29/05/2020 10:07
728 x 90

Minsk qrupunun həmsədr ölkələri Qarabağda keçirilən “seçkilər"in nəticələrini tanımır

img

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “seçkilər"in nəticələrini qəbul etmirlər.

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən heç biri və ya digər dövlətlər Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Müvafiq olaraq, həmsədrlər 31 mart tarixində keçirilən "həmin prezident və parlament seçkilərinin nəticələri"ni Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Eyni zamanda, nəticələrin heç bir şəkildə Dağlıq Qarabağın son statusunu və ya münaqişənin davamlı və dinc yolla nizamlanması üzrə aparılan danışıqların sonucunu əvvəlcədən müəyyənləşdirmədiyini vurğulayırlar", - həmsədrlərin bəyanatında vurğulanır.

Son xəbərlər