İSBAM sədri Xarkov vilayətinin rəsmiləri ilə görüşüb

img

Aktivliyi ilə xüsusi seçilən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) pandemiyaya baxmayaraq, layihələr gerçəkləşdirir, respublika daxilində və xaricində görüşlər keçirir, Qarabağ zəfərini təbliğ etmək istiqamətində işlər görür.

Hazırda Ukrayna Respublikasında işgüzar səfərdə olan İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, o, Xarkov şəhərinin meri İqor Aleksandrovic Terexov, Xarkov Vilayəti Administrasiyasinin rəhbəri Skakun Aleksandr Evqeniyevic, “Ukrayna Bölgə və Regional Şuralar Birliyi” Ümumukrayna Yerli Özünüidarə Qurumları Birliyinin prezidenti Sergey İvanoviç Çernov ilə görüşlər keçirib.

“Ukraynanın Xarkov vilayətində rəsmi görüşlər keçirdim. Bizim Xarkov vilayətindəki diaspor rəhbərləri ilə birgə buradakı fəxri konsulluqda görüşümüz baş tutdu. Çox maraqlı müzakirələr apardıq. Bu görüş başa çatdıqdan sonra isə Ukraynanın Sumı vilayətində görüşlər keçirəcəyik” - deyə bildirən İSBAM rəhbəri qeyd etdi ki, Ukraynada keçirilən bu görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəni, Qarabağ zəfərini təbliğ etməklə yanaşı, həm də terrorçu Ermənistanın bu gün də bizə qarşı davam etdirdiyi terror siyasətini də ifşa edir.

İradə SARIYEVA

Son xəbərlər