Cümə günü, 02 oktyabr 2026
     

"Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri həm də ölkəmizin iqtisadi gücünün təqdimatıdır" - Vüqar Rəhimzadə

Image


“Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  Zəfər tariximizi  yazdıqdan sonra   ölkəmizin həyatında yeni dövr- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq mərhələsi başladı.

Cənab İlham Əliyev bu fikri xüsusi diqqətə çatdırdı ki, azad edilmiş ərazilərimiz  ən yüksək səviyyədə, müasir texnologiyalar əsasında  bərpa ediləcək, soydaşlarımız üçün  gözəl şərait yaradılacaq.  Möhtərəm Prezidentimizin 19 aprel 2021-ci il tarixli    “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında»  Sərəncamı da bu məqsədə xidmət edir. Bu kimi dövlət sənədləri bir daha təsdiqləyir ki,  şəhər və kəndlərimizdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, bu işlərin həyata keçirilməsi prosesində  informasiya texnologiyalarının tətbiqi,  həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Təqdirəlayiq haldır ki, artıq “Ağıllı şəhər”  və “Ağıllı kənd”  konsepsiyasının tətbiqinin sürətləndirilməsi məqsədilə imzalanan Prezident Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  azad edilmiş ərazilərdə  şəhərlər və kəndlər  “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında,  dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi şəraitində qurulacaq: “Bununla paralel olaraq  digər şəhər və kəndlərimizdə də  buna oxşar layihələrin icrası nəzərdə tutulur. Dövlətimizin başçısı İlham Əliyev “Əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik” fikirləri ilə yeni layihənin məqsəd və məramını, eyni zamanda, üstünlüklərini təqdim edir”.

Baş redaktor bildirib ki, hər bir yenilik kadr potensialının artırılması məsələsini gündəmə gətirir: “Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmizdə peşəkar kadr potensialı yaranıb. Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı  2003-cü ildən «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərək, ölkədə təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması fonunda  iqtisadi inkişafın səviyyəsinə uyğun olaraq kadr hazırlığının prioritetliyini önə çəkdi  və artıq bu siyasətin  uğurlu nəticələri göz önündədir.  Azərbaycan texnoloji proseslərin inkişafına görə də dünyada birincilər sırasındadır. İstər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə  bunun bir daha şahidi olduq.  Həmçinin  2019-cu ildən dünyanı cənginə almış  koronavirus infeksiyası ilə mübarizə sahəsində beynəlxalq əhəmiyyətli  tədbirlərin  videoformatda təşkili də Azərbaycanın  bu sahədə mövcud imkanlarının təqdimatında  əhəmiyyətli rol oynadı. Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları, əksəriyyətinin savadlı mütəxəssislər kimi  ölkəmizə qayıtmaları kadr potensialımızı gücləndirir.  Dövlətimizin başçısının əsas tələbi budur ki, kadr hazırlığı ölkəmizin iqtisadi və texnoloji inkişafı ilə uzlaşmalıdır. Bu sintezin yaradılması əsasında  hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür.  Bu baxımdan işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək  "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri ölkəmizin müasir dövrün reallıqlarına uyğun olaraq gündəmə gətirdiyi  yeni  çağırışlarına və tələblərinə cavab verir. Azərbaycanın postmüharibə dövrü üçün təqdim etdiyi yeni iqtisadi inkişaf modelinin əsas tərkib hissələrindən biri kimi “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri beynəlxalq səviyyədə də təqdir edilir”.

V.Rəhimzadə vurğulayıb  ki, bu layihələr,  ilk növbədə,  Azərbaycanın iqtisadi  imkanlarının təqdimatıdır: “Hər bir layihə yenilik olmaqla yanaşı,  möhkəm təmələ əsaslanır. Azərbaycanın iqtisadi qüdrəti  və bunun fonunda maliyyə   imkanlarının  artması  hər bir layihənin uğurlu sonluqla başa çatdırılmasını  şərtləndirir.  "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələrinin icrası   müasir  texnologiyaların və innovasiyaların tətbiqi  əsasında sosial-iqtisadi xidmətin keyfiyyətini daha da yaxşılaşdıracaq. Şübhəsiz, bu layihələrin  ilk olaraq işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməsi ölkəmizin həmin əraziləri qısa zamanda  bərpa edib soydaşlarımızın Böyük Qayıdışını təmin etmək istəyindən irəli gəlir. Artıq dövlətimizin başçısı İlham Əliyevin Zəngilan rayonuna səfəri çərçivəsində Ağalı  kəndində “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Möhtərəm Prezidentimiz bu mühüm hadisə ilə Böyük Qayıdışın başlandığını bildirib”.

“İki sahil” qəzetinin baş redaktoru  bu məqamı da xüsusi qeyd edib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri  2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurla reallaşdırılması nəticəsində  paytaxt və bölgələr arasında  fərqin aradan götürülməsinə böyük dəstək olacaq.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ