Cümə günü, 02 oktyabr 2026
     

Ermənistanda seçkiqabağı təşviqat daha çox təhqir üzərində qurulmağa başladı

Image


Növbədənkənar parlament seçkiləri ilə bağlı Ermənistanda başlanan təşviqat kampaniyası getdikcə daha maraqlı xarakter alır. Siyasi qüvvələr arasında kəskinləşən ittihamlar fonunda fikirlər səslənir ki, Ermənistandakı mövcud vəziyyətdə seçkilər birinci turda bitməsə, proseslərin gedişi xaosla nəticələnəcək.

Baş verənlərlə bağlı “Joxovurd” qəzeti də yazır ki, indiki vəziyyət bir ay da davam edərsə, iyunun 20-dən sonra gözlənilənləri təsəvvür etmək belə qorxuncdur: “Ermənistan bu gün sahibsiz bir vəziyyətdədir və mövcud hökumət bu şərtlərdə hər hansı bir addım atmaq əvəzinə təşviqat kampaniyası aparır. Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, bütün qubernatorlar məzuniyyətdədir və seçkidən başqa heç bir məsələ ilə məşğul olmurlar. Xarici İşlər Nazirliyimiz ümumiyyətlə yoxdur: nazir və bütün müavinləri istefa verib, onların yerinə də hər hansı təyinat yoxdur. İndi hamı Ermənistan ərazisində azərbaycanlıların da olmasını tamamilə unudub. Ermənistanın İnsan Hüquqları müdafiəçisi Arman Tatoyan olmasaydı, heç kim bunu xatırlamazdı”. Belə bir vaxtda Arman Tatoyan bəyanat verərək bildirib ki, ölkədə seçki kampaniyasının getdiyi atmosferdən çox narahatdır. Bəyanatında seçki kampaniyasındakı gərginliyə toxunan ombudsman bu cür atmosferin dərinləşməsinin cəmiyyətdə fikir ayrılığına, parçalanmaya, həmrəyliyin pozulmasına gətirib çıxardığını vurğulayıb: “Bu cür davam edə bilməz. Bütün siyasi qüvvələr təhqir, nifrət və zorakılıqla əlaqədar hər hansı bir ifadəni işlətməkdən çəkinməlidir.

Hazırda əsas gərginlik “Qarabağ klanı” və Nikol Paşinyan komandası arasında gedir. Paşinyanın bu fonda əsas hədəflərindən biri sabiq prezident Serj Sarkisyan olub. Belə ki, Paşinyan seçicilər qarşısında deyib ki, Azərbaycanda saxlanılan erməni diversantlar gərək bir-iki ay da dözsünlər: “Çünki indi onların qaytarılması üçün danışıqlar nəticə vermir və deməli, məsələ seçkilərdən sonraya qalacaq”. Paşinyan onların Bakı həbsxanasında “Ermənistanın müstəqilliyi və suverenliyi üçün mübarizə apardıqlarını” deyib. Bu deyilənlərə cavab olaraq Serj Sarkisyan Paşinyanı həyasız adlandırıb. Eləcə də Paşinyana təklif edib ki, oğlu Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyişsin. Paşinyan isə çox keçmədən bu deyilənlərə cavab verib, Sarkisyanı sutenyor, insan alverçisi adlandırıb: “Sənə, uzun illərin rəsmi sutenyoruna və insan alveri üzrə mütəxəssisə deyirəm ki, mən buna razıyam. Oğlumu bütün əsirlərə dəyişməyə hazıram. Rəsmən deyirəm. Serjik və Robik, alqı-satqı üzrə mütəxəssislər olaraq sizə bu məsələ ilə bağlı danışıqlar aparmaq səlahiyyəti verirəm. Əgər bu işdən bir neçə min dollar qazansanız, lap yerinə düşər”. Paşinyan Sarkisyanı kazinolarda böyük miqdarda pullar uduzmaqda da ittiham edib. Serj Sarkisyan buna cavabında bildirib: “Bu əxlaqsız tipə 24 saat vaxt verirəm, ya faktları təqdim etsin, ya da onun və ailəsinin haqqında həqiqətləri dərc edəcəm. Bu həqiqətlərdən sonra cəmiyyət onun üzünə tüpürəcək. İllərdir yalan məlumatlar yayırlar. Prezident olduğumu nəzərə alaraq reaksiya verməyə ehtiyac duymadım. Ancaq Nikol Paşinyan boş-boş danışır. Baden-Badendə XIX əsrdən bəri kazino var. Lakin orada muzeylər kazinodan daha çoxdur. Nəinki mənim dostlarım, hətta yüzlərlə insan təsdiq edər ki, mən kazino olan küçədən həmişə uzaq gəzmişəm. Baden özü bir sənət və mədəniyyət şəhəridir. Monakoya gəlincə, mən son 15 ildə orada olmamışam, yoxlamaq asandır, yoxlasınlar … Yenə də onlara 24 saat vaxt verirəm”. Paşinyanla Robert Köçəryan arasında da gərgin söz dueli gedir. Köçəryanın tənqidlərinə və onu duelə çağırmasına cavab olaraq Paşinyan bildirib ki, birdən bu təklifə razı olar, silahı götürər və darağı onun alnına boşaldar: “Bundan sonra deyəcəklər ki, bu nə zorakılıqdır, qatillərdir?” Paşinyan Köçəryan barəsində dediyi ifadə ilə diqqət çəkib. Belə ki, o, Köçəryanı aşağılayıb: “Robik, sən balaca oğlan deyilsən, kişi də deyilsən”.

Köçəryan isə Ermənistanın siyasi rəhbərliyinin qabiliyyətsizliyi səbəbindən dövlət sisteminin iflasa uğradığını deyib. Onun sözlərinə görə, orada həqiqi mütəxəssislərdən ibarət bir komanda işləyirdi, amma bu gün bu qurumun başı qoparılıb: “Və biz bundan sonra hansısa danışıqlar prosesi haqqında danışırıq? Axı məhz Xarici İşlər Nazirliyi məhbuslarla əlaqəli, qayıdış üçün beynəlxalq reaksiya və rezonans yaradan məsələlərlə məşğul olmalıdır. Ancaq bu qurum mövcud deyil və indi kimin çalışacağı bəlli deyil”. Bu durumda Paşinyan “Qarabağ klanı”na dəstək verən məmurları da sərt tənqid edib. O bildirir ki, Ermənistanda parlament seçkilərindən sonra dövlət idarəetmə sistemində kadr təmizliyi aparılacaq: “İnqilabdan əvvəl, 2018-ci ildə kadr təmizliyinin olmayacağını demişdim. İndi isə deyirəm ki, kadr təmizliyi olacaq və bu, 2018-ci ildən sonra xalq hakimiyyətinin dəhlizlərində oturub “Troya atı” rolunu oynayan vəzifəli şəxslərə qarşı aparılacaq. Bizə kadrları təmizləmək üçün mandat verin və biz bütün “Troya atlarını” dövlət idarəsi sistemindən rədd edək”. O, həmçinin, vətəndaşları müəyyən siyasi aksiyalarda iştiraka məcbur edən yerli hökumət və müəssisə rəhbərlərinə qarşı da “siyasi vendetta” vəd edib: “Vətəndaş intiqamına, vətəndaş vendettasına, kadr təmizliyinə hazır olun”.

TahirTAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ