Cümə günü, 02 oktyabr 2026
     

Ermənistanda siyasi qüvvələrin silahlı qarşıdurması başlanır...

Image


Ermənistanda iyunun 20-də baş tutacaq növbədənkənar parlament seçkiləri fonunda yaranmış vəziyyət bu ölkədə siyasi qüvvələr arasında ziddiyyətlərin daha da dərinləşməsi, qarşılıqlı ittihamların kəskinləşməsi ilə müşahidə edilməkdədir. Nikol Paşinyanın rəhbərlik etdiyi komanda seçkilərdə qalib gələcəyi təqdirdə inzibati yolla indiki hakimyyətin əleyhdarlarının, xüsusən də “Qarabağ klanı”nın sıradan çıxarılması hallarının daha geniş vüsət alması gözlənilir. Sonuncular isə bildirir ki, Paşinyan qalib elan olunduğu halda Ermənistanda hakimiyyətin küçə yürüşləri, həmçinin qiyam yolu ələ keçirilməsi ssenarisi işə salınacaq. Bu bir daha göstərir ki, “Qarabağ klanı” da daxil olmaqla, müxalifət parlament seçkilərinə ölüm-dirim prizmasından yanaşır və məqsədinə çatmaq üçün bütün metodlardan istifadə etməyə hazırdır. Eynilə, Paşinyan komandası da məğlub olacağı təqdirdə, hakimiyyətə gələcək qüvvələrin indiki hakimiyyət üzvləri və onların tərəfdarlarına qarşı repressiv metodları işə salacağı gözlənilir. Belə vəziyyətdə Paşinyan tərəfdarlarının da eyni qaydada cavab verəcəyi proqnozlaşdırılır.

Ermənistanda açıq etiraf olunur ki, rəqib siyasi qüvvələrin gündəliyində duran əsas məsələ bir-birini məhv etməkdir. Məhz bu səbəbdən siyasi qarşıdurma, vətəndaş müharibəsi qaçılmaz hesab olunur. Hadisələrin inkişaf axarı və real vəziyyətin təhlili Ermənistanın postseçki dövründə vətəndaş qarşıdurması yaşayacağını göstərir. Erməni cəmiyyətində yaşanan parçalanma da bu qarşıdurmaya münbit zəmin yaradan faktorlar sırasında yer alır. Bu xüsusda “armenianreport” portalı yazır: “Baş nazir postuna namizədlərin ritorikası və ümumiyyətlə Ermənistandakı bütün seçki kampaniyası, gözlənildiyi kimi, qarşılıqlı hörmətdən kənara çıxıb. Bəzən bu yarışın əsas fiqurlarının - Paşinyan, Köçəryan və Sarkisyanın seçkilərdə qalib gəlmək deyil, onsuz da çox qütbləşmiş bir toplumu artıq müharibə düşərgələrinə bölmək kimi niyyətlərinin olması təəssüratı yaranır. Bu üçlük bir-birini sərt formada təhqir və tənqid edir. Son üç ildə artıq buna öyrəşməyimizə baxmayaraq, indi də Paşinyan, Köçəryan və Sarkisyan bütün həddi keçiblər. Hər hansı bir normal ölkə olsaydı, bu təhqirlərə görə seçkilərdə iştirakdan dərhal kənarlaşdırılardı. Məsələnin gülməli tərəfi budur ki, Paşinyan, Köçəryan və Sarkisyanın istifadə etdiyi bütün çirkli metodlara baxmayaraq, heç biri seçkiqabağı yarışın favoritinə çevrilməyib, cəmiyyətdə lazımı dəstəkləri yoxdur. Xalqın ölkəni kəskin böhrandan çıxarmaq, iqtisadiyyat və siyasətdəki çoxsaylı problemləri həll etmək üçün populist deyil, ağlabatan proqramlara ehtiyacı var. Ancaq seçkiqabağı təşviqatın əsas üçlüyü vətəni xilas etmək barədə düşünməkdənsə, rəqiblərinə çirkab atmaqla bir-biri ilə hesablaşmağa can atır. Bəlkə də elə buna görədir ki, sosioloqlar və mütəxəssislər seçkilərdə az sayda insanın iştirak edəcəyini proqnozlaşdırır. Çünki nə Paşinyan, nə Köçəryan, nə də Sarkisyan cəmiyyət tərəfindən vətənin xilaskarı kimi görünür”.

Məşhur rusiyalı tarixçi, ekspert Oleq Kuznetsov da Ermənistanda bu gedişlə qütbləşmənin dərinləşəcəyini proqnozlaşdırır: “Ermənistanda parlament seçkilərinə az qalmış hiss etdim ki, orada bütün siyasətçilər bir-birinə bənzəyir. Ölkənin inkişafı və perspektivlərinə dair bir işarə belə yoxdur. Yalnız total fikir böhranı və şüurun çöküşü var. Hər kəs ölkənin ölümü, ümidlər və ambisiyalar barədə bağırır, lakin heç kim gələcək üçün uyğun bir proqram təklif etməyə hazır deyil. Səbəbləri aydındır və bu haqda əvvəllər az deməmişəm. “Üçüncü” Ermənistan Respublikası “miatsum” ideyasının reallaşması nəticəsində yaradıldı. Amma bu ideya ötən payızda Azərbaycan Ordusu tərəfindən darmadağın edildi, dərhal da ölkənin varlığının mənası itdi. İndi Ermənistanda çılğınlıqla “rus sualı”na cavab axtarılır: Kimdir müqəssir? Amma heç kim az məna kəsb etməyən ikinci rus sualı barədə fikirləşmək istəmir: Nə etməli? Ermənilər bir müddət qismən ruslaşdılar, amma bu onları heç bir şəkildə xilas etmir”. Ekspert hesab edir ki, Ermənistan bu gün gələcəyə baxmağa hazır deyil: “Bu da təəccüblü deyil, çünki ölkənin mövcud olduğu bütün illər ərzində intensiv şəkildə keçmişini qururdular. Buna görə də özləri üçün uydurduqları çoxəsrlik dövlətçilik tarixi boyunca ermənilər heç vaxt qabaqcadan düşünmək vərdişi yaratmayıblar. İndi isə onların zamanı ən azı bir il geri çəkmək istəklərini görürük. Bunu etmək mümkünsüzdür, amma İrəvanda çoxları bunu istəyir. Gələcəyə dair real baxış olmadığı zaman bu mövzuda fikir müxtəlifliyi ola bilməz. “Üzlər silinir, rənglər solğun olur, istər insan olsun, istər kukla...” – Andrey Makareviç oxuyurdu. “Marionet” mahnısından olan bu sitat Ermənistandakı seçkiöncəsi əhval-ruhiyyəni əks etdirir, bütün siyasi və oliqarx elitaları hələ də keçmiş minilliyin böyüklüyünün xəyali fikirlərinin oyuncağı olaraq qalırlar. İndi Ermənistanda hər kəs özünün və ölkənin gələcəyi haqda danşmaqdan qorxur”. Elə sabiq prezident  Levon Ter-Petrosyan da ölkədəki vəziyyəti şərh edərək bildirir ki, daxili siyasət partlayış təhlükəsi törədir, vəziyyət az qala vətəndaş müharibəsinə keçmək təhlükəsindədir: “Nikol Paşinyan və Robert Köçəryanın tərəfdarları arasında kəskin ziddiyyət mövcuddur. Əgər bu düşmənçilik dayanmazsa, baş verə biləcək hadisəni təsəvvür etmək dəhşətlidir”. Onun fikrincə, Ermənistanı olduqca ağır günlər gözləyir. İyunun 20-dən sonra vəziyyətin normallaşacağı ehtimalı azdır. Seçkilərdən sonra Ermənistanda problemlərin həllinə silahlı qarşıdurma ilə cəhd ediləcəyi də istisna olunmur. 

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ