image


Qərb və Rusiya arasında Ukrayna ilə bağlı yaranan ziddiyyət dünya enerji bazarında qiymətləri fantastik həddə bahalaşdıra bilər. Çünki bəzi Qərb  ölkələri Rusiyanın neft-qaz tədarükünə embarqo tətbiq etməyi düşünür. Bu isə dünya enerji bazarlarında qiymət xaosu deməkdir.

İndilikdə isə, Qərbin bütün xəbərdarlıqlarına baxmayaraq, Rusiya Ukrayna istiqamətində güc cəmləşdirməkdə davam edir. “The New York Times” qəzeti yazır ki, Rusiya hərbçiləri Ukraynanı üç tərəfdən mühasirəyə alıb. Qəzet Rusiya ordusunun və texnikasının Ukrayna sərhədləri yaxınlığında təxmini yerləşdiyi xəritəni də dərc edib. 2022-ci ilin əvvəlindən Rusiya yerləşdirilən qüvvələrin mövqelərini gücləndirmək üçün Luqansk və Donetsk yaxınlığındakı ərazilərə, beş min hərbçi də daxil olmaqla, daha beş batalyon taktiki qrupu yerləşdirib. Bundan əlavə, xeyli sayda Rusiya hərbi qulluqçusu Ukrayna sərhədinə yaxın şimal bölgələrinə, xüsusən də Ukrayna, Belarus və Rusiya sərhədlərinin birləşdiyi Klintsıya göndərilib. Qəzet yazır ki, bu mövqelər Kiyevə asanlıqla çata biləcək yerlərdə yerləşir. Daha üç qrup Voronej yaxınlığında yerləşir. “The New York Times” qeyd edir ki, bu qoşunlar hərbi əməliyyat olacağı təqdirdə ciddi təhlükə yarada bilər: “ Daha biri Volqoqrad vilayətində və ikisi Donbassda - işğal olunmuş ərazilərlə sərhədə yaxındır. Artilleriya Krasnodar diyarında, digər hissəsi isə Krımda yerləşdirilib”. Bu arada Amerika mediası Ukraynaya qarşı genişmiqyaslı hücum halında Moskvaya qarşı tətbiq edilə biləcək mümkün sanksiyaların siyahısını dərc edib. “New York Times”, “Reuters”, AP, “Bloomberg” və digər nəşrlər tərəfindən dərc olunan mümkün sanksiyaların siyahısı eyni olsa da, təfərrüatları bir qədər fərqlidir. Bu isə daha çox mümkün sanksiyaların yekun siyahısının hələ təsdiqlənməməsi ilə izah edilir. “New York Times”ın yazdığına görə, söhbət ABŞ-da istehsal olunan və ya hazırlanmış elektronikadan istifadə edilən istənilən istehlak mallarının Rusiyaya ixracına qoyula biləcək qadağadan gedir. Bu. mobil telefonlara, kompüterlərə və məişət texnikasına, o cümlədən Amerika komponentləri və ya proqram təminatından istifadə edilməklə üçüncü ölkələrdə istehsal olunan məhsullara da aid edilə bilər. Söhbət həm də beynəlxalq pul köçürmələrinə aid olan Rusiyanın ən böyük maliyyə qurumlarına qarşı sanksiyalardan gedir. Amma söhbətin bütün Rusiya bank sisteminin SWIFT sistemindən çıxarılmasından getdiyi aydın deyil.

Texnoloji sanksiyaların da nəzərdən keçirildiyini yazan “New York Times”a görə, bu sanksiyalar aerokosmik və silahlar da daxil olmaqla, Vladimir Putinin sevimli sənayelərinə qarşı yönələ bilər. Bu tədbirlər Rusiya qırıcılarının, zenit-raket komplekslərinin, peyk əleyhinə müdafiə və kosmik sistemlərin istehsalına, həmçinin, məhdudiyyətlər süni intellekt və kvant hesablamaları kimi innovativ texnologiyalara təsir göstərə bilər. “Reuters” isə yazır ki, ABŞ rəsmiləri Rusiyanı ən sərt ixrac məhdudiyyətləri olan ölkələr siyahısına əlavə etməyi düşünürlər. İndi belə ölkələr qrupuna Kuba, İran, Şimali Koreya və Suriya daxildir. Bu halda söhbət Rusiyanın enerji resurslarının xaricə tədarükünə embarqodan gedir. Amma ABŞ-ın avropalı müttəfiqlərinin bu tədbirə necə reaksiya verə biləcəyi bəlli deyil. ABŞ, o cümlədən prezident Co Bayden dəfələrlə bəyan edib ki, Ukraynaya genişmiqyaslı hücum olacağı təqdirdə, Rusiya “görünməmiş” sanksiyalarla üzləşəcək. Moskva da etiraf edib ki, ABŞ bu barədə ona xəbərdarlıq edib. Eyni zamanda konkret hansı sanksiyaların müzakirə oluna biləcəyi də rəsmən açıqlanmayıb. İndi Rusiyaya qarşı həm sektoral, həm də şəxsi sanksiyalar artıq qüvvədədir - Krımın ilhaqı, Ukraynanın şərqindəki separatçılara dəstək, ABŞ seçkilərinə müdaxilə, kiberhücumlar, kimyəvi silahdan istifadə iddiası. Amma bundan əvvəl ABŞ administrasiyası “Şimal axını-2” qaz kəmərinə qarşı sərt sanksiyalardan çəkinib. “The New York Times” həmçinin yazır ki, amerikalı diplomatlar Rusiya-NATO Şurası və ATƏT arasında Cenevrədə baş tutacaq danışıqların tezliklə nəticəsiz başa çatacağından qorxurlar. Hesab olunur ki, Rusiya uğursuzluğa görə Qərb ölkələrini günahlandıracaq və təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Ukraynaya qarşı əməliyyatlara başlayacaq. ABŞ dövlət katibi Entoni Blinken bildirib: “Rusiya təxribat və ya insident törətsə, heç kəs təəccüblənməməlidir. Sonra da bundan hərbi müdaxiləyə haqq qazandırmaq üçün istifadə etməyə çalışır”. ABŞ-ın qorxusu Rusiya qoşunlarının Ukrayna ilə sərhəd yaxınlığında cəmləşməsi ilə bağlıdır. Blinkenin fikrincə, Rusiyanın Ukrayna ilə hərbi əməkdaşlıqdan imtinanı ehtiva edən “təhlükəsizlik zəmanətləri” ilə bağlı ötən ay irəli sürdüyü tələblər həm də Ukraynaya qarşı növbəti zərbəyə haqq qazandırmaq üçün bir manevr rolunu oynaya bilər.  Çünki onun fikrincə, bir çox tələblər bilərəkdən həyata keçirilə bilməz. “The New York Times” həmçinin yazır ki, ABŞ Ukraynanın və ya onun bir hissəsinin Rusiya tərəfindən işğalı halında Ukrayna döyüşçülərinin silahlandırılmasının hipotetik imkanını müzakirə edir.

Eyni zamanda, ABŞ və NATO nümayəndələri açıq şəkildə bildirdilər ki, Rusiyanın hücumu halında Ukrayna Qərbin birbaşa hərbi dəstəyinə arxalana bilməz. ABŞ danışıqların ən azı məhdud uğur gətirə biləcəyinə və Rusiyanın aqressiyadan əl çəkəcəyinə ümid etdiyini bildirir. Əks halda sərt sanksiyalar tətbiq ediləcək və bu, Rusiyanın enerji sektorunu da əhatə edəcək. Dünya enerji bazarında Rusiyanın xüsusi roluna nəzər salan ekspertlər bu halda qiymət xaosunu qaçılmaz sayırlar.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ