Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ədəbi mükafatların verilməsində qeyri-şəffaflıq şübhələri - bir adam neçə dəfə ala bilər...

Image


Mükafat bütün hallarda yaradıcı insana stimul verən, onu ruhlandıran bir faktordur. Dünyada ən müxtəlif sahələr üzrə mükafatlar təsis olunub və həmin mükafatlar aidiyyəti sahələrin seçilən simalarına verilir. 

Azərbaycanda da həm dövlət qurumları, həm ictimai təşkilatlar, həm də müxtəlif fondlar tərəfindən müxtəlif mükafatlar təsis edilib. Bu gün Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi bir neçə mükafat var ki, həmin mükafatlar şairlərə, yazıçılara, ədəbiyyat tənqidçilərinə verilir. Ölkəmizin ədəbi ictimaiyyətində populyar olan  “Rəsul Rza”, "Hikmət Ziya", "Tofiq Mahmud", “Şahmar Əkbərzadə”, “Cəfər Cabbarlı”, “Qızıl kəlmə” və sair mükafatlar var ki, bu mükafatlar yaradıcı insanlara təqdim edilir.

Onu da qeyd edək ki, çox zaman bu mükafatların laureatlarının adları ictimaiyyətə açıqlandıqda bu hadisə böyük qalmaqalla, söz-söhbətlə müşayiət olunur. Yaradıcı şəxslər bildirirlər ki, mükafatlar əsərin səviyyəsinə, şair-yazıçının yazdıqlarına, ədəbi fəaliyyətinə görə deyil, başqa keyfiyyətlərinə görə verilir. Hətta iddia edirlər ki, ədəbi mükafatlar verilərkən burada dostluq, qohumluq əlaqələri və s. əsas götürülür. Ədəbiyyat adamları bildirirlər ki, ədəbiyyat mükafatlarının verilməsi qaydalarında qeyri-şəffaflıq mövcuddur. Onlar hesab edirlər ki, bu qeyri-şəffaflıq sayəsində də bəzən bir adda mükafatı dəfələrlə eyni adamlar alır, yaxud bir adam hər il belə mükafatlara layiq görülür. Yəni bütün siyahılara bəlli yazıçı və şairlərin adları salınır və hər dəfə mükafat onlara qismət olur. Bu da yaradıcı insanlar arasında ciddi söz-söhbətlərin yaranmasına səbəb olur.

Bir yazıçının hər il ədəbiyyat mükafatı alması nə dərəcədə doğrudur?  

  • Qiymət Məhərrəmli: “Mükafat verilərkən burada yaradıcılıq amili deyil, qohumbazlıq, yerlibazlıq və digər məsələlər rol oynayır”

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış şairə Qiymət Məhərrəmli hesab edir ki, bir sıra ədəbi mükafatlar verilərkən burada şəffaflıq qorunmur. Şairənin sözlərinə görə, həmişə bəlli adamların ədəbi mükafatlara layiq görülməsi, onların əsərlərinin “ilin əsəri” kimi təqdim edilməsi mükafatların obyektivliklə verilmədiyinə bir işarədir. Q.Məhərrəmlinin sözlərinə görə, çox zaman mükafata təqdim edilən əsərlərin səviyyəsinə, ədəbi tutumuna, mövzusuna görə deyil, konkret şəxslərə, imzalara görə mükafatlar verilir. Bu amilin də yaradıcı şəxslər tərəfindən normal qəbul edilmədiyini deyən şairənin bildirdiyinə görə, ədəbi mükafatlar verilərkən, birmənalı olaraq, əsas kimi əsərlərin səviyyəsi götürülməlidir. “Olduqca aktual mövzuya toxunmusunuz və bu mövzunu ictimailəşdirmək çox lazımdır. Bu gün saysız ictimai, yaradıcı qurum var. Hər bir qurum da əldəqayırma mükafatlar təsis edərək öz maraqlarına uyğun gələn adamlara paylayır. İctimai qurumların təsis etdiyi mükafatların böyük əksəriyyətinin heç bir əhəmiyyəti olmur. Çünki mükafat verilərkən burada yaradıcılıq amili deyil, qohumbazlıq, yerlibazlıq və digər məsələlər rol oynayır. Odur ki, bizdə bir çox yaradıcı qurumun, təşkilatın təsis etdiyi mükafatların verilməsində şəffaflıq təmin olunmur. Mən mükafatlardan danışarkən dövlət tərəfindən təsis edilən mükafatları bura qatmıram, çünki bu mükafatlar dövlət tərəfindən verilir. Mən heç bir vaxt mükafat almamışam, inanın ki, heç o iddiada da olmamışam. Sadəcə olaraq, bu mükafatların verilməsi prosesini kənardan izləyirəm. Mən ədəbi mükafatların hansı əsaslarla verildiyini bilirəm. Mən 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, ancaq indiyə qədər bu qurumun xətti ilə nə mükafat almışam, nə də kitabım çap olunub. Bilirsiniz, hər bir ədəbiyyata xidmət edən istedadlı adamın hallal haqqıdır ki, mükafat alsın. Obyektivlik varsa, əsl yazarları da görərlər. Əgər ölkə ilə yanaşı, ölkə hüdudlarından kənarlarda da əsərlərin çap olunursa, tərcümə edilirsə və xarici ölkələrə dəvət edilirsənsə, sənin istedadın qiymətləndirilirsə, mükafat da almalısan. Adını şair, yazıçı qoyan adamlar var ki, qapı-qapı gəzib yazdıqlarını çap etdirmək istəyirlər, hətta buna görə pul da təklif edirlər ki, mənim əsərlərimi çap edin. Ancaq mənim yazılarımı, şeirlərimi müxtəlif mətbuat orqanları özləri çap edirlər, hətta xarici ölkələrdə də belədir. Mən nə mükafat, nə də digər təltiflər üçün heç kəsin qapısını döyməmişəm, döymərəm də. Siz eyni adda mükafatı dəfələrlə eyni adamın aldığını deyirsiniz, bu düzdür. Hətta Yazıçılar Birliyinin təqdimatına əsasən illik Prezident mükafatını belə dəfələrlə alan adamlar var. Bunlar hansı şərtlərlə verilir, bilmirəm. Ancaq bu kimi məsələlərdə obyektivlik gözlənilməli, şəffaflıq olmalıdır. Çünki sənət, ədəbiyyat saxtakarlığı sevmir. Hər birimiz yaxşı bilirik ki, şair, yazıçı anadan bu cür doğulmalıdır. Ancaq gözümüzün önündə 60, 70 yaşdan sonra yazıçı, şair olmaq iddiasına düşənlər də var. Saxta yazılarla, kimlərsə pul verib kitabını çap etdirməklə, kimlərinsə, nəyinsə hesabına mükafat almaqla deyil. Hətta elələri var ki, pul gücünə başqasına şeir, hekayə yazdırıb adlarına çap etdirirlər. Fikir verirəm ki, ədəbi mükafatlar alanlar arasında elələri çoxdur, özü də onlar həmin mükafatları dəfələrlə alırlar. Çox arzu edərdim ki, mükafatlar verilərkən əsl şair, yazıçının əsərləri əsas götürülsün. Bilirsiniz, mükafat yazıçıya, şairə stimul verir. Əgər bu mükafatlar halal sahibinə verilərsə, bu, oxucunun da ürəyindən xəbər verər. Çünki oxucu kimin kim olduğunu çox yaxşı bilir. Sən oxucunu aldada bilməzsən”.

Q.Məhərrəmli hesab edir ki, indi verilən ədəbi mükafatlar verildiyi dövrdə aktual olur, ondan sonra heç kəs bu mükafatları nəzərə almır, yada salmır. Mükafatın heç nəyi həll etmədiyini deyən Q.Məhərrəmlinin sözlərinə görə, yazıçıdan, şairdən əsər qalır. “Bilirsiniz, mükafatların verilməsində qeyri-şəffaflıq olduqda bu əsl şair və yazıçılara pis təsir edir, onları iyrəndirir. Mən ədəbi mühitdə aktiv olanda çoxları bu meydanda yox idi. Heç kəsə paxıllıq etmirəm, sadəcə, olanı deyirəm. Mən heç də Yazıçılar Birliyinin orqanlarında çap olunmağın həsrətində deyiləm, mənim nə ölkədə, nə də xaricdə çap olunma problemim yoxdur. Ancaq obyektivlik naminə deyirəm. Bu gün mənim üçün ictimai qurumlar tərəfindən verilən ədəbi mükafatların heç bir əhəmiyyəti yoxdur. Ancaq dövlət tərəfindən verilən mükafatlara layiq olan şair və yazıçılarımız çoxdur” - deyə Q.Məhərrəmli qeyd etdi.    

  • Sadiq Qarayev: “Xalq üçün müəlliflərin deyil, əsərlərin fərqi var”

Bu günlərdə Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” mükafatına layiq görülən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Sadiq Qarayev isə hesab edir ki, bu mükafat onun yaradıcılığına, əsərinə verilib. “Mən “Qızıl kəlmə” mükafatı ilə bağlı keçirilən müsabiqəyə iki dəfə qatılmışam. Lakin həmin iki dəfə də də qalib ola bilmədim. Nəhayət, üçüncü dəfə qatıldım və artıq mükafatçılar sırasında yer aldım. Birinci dəfədir ki, ədəbiyyat üzrə mükafat alıram. Digərlərini deyə bilmərəm neçə dəfə qatılıb, neçə dəfə alıblar. Ancaq, prinsipcə, nəzəri baxımdan ola bilər ki,

bir mükafatı bir adam 2-3 dəfə alsın. Əgər onun əsəri doğrudan da müsabiqədə iştirak edən əsərlər arasında ən güclüdürsə, ona demək olarmı ki, siz əvvəl almısınız, indi niyə alırsınız? “Qızıl kəlmə” mükafatı əsərə görə verilir. Deyək ki, indi müəllifi olduğum “Sahibsiz kölgələr” əsərinə verilbsə, gələckdə bundan yaxşı bir romanım olarsa, ona verilməməlidir? Bu yanaşma düzgün deyil.

Həqiqətən də təqdim edilən əsərlərin içindən ən yaxşı əsəri seçmək qalır münsiflərin vicdanına, vətənpərvərlik, dövlətpərvərlik səviyyəsinə, haqqı, ədaləti pula, telefon zənginə, qohumbazlığa dəyişməmək iradəsinə. Bu bir də qeyd olunan işi həyata keçirən nazirliyin fəaliyyətini nə dərcədə düzgün, şəffaf qurmasına bağlı olan məsələdir. Şəxsən bir müəllif kimi deyil, oxucu kimi onu deyə  bilərəm ki, “Sahibsiz kölgələr” romanı bu mükafata layiq idi. Digər mükafta alanları da təbrik edirəm, inanıram ki, layiqdirlər” - deyə S.Qarayev vurğuladı. S.Qarayev, həmçinin, qeyd etdi ki, hər seçimin sonunda narazılıqlar olur və olması da təbiidir: “Əsas o deyil ki, S.Qarayev aldı, ya başqası aldı. Əsas odur ki, layiqli əsər alsın. Əsərlər hamısı bu xalqındır. Xalq üçün müəlliflərin deyil, əsərlərin fərqi var”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ