Cümə günü, 02 oktyabr 2026
     

Livanlı erməni Vətən müharibəsində Azərbaycanı muzdlu döyüşçülərə görə əsassız ittiham edənləri ifşa etdi... Yasamal Məhkəməsi dünyanın diqqətində...

Image


Yasamal Rayon Məhkəməsində Azərbaycana qarşı terrorçuluqda təqsirləndirilən Livan vətəndaşının məhkəmə iclasında onun qanunsuz yaşadığı Maral Nazaryanın istintaqa verdiyi videoifadə elan olunub.

M.Nazaryan bildirib ki, təqsirləndirilən şəxs pul müqabilində Qarabağda azərbaycanlılara qarşı döyüşüb: “Eulcekcian Viken Abrahamla biz Beyrutdan Ermənistana gəldik və oteldə yerləşdirildik. Daha sonra bizi Şuşadakı otelə yerləşdirdilər. Həmin vaxt o, Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif etdi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Bundan əlavə, maaş da verəcəklər. Viken onunla razılaşdı. Mən ona etiraz etdim ki, sən Ermənistan vətəndaşı deyilsən və bu, gələcəkdə bizə problem yaradacaq. Çünki biz yenidən Livana qayıtmaq istəyirdik. Amma pandemiyaya görə qalmışdıq. Biz müharibədən əvvəl Livana qayıtmaq istəsək də, onun sənədləri düz olmadığı üçün buraxmadılar. Mən də Livana gedib bir müddət qalandan sonra Ermənistana qayıtmalı oldum.

Müharibə başlayanda Viken döyüşlərə getdi. 3-4 gündən sonra qayıtdı və dedi ki, azərbaycanlılar çox güclüdürlər, muzdlular hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik. Noyabrın 10-da eşitdik ki, müharibə qurtarıb. Biz Şuşadakı oteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi tutdular. Vikenin telefonunda döyüşdüyü şəkilləri görüb onu saxladılar”.

Prosesdə əvvəlcə Maral Nazaryanın ifadəsi ilə razılaşmayan təqsirləndirilən şəxs Eulcekcian Viken Abraham prosesdə onun səngərdən video və fotoları nümayiş olunandan sonra ittihamlarla razılaşmalı olub. Bildirib ki, guya o, səngərdə şəkil çəkdirməyə gedib, amma döyüşməyib.

  • “Onların kələflərinin bir ucu Qərbin gizli şəkildə dəstək göstərdiyi, maliyyələşdirdiyi düşərgələrə qədər gedib çıxır”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycana qarşı qondarma muzdlular ittihamı irəli sürən dünya ölkələri, beynəlxalq təşkilatlar indi məhkəmədə üzə çıxan dəhşətli faktlara münasibət bildirsinlər. R.Rəsulovun sözlərinə görə, dünya Ermənistanın bu cinayətlərini də görməlidir.

“Yasamal Rayon Məhkəməsində erməni terrorçularının mühakiməsi ilə yanaşı, həm də sübut olundu ki, bu adamlar Yaxın Şərq ölkələrindən Qarabağa qanunsuz yollarla gələrək, üstəlik, 2000, 2500 ABŞ dolları müqabilində Azərbaycan Ordusuna qarşı döyüşüblər. Əslində, bu həm də bir etiraf idi ki, Ermənistanın işğalçılıq siyasəti və təcavüzü, eyni zamanda, beynəlxalq terrorçuluğun yayılmasına xidmət edib və dünya birliyi bu faktları heç də sözdə, eləcə də ötəri deyil, şiddətlə qınamalıdır”.

Onun fikrincə, dünya birliyində özünəməxsus yerlər tutan bir sıra nüfuzlu qurum və təşkilatlar, siyasi dairələr belə həssas məsələlərə etinasız yanaşmamalıdırlar, əks halda, eyni olaylar digər ölkələrə də sıçraya bilər: “Biz unutmamalıyıq ki, Suriyada, İraqda və s.Yaxın Şərq ölkələrində beynəlxalq terrorun tüğyanı yüzminlərlə insanın ölümünə səbəb oldu və təəssüf ki, bir sıra hallarda aparıcı Qərb ölkələri öz iqtisadi, siyasi maraqlarına görə bəlli qruplara istər maliyyə, istərsə də silah təminatı və başqa məsələlərdə gizli, ya da açıq dəstək də göstərirdilər. Bu gün də eyni hal yaşanır və bu dəfə Azərbaycanın qalibiyyətlə başa çatdırdığı 44 günlük müharibədə erməni işğalına son qoyması Qərbin müəyyən cinahlarını narahat etməyə başlayıb. Çünki bu terrorçular məhz xüsusi düşərgələrdə təlimlərdən keçən şəxslərdirlər və onların kələflərinin bir ucu Qərbin gizli şəkildə dəstək göstərdiyi, maliyyələşdirdiyi düşərgələrə qədər gedib çıxır.

Gəlin müqayisə aparaq. Məgər qardaş Türkiyənin artıq 40 ildən çoxdur ki, mübarizə apardığı PKK terror təşkilatının öz gücü yetərdimi ki, nəhəng, qüdrətli ordusu, iqtisadiyyatı, necə deyərlər, topu-topxanası olan bir ölkə ilə uzun illər silahlı savaş aparsın? Əlbəttə, əsla. Ancaq bu reallıqların da arxasında dəstəklər dayanmaqdadır. Misal üçün, biz unutmamalıyıq ki, artıq belə dəstəklər gizlilikdən açığa çıxmağa başlayıb. Bunu ABŞ-ın PKK-nı terrorçu təşkilatlar sırasından çıxarması ilə sübut edə bilərik.

İndi isə Azərbaycana qarşı bu qədər etinasızlığın göstərilməsi heç bir çərçivəyə sığmır və əslində, bundan da təəccüblənməməliyik. Yəni ad-ad desək, Avropa Şurasının, Avropa Parlamentinin, Avropa İttifaqının, İnsan Haqları Məhkəməsinin, eləcə də zaman-zaman bizə öz təbirlərincə dərs keçməyə cəhd göstərən, hesabatlar hazırlayan Qərb QHT-lərinin səsləri 30 ilə yaxın işğala, təcavüzə, terrora, soyqırımlara məruz qaldığımız dövrdə, ümumiyyətlə, çıxmadı. Yalnız “təəssüf hissi” və “narahatlıq” görüntüsü. Bundan sonra da onlardan hər hansı bir sərt, ciddi bəyanatları gözləməyə ehtiyac duymuram.

Bütün bunların yerinə isə Azərbaycan dövlətindən üçtərəfli atəşkəs bəyanatından sonra ərazilərimzə keçib diversiya hadisələri törədən, minalar basdıran terrorçuların azadlığa buraxılmalarını tələb etmələri sırf siyasi həyasızlıq nümunəsidir”, - deyən Rövşən Rəsulov bu məsələdə də qərəzi, birtərəfli mövqe faktorlarının səbəblərinin olduğunu vurğulayıb: “Götürək, Ermənistanın ölkəmizə mina xəritələrini israrla verməməsini. Niyə bu dairələr Ermənistandan mina xəritələrini tələb etmirlər, amma Azərbaycandan terrorçuların geri qaytarılmasını dərhal, özü də günaşırı tələb edirlər? Axı beynəlxalq insan haqları, konvensiyalar var və bütün bunlar birbaşa mühakimə olunanların lehinə olmayan faktlardır. Bir müddət sonra isə insanlar bir daha bu cür görüntü xarakterli qurum və təşkilatlara etimad edə bilməzlər. Amma fakt budur ki, biz burada bir daha ikili standartları görməkdəyik və bu ikili standartlar dünyaya, bütövlükdə, heç bir səmərə, tərəqqi bəxş edə bilməz. Bunun qarşısını elə özlərini aparıcı hesab edən Qərb dünyası, o cümlədən, “xristian klubu”na üzv dairələr almaqdadırlar. Azərbaycan təbii ki, bütün hüquqi və qanuni addımlarını atmaqda davam edəcək və dünyaya sübut edəcək ki, sizlər - bəlli dairələr, siyasi mərkəzlər beynəlxalq terrorun qarşısını almaq üçün əməli fəaliyyətə keçmirsinizsə, yalnız öz maraqlarınızı düşünməklə digər maraqları ayaqlarınız altına ataraq əzəcəksinizsə, biz müvafiq çərçivələrdə öz addımlarımızı atmağa davam edəcəyik. Bu qədər bəsit və sadə, həm də qətiyyətli olaraq” - deyə R.Rəsulov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ