Cümə günü, 02 oktyabr 2026
     

Minalara görə Ermənistan BMT-nin Ədalət Məhkəməsində mühakimə edilə bilər...

Image


Artıq heç kimə sirr deyil ki, Ermənistan azad olunmuş ərazilərdə minalanmış sahələrin xəritələrini bilərəkdən Azərbaycan tərəfinə vermir. Onların əsas məqsədi mülki əhali və hərbçilər arasında itkilərin artmasıdır.

Azərbaycan tərəfinin məlumatına görə, 10 noyabr atəşkəs sazişindən ötən yeddi ay ərzində 140-dan çox insan minaya düşüb, 27 mülki şəxs mina partlaması nəticəsində həlak olub. Hazırda Azərbaycan Ermənistan hərbçilərinin ərazidə basdırdığı minaların zərərsizləşdirilməsi ilə məşğuldur. Bu işdə ölkəmiz qardaş Türkiyənin, eləcə də Rusiya və digər xarici ölkə mütəxəssislərinin köməyindən istifadə edir. Lakin ermənilər qeyri-standart metodlardan istifadə etdiklərinə görə bu proses mürəkkəbdir. Eyni zamanda, Ermənistanın bu xəritələri Azərbaycan tərəfinə verməməsi ucbatından minaların aşkarlanması üçün daha böyük ərazilərdə axtarış aparmaq lazım gəlir. O da məlumdur ki, qeyd edilən xəritələr Ermənistan tərəfində tam komplektdə mövcuddur. Çünki ərazilər minalanarkən həmin ərazilərin aktları və xəritələri ən azı üç nüsxədə tərtib olunur. Onlardan biri hərbi hissədə, ikincisi hərbi hissənin tabe olduğu korpus və ya diviziyanın qərargahında, üçüncü isə Ermənistanın Müdafiə Nazirliyinin mühəndis xidməti qoşunlarının məxfi hissəsində saxlanılır. Yəni hərbi hissədəki ilk nüsxənin məhv edilməsi ehtimalı olsa da, digərlərinin sıradan çıxması mümkün deyil. Çünki bu xəritələr məxfi sənədlərdir və qorunub saxlanır. Sadəcə olaraq, Ermənistan tərəfi onların Azərbaycan tərəfinə verilməsini mümkün qədər uzatmağa çalışır. Buna rəğmən, rəsmi İrəvan Qarabağ və ətraf rayonların mina xəritəsinin verilməsinə dair tələblərə hələlik heç bir cavab verməyib. Halbuki, beynəlxalq hüquqa görə, Ermənistanın özü Azərbaycana minalı əraziləri təmizləməkdə kömək etməli idi. Norveç Helsinki Komitəsinin şöbə müdiri, beynəlxalq hüquq üzrə ekspert Qunnar Ekelöf-Slaydel da məhz bu mövqedən çıxış edir: “1997-ci il Ottava Müqaviləsinə və digər beynəlxalq protokollara görə, münaqişə tərəfləri öhdəlik götürürlər ki, minanı harda basdırdıqlarını dəqiqiliklə qeydə alsınlar və münaqişə başa çatandan sonra qarşı tərəfə bu məlumatı təhvil versinlər və mina təmizlənməsi prosesində iştirak etsinlər. Bundan başqa, bəzi növ minalardan istifadə ümumiyyətlə qadağandır”.

Amma məsələ burasındadır ki, Ermənistan bu beynəlxalq razılaşmaları imzalamayıb. Ekelöf-Slaydelin fikrincə, bu bir daha tərəflərə xatırladır ki, beynəlxalq razılaşmalara qoşulmaq lazımdır: “Bu da onu göstərir ki, Azərbaycan və Ermənistan beynəlxalq razılaşmalara qoşulmalıdır. Dünyanın 164 ölkəsi BMT -nin Silahlar Konvensiyasına qoşulub. Amma Azərbaycan və Ermənistan bu siyahıda yoxdur. Hər iki ölkə həm də BMT-nin Ədalət Məhkəməsinə üzv olmalıdır. Bu məhkəmə müharibə cinayətləri və bənzər məsələlərə baxır”. Ekspert qeyd edir ki, Azərbaycan həm BMT-nin Ədalət Məhkəməsində, həm də insan haqları pozuntusu konteksində Avropa İnsan Haqları Məhkəməsində çözüm axtara bilər, amma onun fikrincə, indiki halda məsələnin hüquqi yolu uzun - aylar, hətta illər çəkə bilər. O hesab edir ki, indiki halda Azərbaycan siyasi təzyiq vasitələrindən istifadə edə bilər: “Məsələnin siyasi və hüquqi yolları var. Siyasi həll Ermənistanın dinlədiyi, sözünə qulaq asdığı ölkələrlə danışıqlar aparmaqdır. Bu, ABŞ, Fransa ola bilər. Onlar Ermənistana deməlidirlər ki, belə davranış qəbuledilməzdir. Onlar mina təmizlənməsinə kömək etməlidirlər və mülkilərin ziyan görməsi minimuma endirilməlidir”. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da hesab edir ki, hazırda mina müharibəsi gedir və Azərbaycan, beynəlxalq hüquqdan daha çox, siyasi həllə üstünlük verməlidir: “Biz görürük ki, beynəlxalq təşkilatların bu vəziyyətə münasibəti birmənalı deyil. Bu bəyanatın imzalanmasında vasitəçi qismində çıxış edən Rusiyadır və Rusiyanın prezidentidir. Ona görə də hərbi əməliyyatların bu növünün dayandırılmasını biz Rusiya prezidentindən və Rusiyadan tələb etməliyik”.

Onu da qeyd edək  ki, dünyanın bir çox ölkəsində minatəmizləmə problemləri qalmaqda davam edir. Münaqişələr başa çatdıqdan sonra hərbi əməliyyat meydanlarının minalardan təmizlənməsi həmin ərazilər üçün ən aktual problemlərdən birinə çevrilir. Dünyanın hazırda altmışdan çox ölkəsi bu ölümcül sursatlarla hələ də mübarizə aparır. Bəzi hesablamalara görə, hazırda dünyada döyüş əməliyyatları zonalarında 110 milyondan çox zərərsizləşdirilməmiş mina mövcuddur. Mürəkkəb bir proses olan minatəmizləmə işləri uzun vaxt tələb edir və çox böyük xərclərə başa gəlir. Hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar və operativ işlər həyata keçirilir. Minaların zərərsizləşdirilməsi işi ilə məşğul olan istehkam bölmələrinin şəxsi heyəti mürəkkəb iqlim və relyef şəraitində fasiləsiz olaraq çalışmaqdadır. Lakin bu proses uzun vaxt tələb edir və heç şübhəsiz, azad edilmiş ərazilər, erməni tərəfi müvafiq xəritələri verməsə belə, tam təmizlənəcək.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ