Bazar ertəsi günü, 02 noyabr 2026
     

Xalqımıza qarşı bütün soyqırım faciələrinə onlayn baxış...

Image


XX əsrin əvvəllərində xalqımızın yaşadığı soyqırım aktları, genosid tariximizin qanlı səhifələrini təşkil edir. 1918-ci ilin mart-aprel aylarında erməni daşnakları və rus bolşevik birləşmələrinin xalqımıza qarşı törətdiyi qətliamların, soyqırım cinayətlərinin izləri yaşayır. Ermənilər tərəfindən soyqırıma məruz qalan azərbaycanlıların xatirəsinin əbədiləşdirildiyi abidələr, komplekslər xalqımızın ziyarət yeridir. Onu da qeyd edək ki, Qubada, Bakıda inşa edilən bu     komplekslər, qoyulan abidələr hər il insanların kütləvi olaraq ziyarətə getdikləri ünvanlardır.

Hazırda isə artıq bu kompleks və abidələrin yalnız onlayn ziyarəti mümkündür.

Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar tariximizin qan yaddaşını ifadə edən abidələr onlayn şəkildə ziyarət   edilir. Məlumatlara görə, bununla əlaqədar  Quba Soyqırımı Memorial Kompleksi əyani ziyarətçi qəbul etməyəcək. 

Bu barədə Quba Soyqırımı Memorial Kompleksinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova məlumat verib.

O bildirib ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kompleksə onlayn ziyarət təşkil olunur: “İnsanların sıx toplaşması qadağan edildiyindən, kompleksə “Facebook” səhifəsi üzərindən səyahət etmək mümkündür. Səhifədə kompleks barəsində ətraflı məlumatlar da var”.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

  • Vaqif Abışov: “Tariximizin qanlı səhifələrini əks etdirən abidələrə, Quba Soyqırımı Memorial Kompleksinə onlayn ziyarətlərin təşkili koronavirusla mübarizə dövründə ən effektiv üsuldur”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bizimlə söhbətində abidələrin virtual, onlayn ziyarətinin indiki halda daha effektiv olacağını qeyd etdi: “Açığını deyim ki, Azərbaycan xalqının soyqırım tarixini özündə əks etdirən abidələrə, komplekslərə ziyarətin onlayn şəkildə olması çox müsbət nəticə verəcək. Çünki bu ziyarətlər onlayn təşkil edilirsə, onu internet vasitəsilə daha böyük auditoriya izləyə bilir. Bununla da biz daha böyük auditoriyanı qazanmış oluruq. Bu da Azərbaycan xalqının XX əsrdə bir neçə dəfə genosidə məruz qaldığını dünyaya çatdırmaq üçün bizə münbit şərait yaradır. Fikrimcə, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə onlayn ziyarətin təşkil olunması nəticəsində internet istifadəçiləri Quba Soyqırımı Memorial Kompleksini yaxından izləyə biləcəklər. Bu da faciənin dünyaya çatdırılmasında rol oynayacaq. Tariximizin qanlı səhifələrini əks etdirən abidələrə, Quba Soyqırımı Memorial Kompleksinə onlayn ziyarətlərin təşkili koronavirusla mübarizə dövründə ən effektiv üsuldur” - deyə V.Abışov qeyd etdi.

  • Faiq Ələkbərli:  “...onlayn ziyarətlərin gerçəkləşdirilməsi bu faciələrin həm gənc nəslə, həm də dünya ictimaiyyətinə çatdırılması baxımından müsbət haldır”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də hesab edir ki, koronavirusla mübarizə dövründə xalqımızın faciələri barədə məlumatların onlayn yayılması daha effektivdir: “Əlbəttə, bütün hallarda, Azərbaycan xalqının məruz qaldığı soyqırım aktlarından, xüsusən də son əsrlərdə yaşadığı faciələrdən, ən ağır günlərimizdən ciddi nəticələr çıxarmalıyıq. Bu anlamda hər hansı formada, istər onlayn, istər virtual, istərsə də digər şəkildə olsun, biz soyqırım və faciələrimizi dünyaya çatdırmaq üzərində daim düşünməliyik. Nəinki bu faciəni təkrar yaşamamaq, həm də bu faciəni bizə yaşadanlara dərs vermək baxımından onlayn təbliğatın böyük əhəmiyyəti var. Bu soyqırımın törədilməsinin üzərindən 102 il keçir. 102 il əvvəl xalqımıza qarşı genosid törədən rus bolşevikləri və erməni daşnaklarının bu əməllərindən istər Sovet, istərsə də müstəqillik illərində hansı nəticələr çıxardıq, nə etdik? Fikrimcə, 31 mart hadisələrini daha dərindən dərk etməmişik. Bu gün koronavirus təhlükəsilə bağlı soyqırımı qurbanlarının xatirəsinin anılması istiqamətində onlayn ziyarətlərin gerçəkləşdirilməsi bu faciələrin həm gənc nəslə, həm də dünya ictimaiyyətinə çatdırılması baxımından müsbət haldır. Eyni zamanda, onlayn ziyarət gənc nəslə öz dostu və düşməninin tanıdılması baxımından fayda verəcək. Bunlar lazımlıdır. Amma bu şəkildə təbliğatın sistemli xarakter daşıması üçün biz bunu yeni nəslə vaxtında çatdırmalıyıq. Orta və ali məktəblərimiz bu işin üstündə sistemli şəkildə öz işini qurmalıdır. Burada mən orta məktəblərin rolunu  xüsusi qeyd  etmək istəyirəm. Bu gün koronavirusa görə dərslər yoxdur, tədris məsafəli şəkildə həyata  keçirilir, amma müəllimər onlayn vasitə ilə 102 il bundan əvvəl nə baş verdiyini, hansı səbəbdən Quzey Azərbaycanın bir hissəsində, Bakıda 26 Bakı komissarlarının hakimiyyət qurmasını, xalqımızın başına bəlalar gətirməsini şagirdlərə izah etməlidirlər”.

F.Ələkbərli qeyd etdi ki, yalnız rus bolşevikləri, erməni daşnakları və fars şovinistləri tərəfindən əzildiyimizi, başımıza oyunlar gətirildiyini deyil, onlara qarşı apardığımız şanlı mübarizəni də yeni nəslə çatdırmalıyıq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ