Cümə günü, 02 oktyabr 2026
     

Rusiya və NATO yenidən postsovet məkanında güc nümayişinə başlayır...

Image


Rusiya və Qərb arasında münasibətlərin getdikcə daha gərgin mərhələyə qədəm qoyması müşahidə edilməkdədir. Ekspertlər hesab edir ki, bu gərginlik tərəflərin geosiyasi çəkişmə mərkəzi olan bölgələrdə, xüsusən də Qafqaz, Ukrayna, ümumiyyətlə postsovet məkanında özünü qabarıq büruzə verəcək. Bu mənada, region ölkələri də prosesə hazır olmalıdır.

Baş verənlər fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirir ki, Qərb təmsilçiləri Moskva ilə dürüst dialoqa hazır deyillər: "Yalnız Rusiya deyil, əksər digər ölkələrlə də Qərbin nümayəndələri faktlara əsaslanan dürüst dialoqa hazır deyillər və "özündən razı" ruhunda danışmağa üstünlük verirlər. Bu cür yanaşmaya dair nümunələr çoxdur. Bu isə, şübhəsiz, fikir ayrılıqlarını həll etmə yolu kimi dialoq ideyasının, özünə inamın etibarlılığını sarsıdır". Belə bir vaxtda Qərbin Ukraynada yeni hərbi təlimləri də Kreml tərəfindən sərt reaksiya ilə üzləşir. Qeyd edək ki, Ukrayna NATO ilə birgə son illərin ən irimiqyaslı "Sea Breeze 2021" təliminə hazırlaşır. “RİA Novosti” portalı xatırladır ki, Ukrayna ərazisində "Sea Breeze" təlimləri 1997-ci ildən etibarən praktiki olaraq hər il keçirilir: “Lakin indiyə qədər təlimlərdə bu qədər insan iştirak etməyib. Belə ki, Ukrayna silahlı qüvvələri ilə yanaşı, təlimlərdə əksəriyyəti NATO-ya daxil olan 27 ölkənin əsgər və zabitləri iştirak edəcək. Ukrayna Müdafiə Nazirliyinin rəsmi press-relizlərinə əsasən, manevrlərə 4 minə qədər hərbi qulluqçu, 40 döyüş gəmisi, kater və təminat gəmisi, 30 təyyarə və vertolyot, habelə 100-dən çox yerüstü texnika cəlb olunacaq.

Təlimlərin rəsmi məqsədi Ukrayna ordusu ilə NATO qoşunları arasında qarşılıqlı fəaliyyətin təşkilidir. Ssenariyə əsasən, koalisiya qüvvələri "qonşu dövlətin hərtərəfli yardım göstərdiyi" "qanunsuz silahlı birləşmələrin" fəaliyyəti nəticəsində yaranan "böhran vəziyyətinin nizamlanması"na cəlb olunacaq. "Qanunsuz birləşmə" dedikdə, söhbətin "Donetsk xalq respublikası" və "Luqansk xalq respublikası"nın xalq milisi bəlmələrindən getdiyini anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur. Təlimlərin dənizdə keçiriləcək hissəsi çoxmillətli gəmi birləşməsinin yaradılması, donanmanın quru qoşunları və aviasiya ilə qarşılıqlı fəliyyətinin təşkili, dəniz desantının tətbiqi məqsədi daşıyır. Quruda isə əməliyyatların NATO standartlarına uyğun qərargah planlaşdırılması, canlı qüvvə və vasitələrin yerinin dəyişdirilməsi, dənizkənarı istiqamətdə hücum məşq ediləcək. Aviasiya havadan kəşfiyyat aparacaq, hədəflərə zərbələr endirəcək, habelə qoşunları və yükləri daşıyacaq. Manevrlər iki mərhələdə keçiriləcək. İyunun 28-də başlanacaq birinci mərhələ çərçivəsində idarəetmə və rabitə məntəqələri qurulacaq, əməliyyatlar planlaşdırılacaq, döyüş gəmiləri dəstələri yaradılacaq və aviasiyanın yeri birləşmə aerodromlarına dəyişdiriləcək. İkinci mərhələdə müttəfiq qoşunlar bütün mümkün atəş vasitələrindən şərti düşmənin suüstü və sualtı gəmilərinə zərbələr endirəcək, yerüstü hədəflərə hücum edəcək, hava hücumundan və sualtı qayıqlardan müdafiəni təşkil edəcəklər. Bütün bunlar Moskvanı narahat etməyə bilməz. Belə ki, təlimlərin ən aktiv fazası Rusiya sərhədlərinin bilavasitə yaxınlığında keçiriləcək. Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkovun sözlərinə görə, onun təmsil etdiyi qurum "Sea Breeze"in gedişini diqqətlə izləyəcək və yaranmış vəziyyətə adekvat reaksiya verəcək. Konaşenkov bildirib: "Təlimlər Qərb ölkələrinin Rusiyanın cənub-qərb sərhədlərində hərbi potensialının gücləndirilməsi ilə bağlı bitməyən ittihamları fonunda keçirilir. Bundan əlavə, manevrlər adı altında NATO Ukraynaya müasir silahlar, sursat və Ukrayna qoşunları üçün əmlak gətirməyi planlaşdırır. Gələcəkdə, əvvəlki illərdə olduğu kimi, bütün bunlar Ukrayna silahlı qüvvələrinə və Donetsk və Luqanskın Kiyevin nəzarətində olmayan rayonları yaxınlığında yerləşən millətçi birləşmələrə ötürüləcək". General onu da bildirib ki, adıçəkilən təlimin həm adı, həm də statusuna görə dəniz təlimi sayılmasına baxmayaraq, hərbi fəaliyyətlərin həqiqi sərhədləri Qara dəniz akvatoriyasının Ukraynaya məxsus hissəsindən çox kənara çıxır.

Konkret olaraq məlumdur ki, müxtəlif ölkələrin xüsusi təyinatlı qüvvələri tərəfindən tapşırıqların birgə həlli, onların paraşütlər və hücum taktikası ilə - vertolytlardan əraziyə desant atılması, xüsusi təyinatlı döyüşçülərin təchiz olunmamış sahilə çlxarılması tapşırıqları məşq olunacaq. Kiyevdə dəfələrlə Rusiya xüsusi əməliyyat qüvvələrinin Krımda əməliyyat keçirməyə hazır olduğunu dilə gətiriblər. Aşkar görünür ki, Qərb müttəfiqləri bunu təcrübədə yoxlamaq istəyir. "Sea Breeze"  NATO-nun son zamanlar Qara dəniz regionunda Rusiyaya qarşı etdiyi yeganə hərəkət deyil. Belə ki, mayın 28-də Portuqaliya sahillərində "Steadfast Defender" hərbi-dəniz təlimləri başlanıb ki, onlar da yaxın vaxtlarda Qara dənizə keçirilməlidir. Birləşmiş eskadranın flaqmanı Böyük Britaniyanın gəmidaşıyan "Queen Elizabeth" gəmisidir. Həmin gəmi ilk dəfədir ki, bu qədər uzaq məsafəyə səyahət edir, ümumilikdə isə təlimlərdə iyirmiyə qədər gəmi iştirak edir. İngiltərənin "Daily Mail" qəzetinin məlumatına görə, bu təlimlər qəsdən iyunun ortalarında Cenevrədə keçirilməsi planlaşdırılan yüksək səviyyəli Rusiya-ABŞ danışıqlarına həsr olunub. Məcmuənin qənaətinə görə, Vladimir Putinlə Co Baydenin görüşü ərəfəsində NATO qəsdən hərbi-dəniz qüdrətini nümayiş etdirir və bununla da Kremlə müəyyən siqnallar verir. Lakin eyni zamanda, Şimali Atlantika alyansı nümayəndələri and içərək bildirirlər ki, manevrlərin Rusiyaya heç bir dəxli yoxdur və yalnız Qərbin regionda nüfuzunun möhkəmləndirilməsinə yönəlib. Lakin ingilis jurnalistləri bunun güc nümayişi olduğunu təsdiq edirlər. Onların fikrincə, Brüssel, çətin ki, boş yerə Qara dənizə bu qədər güclü eskadra və doqquz min hərbi qulluqçu göndərərdi. Təəccüblü deyil ki, planetin ən güclü hərbi blokunun bu cür hərəkətlərinə reaksiya vermək, həm də əksər hallarda adekvat reaksiya vermək lazım gəlir.

İyun ayında bu ilin sentyabrında Belarus və Qərb hərbi dairəsinin poliqonlarında keçiriləcək "Qərb-2021" Rusiya-Belarus birgə təlimlərinə hazırlığın aktiv fazası başlanıb. İki ölkənin qoşunları ehtimal olunan düşmənin müttəfiq dövlətin ərazisinə təcavüzünün dəf olunmasını, konkret olaraq, şəhərləşdirilmiş ərazilərdə həmlə qruplarının müştərək hərəkətlərini məşq edəcəklər”.

Ramil QULİYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ