ABŞ Dövlət katibinin köməkçisi İçəri şəhərdə Şirvanşahlar Sarayını gəzdi - FOTO

img

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi İçəri şəhəri ziyarət edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

"Azərbaycanda yalnız bir neçə günlük səfərdə olmasına baxmayaraq, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Riker Bakının əzəmətli tarixi abidələrdən biri olan İçəri şəhəri ziyarət etmək şansını əldən verməyib. Öz işgüzar səfərinin sonunda səfir Riker Şirvanşahlar Sarayını və İçəri şəhərin digər tanınmış yerlərini ziyarət edib. Bakının həqiqətən mədəniyyətlərin qovşağı olduğunu qeyd edən səfir Riker növbəti səfər zamanı küləklər şəhərini kəşf etməsinə daha çox vaxt sərf edəcəyinə umid edir",- səfirlikdən bildirilib.

F.Riker İçəri şəhərdə təndir çörəyinin də dadına baxıb.

Son xəbərlər